|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (322) |
|
Dunen ziyarətçilər: (119) |
|
Bu gün səhifə baxışı: (416) |
|
Dünən səhifə baxışı: (162) |
|
|
|
Sual-cavab |
|
|
Sual yaz |
|
27.10.2018 |
Seyhun Usublu |
Sual: Salam. Men yaşadığım binanı inşa eden kitablı mtk ve yaratdığı komendatura sisteminden narazıçılığımı bildirmek isteyirem. Heç bir hüquqi esası ve qeydiyyatı olmadan özünü komendant kimi teqdim eden şexs her menzilde müxtelif mebleğlerde pul yığır. Eyni kvadrat olan bezi menziller 30 manat bezileri 45 manat hetta 50 manat yığılır. Men bir neçe defe qanunsuz fealiyyet gösterdiyini bildirsemde mehel qoymadılar. İndi ise liftlere kart sistemi quraşdıraraq pul vermeyenlere kart verilmeyeceyini deyirler. Bütün bina sakinleride bu veziyyetden narazıdır. Bu qeyd etdiklerim qanun pozuntularının kiçik bir hissesidir. Bu veziyyetde kime müraciet etmeli olduğumuzu ve ne etmeli olduğumuz barede melumat vermeyinizi xahiş edirik. Hetta hüquqi yardım göstere bilecek bir şexs deseniz ona da müraciet ederik ki, bizim adımızdan çıxış ederek hüqüqlarımızı müdafie etsin. Önceden teşekkürler. |
Cavab: 1) Belediyyeye ve ya Icra hakimiyyetine muraciet edin. |
|
|
|
|
22.10.2018 |
Sahil Məmmədov |
Sual: Salam. Ecemide "Tango" qadın geyimleri mağazasından paltar almışıq. Biz soruşanda 14 gün erzinde qaytarıla ve deyişdirile biler dediler. Qaytarmaq qerarına geldik. Lakin, qaytarmağın mümkün olmadığını, yalnız deyişe bileceyimizi dediler. "Deyişe bilersiz demişdiz" dediyimizde ise "bu mala şamil olunmur" dediler ve terbiyesizce davranış sergilediler. İstehlakçı hüququmuzun tapdalanması barede hara ve nece şikayet ede bilerik? Teşekkürler! |
Cavab: 1) Iqtisadiyyat Nazirliyine 195(2)
2) Azad Istehlakcilar Birliyine Erize ile |
|
|
|
|
19.10.2018 |
Aygun Aliyeva |
Sual: Salam. Men resmi olaraq 2018-ci ilin mart ayinda mehkeme qerariyla bosanmisam. Ancaq mulk bolgusu hele davam edir. 2-ci mehkeme menim lehime qerar cixarib.buna gore de qarsi teref Ali mehkemeye verib. Tezlikle Ali mehkeme olacaq. Mehkemenin qerariyla 2 evden biri mene,digerinin yarisi mene catir.Cunki her iki mulk birge nigah dovrunde alinib. 2 ovladimiz var.Isimiz Alide olduguna gore evlerden butov mene catan resmi olaraq adima kecmiyib.Yoldasimin adindadi ve o evi satmaq ucun maklere muraciet edib. Bilmek isteyirem ki,mehkeme qerari menim lehime oldugu halda qarsi teref evi sata bilermi? |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
18.10.2018 |
Samirə Tarverdiyeva |
Sual: Mən 26 avqust 2018 il tarıxdə Doğtaş mebel salonundan mebel sifariş etmişəm. Məbləğin 70 faizi ödədikdən sonra həmin mebelin 45 gün ərzində mənə təhvil verilməsi haqda sənəd təqdim olundu. Oktyabrın əvvəli mebelin 15 təhvil veriləcəyi bildirildi. 15 isə deyilirki mal hələ Türkiyədən cıxmayıb bəlkə ayın sonu gəldi. Zəhmət olmasa hüquqlarım haqda mənə məlumat verərdiniz. Mən kimə şikayət edim. Təşəkkür. |
Cavab: Iqtisadiyyat Nazirliyinə zəng edin . 195(2) və ya 498-15-04 |
|
|
|
|
16.10.2018 |
Nizami Ələkbərov |
Sual: Salam. Mən İstikbaldan mebel almışam. Alın gündən mebelde bir sıra nasazlıqlar çıxıb. İstikbalın müştəri xidmətlərinə müraciət etsəmdə heç bir tədbir görmür. Mən nə edə bilərəm? |
Cavab: 1) İqtisadiyyat Nazirliyinə müraciət edin 195(2)
2) Ətraflı ərizə yazın , bizə müraciət edin. |
|
|
|
|
15.10.2018 |
Tural Memmedov |
Sual: Salam men bankda dostuma zamin durmusam.onun isi gedib mehkemeye.mende gen davernusla masin sururem.masini bank menden ala biler |
Cavab: Bu sual bizə aid deyil biz alici hüquqlarını qoruyurq. |
|
|
|
|
14.10.2018 |
nezrin eliyeva |
Sual: Salam.sikayetci olmuwamsa zererceken kimi.sikayetim subut olunmarsa mene bu iade ceza ve ya hansisa ziyan deye bilermi? |
Cavab: Sual bizə aid deyil biz alıcı hüquqlarını qoruyuruq. |
|
|
|
|
12.10.2018 |
Ilhame Aloyeva |
Sual: Sualim beledi.bank borcu 3 il odenillmeyibse iw mehkemeye verilmeyibse borc siline biler? |
Cavab: Xeyr borc silinmir. |
|
|
|
|
11.10.2018 |
Valeh Dunyamaliyev |
Sual: Salam..mən özəl şirketde işleyirem 9 ildi..iş prosesinde (biraz ağir işdi) belimde problem yaranib(yırtığ)...butun muayine kağizlarini qarşi terefe getirib teqdim etmişem...işə götürən nə etmelidi? Səhhətimə deymiş ziyani odeyib mualicə aldiğim vaxti əmək haqqim yazilmalidi yoxsa necə? |
Cavab: Biz İstehlakçı hüquqlarını qoeuyurq sual bizə aid deyil. Sosial Müdafia Fonduna zəng vurun |
|
|
|
|
10.10.2018 |
Fuad Quliyev |
Sual: 09.10.18 tarıxında 28 molda yerlaşan zara magazinan ayaqqabı almışam 10.09 18 qaytarmaq istadim ödaniş cek , magazin ceki alimda olsada daişmadilar, sabab ayaqqabının üstünda olan giymat kağızı olmadıqda göra . |
Cavab: Etraflı ərizə yazaraq bizə müraciət edə bilərsiniz.
2) İqtisadiyyat Nazirliyinə müraciət edin -195(2) |
|
|
|
|
07.10.2018 |
vusale seferova |
Sual: salam .size bir sualla muraciet etmek isteyirem .men olkeni terk etmek isteyirem bir qizim var onuda ozumle aparacam .bunun ucun mene atasindan etibarname gerekdir ama usaq menim soy ismimi dasiyir bu halda yenemi mene etibarneme gerekdir? |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
06.10.2018 |
Ulya Ulya |
Sual: Birde bizim vekilimiz yoxdu.. bizden mehkemede tegribi ne qeder rusum teleb oluna biler.. |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
05.10.2018 |
Ulya Ulya |
Sual: Salam bowanmaq ucun bir teref razi olmayanda mehkemeyle bowanmaq ucun hansi mehkemeye ve ne senedlerle qetmek lazimdi ve onda dovlet rusumu ne qeder ve kime odenmelidir? |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
05.10.2018 |
Ferid Qocayev |
Sual: Salam. Aliment odeyirem. Usaqin yasi Ayin 13 u 18 yas tamam olur. Ona aliment bu ay ucun tam odenilmelidi? Ya yarim ay? |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88
|
|
|
|
|
02.10.2018 |
Elçin Əlizadə |
Sual: Salam. Paltar kirayəsi mapğazalarindan paltar kirayə götürerken kiraye veren mağaza iile kiraye götüren şexs her hansi yazili müqavile (blankda)doldurrmalidirmi.doldurulmalidirsa paltar kiraye götüren terefden zedelenerse mesuliyyet hansi qanunla müeyyen edilir.Çox sağ olun. |
Cavab: Müqavilə Şifahi və yazılı ola bilər. Sualınız müqavilə şərtində qoyulur. Qisaca sizin danışıqınızdan aslıdır. |
|
|
|
|
02.10.2018 |
Elekber Huseynov |
Sual: Salam Azer qaz mene sayqaca gore 1944 manat cerime ve elave olaraqda 230 manat sayqacin pulunu tekeb edir ne qeder duzgundu |
Cavab: Haqlısınza düzgün deyil. Eks halda düzgündür. Hər halda ekspert Nüsrət Qasımovla əlaqə saxlayın - 050-384-20-21 |
|
|
|
|
28.09.2018 |
Şəbnəm Səlimova |
Sual: Salam. Mən keçən il noyabrda maxi.az magazasından smartfon almışam. Telefon ios əməliyyat sistemli oldugu üçün bir neçə gün əvvəl yenilənmə oldu və yeni əməliyyat sistemi yukləndi. Yenilənmədən sonra yaranmış qadcetlərdən birində parol tələb olunur və bu tələb olunan parol mənim tərəfimdən bu telefonda quraşdırılmayıb. İlk istifadəçisi mən oldugum cihaza məndən başqa kim müdaxilə edə bilər? Magazayla əlaqə yaratmaga çalıçıram, xətlər daim məşgul və ya yuklənmiş olur, sosial media vasitələrinə ünvanladıgım suallar hələ ki cavabsız qalıb. Mən bu problemi dünən aşkarladım və bildirdim. Əksər müraciət etdiyim insanlar mənə həmin kod parolun telefonun əvvəlki istifadəçisi tərəfindən və ya proqramçılar tərəfindən qoyuldugunu deyir, yəni hər hansı bir istifadə olunmuş telefonun “beynini” xüsusi proqram vasitəsiylə silib tam yeni kimi göstərmək mümkündür. Və bu cür “beyni sıfırlanmış” ikinci əl telefonlar yeni kimi insanlara sırışdırılırmış. Mən bu problemlə baglı necə hərəkət etməliyəm? Əgər bütün bu iddialar dogrudursa mənim istehlakçı kimi hüquqlarım pozulmuş sayılırmı? Hüquqi məsləhətinizə, ekspert ki fikirlərə ehtiyacım var. |
Cavab: İstehlakçı hüququnuz pozulmuşdur. Məsləhət
1) Dükana müraciət edin.
2) 498-15-04 , 195(2) telefonu ilə iqtisadiyyat Nazirliyinə müraciət edin.
3) Bizə ətraflı ərizə ilə müraciət edin. İmza qoyun. hüququnuzu qoruyaq. |
|
|
|
|
25.09.2018 |
Ulya Ulya |
Sual: birde men aile heyati qurmaqa hazirlasdiqim oqlan aile ile 1 aydi dava eleyib qedib kiraye qalir, biz evlenenden sonrada mecburi kiraye qalariq..o evlenenden sonra ailesini mehkemeye verib onlardan oz evdeki payini ala biler? |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
25.09.2018 |
Ulya Ulya |
Sual: Salam..Anamla atam bowanma erefesindedi..evde qeydiyyatda 4 neferik..Bowandiqdan sonra atam evi satmasa hara muraciet etmeliyik evin satilib bolunmesine qore ve ve anamla men 1 de bacim olanda atam tek yawasa biz 3 muz onda bizim ucumuzle onun arasinda ferg olar yoxsa yarisi ataya yarisi anama paylasacaq? |
Cavab: Hüquqşünas Habil İsgəndarova müraciət edin- 050-314-81-88 |
|
|
|
|
25.09.2018 |
Aysel Mamedova |
Sual: SalamAptekden derman almishiq, daha sonra eyni apteke dermani qaytarmiwiq(hekim istifadəsini dayandirdigi üçün). Aptekde geri goturmeyibler, deyiblerki satdiga qoya bilerik ancaq, ne vaxt satilar satilar. 30manliq dermandi. Ustunden 2il keçib, ne dermani verirlər ne de pulunu. Evvel deyirdilerki satilmayib hele, indi de deyirlerki guya aptek satılıb derman itbat olub.deyir hara wikayet eleyirsen ele. Bu barede hara wikayet ede bilerik? |
Cavab: 1) İqtisadiyyat Nazirliyine zeng edib müraciet ede bilərsiniz.
2) ərizə ilə bizə gəlib müraciət edə bilərsiniz ərizə forması saytımızda yerləşdirilmişdir. |
|
|
|
|
20.09.2018 |
İslam Nuri |
Sual: Salam əgər mən fiziki şəxs , fizik şəxsdən işlənmiş maşın almışamsa ,alanda isə servisdə yoxladib problemsiz maşın olduqunu mənə serviz deyirsə və mən maşını oz adıma keçirdirəmsə ,notariusda təsdiqlənmiş alqı satqı muqaviləsidə yoxdur ,amma dyp da alqı satqı muqavilesi var, və sonra 2gün surdükdən sonra maşında problem yaranirsa ,maşını qaytara bilərəm pulumu yani geri almaq istəyirəm?. Birdəki bu İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda fiziki şəxs ,fiziki şəxsə malını qaytara bilər 14 gün ərzində ,yoxsa bu yalnız huquqi şəxs ilə fiziki şəxs arasinda olan qanundır? Əvvəlcədən çox sagolun. |
Cavab: Məsləhət görürəm İqtisadiyyat Nazirliyinə müraciət edin. 498-15-04 195(2) |
|
|
|
|
19.09.2018 |
Ramil Həsənov |
Sual: Erizeni gelib idarede yazmaliyiq yoxsa burda onlaynda yazmag olur. |
Cavab: erizəni tam halda saytımızda yerləşdirmiyiz formada yazıb imza çəkib bizə gətirə bilərsiniz. və ya imzalı halda mail vasitəsi ilə göndərə bilərsiniz. |
|
|
|
|
16.09.2018 |
Ramil Həsənov |
Sual: Salam.Ayin 8 yeni bir hefte once 20 yanvar metrosunun yanindan optik linza aldim 30manata acdimki birinin yani cirigdi.deyirlee acmisan qaytara bilmeriy.acmamiw men nece bile bileremki bu mal brakdi.6ildi linzadan istifade edirem bir defede olmuwdu o vaxt ferid optik qaytardi ancaq bu aptek qaytarmir.mene komey etmenizi xahiw edirem. |
Cavab: Bizə ərizə ilə müraciət edin. kassa çeki varsa onuda qeyd edin aptekin ünvanı və telefon nömrəsində ərizənizdə qeyd edərək bizə gelib ərizə ilə müraciet edin.ı |
|
|
|
|
12.09.2018 |
Zohrab Quliyev |
Sual: Salam,mən şirkətlərin birində ekspeditişləyirəm.Dükanların birinə küllü miqdarda mal verərək aramızda saziş bagladıq ki bir ay ərzində borc tam baglansın. Borcun az miqdarını almışan bir müddət keçdikdən sonra həmin dükan baglanir və sahibkara zəng çatmır. şirkət pulu məndən tələb edir. Mən ne edə bilərəm ki həmə şəxs tapılsın. Şəxsiyyət vəsiqəsinin nüsxəsi var məndə. |
Cavab: Yalnız polisə müraciət etmək. |
|
|
|
|
11.09.2018 |
İlqar Cəfərov |
Sual: Bakı Beynəlxalq Avtovağzalından Astara şəhərinə gedən avtobusla Lənkəran şəhərinə getdiyim halda biletin dəyərini Astaraya qədər yoxsa Lənkərana qədər ödəməliyəm. 08.09.2018-ci il tarixdə 9 saylı kassada mənə Astarayacan biletin dəyərini 7,60(yeddi manat altmış qəpik)manat ödətdirdilər. Bakı Beynəlxalq Avtovağzalında müraciət edə biləcəyim heç bir məsul şəxs barədə məlumat ala bilmədim. Bilet kassalarının qarşısında gördüyüm yaxa kartıyla gəzişən iki nəfərə bu barədə sual verdim onlarda avtobusların şəxsi olduğunu ona görə də biletin tam Astaraya qədər satılmasını qanuni olduğunu bildirdilər. |
Cavab: Şəxsi biznes olduqları üçün o cür qayda tətbiq edə bilər. |
|
|
|
|
10.09.2018 |
Sevinc Askerova |
Sual: Menim atam telefon dukaninnindan 230 man deyerinde mobil telefin alib 20 gun sonra telefon ishlemedi. Aparib qaytarmaq deyishmek istedik bizden qutunu teleleb etdiler . Qutusunu atmishdik .telefobu servise verdiler ozleri oda duzelmedi . Indi bizim hansi huqularimiz var. Magaza tlefonu deyishmelidirmi |
Cavab: aldığınızdan 14 gün keçdiyi üçün sizin zəmanət və təmir hüququnuz vardır. |
|
|
|
|
08.09.2018 |
Leyla Ismayilova |
Sual: Maxi.az dukanindan mene fen hediyye olunub.Hediyyeni goren kimi sacima uygun olmadigini anladim. 2 gun sonra yaxinlashdim hemin magazaya ki bawga modele deyishmek isteyirem. Pul qaytarmagini istemirem. Nece alinmishdisa cek ile, setkasi ile bele birlikde yaxinlashmishdim. Mene dediler deyishmirik, icaze yoxdu. Gorduler ki cox tekid edirem, dediler gedin filan unvana bizim servise verin, onlar 14 gun erzinde yararli ya yararsiz oldugu barede rey versinler sonra gelersiz. Men de basha dushurem ki onu orda ozleri de yararsiz ede bilerler ya da rey verene geder artig lazimi vaxt da bitecek ve neticesiz qalacagam. Feni sadece qutudan cixarib, duymeni basib, ishlek olduguna baxmag lazim idi. Istehlakciya bele kunasibet ne qeder duzgundur? Men huquqlarimi nece mudafiye edim? Ne edim ki meni eshitsinler? |
Cavab: Siz və sizin şüpəniz haqlıdır. Ətraflı ərizə yazın imza qoyun kömək edək və ya. 498-15-04 zəng edin |
|
|
|
|
05.09.2018 |
Şahin Feyziyev |
Sual: Salam.men evime qaz çekdirmek isdeyirem.ancaq icaze yoxdu.men hara müraciyet edim |
Cavab: Xahiş edirəm Nüsrət Qasımovla əlaqə saxlayın. 050-384-20-21 |
|
|
|
|
03.09.2018 |
Rugiyya Abbasova |
Sual: Salam, mən azeriqazla bağlı problemim var.evde olmadığ müddətdə qaz sayğacini söküb aparıblar. Yeni sayğac qoyublar . Ancaq yeni saygacin kartini vermirler. Bizden yeni saygaca gore 200 azn ödəniş teleb edirler. Ve küçədə olan saygaca gore akt tertib edibler kenar müdaxilə aşkar etdikleri barede. 1400 azn cerime deyirler şifahi sekilde. men ne tedbir gore bilerem? Hara müraciət etmek olar bele halda? |
Cavab: Xahiş edirəm Nüsrət Qasımovla əlaqə saxlayın. 050-384-20-21 |
|
|
|
|
01.09.2018 |
Qedir Suleymanov |
Sual: Bir huquqsunasa muqavile ile pul verdim isimizi gormedi. Biznen cox kobud davranirdi ve senedlerimizi geri vermirdi mende bunlari biznen danisarken viedoya cekdim indi onlar mene tezminat mehkemesi acmaq isteyir. Sizce bu elediyim cekilisde cinayet isi var? |
Cavab: Məsləhət almaq üçün Habil İsgəndorva zəng vurun- 050-314-81-88 |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16 17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|
|
|
|
Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!
Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.
Bəs hazırda vəziyyət necədir?!
Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.
AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:
1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla tam bəyaz “kəllə qənd” əldə olunur.
2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.
SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.
Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında 1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram kükürd dioksidın ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı 1 kq məhsulda 70,2 mq kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!
AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!
İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir! Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.
O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.
AİİB-in sədri: E.Hüseynov
|
|
daha ətraflı... |
|
Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!
“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!
Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır
Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.
AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə müraciətlər göndərmişdir. Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.
AİİB-in sədri: Eyyub Hüseynov
|
|
daha ətraflı... |
|
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam |
|
daha ətraflı... |
|
“Azad İstehlakçılar”
İctimai Birliyi M: +99450 341 62 25
17 avqust 2020-ci il.
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək. |
|
daha ətraflı... |
|
|