İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Ana səhifə Xəritə Əlaqə
X ə b ə r l ə r B l o k u
Aprel-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (326)
Dunen ziyarətçilər: (119)
Bu gün səhifə baxışı: (421)
Dünən səhifə baxışı: (162)
Sual-cavab
Sual yaz
07.03.2018
tarana veliyeva
Sual: Biz olmemek ucun hansi markali kolbasadan yeye bilerik ?
Cavab: 

Kolbasa yeməyənlərdə ölür!

07.03.2018
Calal Cavadov
Sual: Salam Hormetli Vekil Sualim Bundan ibaret dirki Qesden Adam oldurenin Emlakida musadire olunur ya yox? Imkan olsa Watsappima yazin cavabi
Cavab: 

Cavab üçün vəkil Habillə əlaqə saxlayın 0503148188

05.03.2018
Gulnar Hemidova
Sual: Salam,qanunsuz tikilmiş evi senedlesdirmek ucun ne etmeli?
Cavab: 

Yalnız məhkəmə yolu ilə.

05.03.2018
Ramin Agacanov
Sual: Salam men teqayide cixmis zabitem 23 xidmet etmisem oz arzumla texris oldum mene icra hakimyeti evle temin ede bilmirse kirae pulu vermelidi ya yox amma onuda deyim ki,ipotekayla evim var bakida ordada oglum yasayir iki otaqdir ayledede biz bes neferir ,hal hazirda agstafada kiraede qaliram sagolun
Cavab: 

Bağşlayın ,sual bizə aid deyil.Biz istehlakçı hüququ qoruyuruq

05.03.2018
Elçin Rzayev
Sual: Salam.mən internet vasitəsi ilə satışa maşın qoymuşam.Maşını baxıb mənimlə əlaqə saxladılar və gəlib maşına ətraflı olaraq baxıb və sürdülər məndə onlara maşının qapısında problemin yalnız oldugunu bildirdim və maşını almaq istiyən şəxsə maşını satışa qoydugum məbləqdən 1000 manat aşagı satmaq ilə razılaşdıq və almaq istiyən şəxs maşını heç bir servislərdə yoxlatmadan bex verib və səhərisi gün maşını gedib öz adına qeydiyyata saldı pulun qalan hissəsin aldıq ayrıldıq.Lakin alan şəxs 2 gün sora mənə zəng vuraraq maşında rulevoy hissəsində və yag buraxdıgın bildirdi və maşını geri qaytarmagın tələb edir.bir məqamıda qeyd edim ki maşın almamışdan qabaq ona maşın 13 ilin maşının oldugunu bildirmişəm və servisdə yoxlamaq məsləhəti vermişəm yalnı servis xidmətindən imtina edib.xahiş edirəm mənə bu barədə etraflı məlumat verəsiz.cox sag olun
Cavab: 

14 qündə malı deyişmək və qaytarmaq hüququ var.

03.03.2018
Qurban Qedirov
Sual: Salam. Resmi internet saytinda mobil nömrələr satılır. Və saytda yazılıb ki, “Son 3 gündə əlavə edilmiş nömrələr” yəni sayt 3 gündən bir yenilənir. Nömrə sifariş etdim yazıldıki “Sorğunuz qəbul edildi. Saytın istifadə qaydalarına uyğun olaraq göndərilmiş sifarişə 24 saat ərzində cavab alacaqsınız.” Heç bir cavab almadım. Və bu sifarişi dəfələrlə etdim cavab gəlmədi. Yaxınlaşdım ofislərinə. Bildirdilər ki, həmin mobil nömrə satılmır. Bildirdimki saytda yerləşdirmisiz və həftələrnən həmin mobil nömrə saytdadır. Sayt isə 3 gündə bir yenilənir. Texniki problem dedilər çıxdım. İndi həmin hadisədən 2 ay keçib həmin mobil nömrə saytda qalıbdır və mən həmin nömrəni almaq istəyirəm. Bununla bağlı hara necə şikayət edə bilərəm?
Cavab: 

012 498 1504 telefonu ilə dövlət orqanına müraciət edin.

01.03.2018
Gulsum Allahquliyeva
Sual: OGLUM VAHID ALLAHQULIEV 1993-CU ILDE FIZULIDE GEDEN DOYUSHLERDE ITKIN DUSHMUSHDUR BU BAREDE 2003-CU ILDE OLUM HAQQINDA SHEHADETNAME VERILMISHDIR ELE HEMIN ILDEN DE SHEHID STATUSUNDAN ISTIFADE EDEREK SOSIAL MUAVINET ALMISHAM 2008-CI ILIN FEVRAL AYINDAN MUAVINETI SAXLADILAR OGEY ANA OLDUGUMU BILDIREREK SAXLADILAR HALBUKI MEN USHAGIN ATASIYLA 1983 ILIN FEVRAL AYINDA EVLENMISHEM 1985 CI ILDE RESMI NIGAHA GIRMISHEM 7-8 IL USHAQA ANALIQ ELEMISHEM.BILMEK ITERDIMKI KI BU MUAVINAT QANUNLA MENE DUSHUR YA YOX.ONCEDEN TESHEKKUR EDIREM.
Cavab: 

biz istehlakçı hüquqlarını qoruyuruq ona görədə sual bizə aid deyil məsləhət üçün hüquqşunas Habil İskəndərova müraciət edin 0503148188

01.03.2018
solmaz tahirova
Sual: mən 2017ci ilin noyabr ayında Xirdalan şəhərində yerləşən Maqnit mağazalar şəbəkəsindən qiyməti 1500AZN dəyərində olan yumşaq mebel dəstini kreditə almışam. mebel evə gətirilərkən defektli idi- divan və kresloların taxta qolları nasaz vəziyyətdə idi. mağazaya müraciət etdikdə 2-3 günə bu hissələri dəyişəcəklərini söz verdilər. lakin indiyədək mütamadi olaraq müraciətlərimə baxmayaraq bu hissələr dəyişdirilməyib.səbəb kimi isə bu hissələrin Türkiyədən gətirilməsini göstərirlər bu müddətə türkiyədən Bakıya ayaqla gəlmək olardı. mən ödənişləri vaxtında edirəm.sualım belədir;mən mənə dəymiş ziyana görə kompensasiya olaraq 300AZN ödəməyə bilərəmmi
Cavab: 

kompüensasiyanı məhkəmə müəyyən edir. dövlət orqanlarına müraciət edə builərsiz 4981504

28.02.2018
Gunel Arif
Sual: Salam, dunen refigem mene idealdan duxu alib , ama sechimi duz ede bilmediyi uchun sehv sechim edib , indi men o duxunu deyishmek isteyirem, chek de ozundedi, lakin mene deyirlerki kosmetik sayildighi uchun qaytarmagha icaze yoxdu, halbuki ne achilib ne bir shey, ama deyishmeye icaze var! guya ustupka edirler ! halbuki men deyishmek yox , pulu geri isteyirem , onlarin bele cavabi normaldir ?
Cavab: 

kosmetika malları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır.

28.02.2018
Emin İsmayılov
Sual: Mən 7 gün əvvəl, kredit ilə telefon əldə etmişəm, hall hazırda kredit şərtləri yüngülləşib , və bu telefon 300 AZN daha ucuz qiymətə kredit ilə satılir. Bilmək istərdim , mən bu fərgi öz müqaviləmdə qeyd edə bilərəm? Və bu fərgi ödəməmk üçün qanuni haqqım varmı?
Cavab: 

yalnız satıcının və müqavilə bağlayanın razılığı ilə bu baş verə bilər.

27.02.2018
Nermin Gozelova
Sual: Salam,men 10 ildirki,aile qurmusam.Hemin vaxtdan butun ehtiyaclarimi qaynanam odeyib.Erim islemek istemir,mene de icaze vermir,Anasi xestedi men artig ona yuk olmag istemirem.men bu halda erimden mehkemeye sikayet ede bileremmi??xatirladim ki bir qiz ovladim var.
Cavab: 

cavabını məhkəmədən öyrənin. yaşadığınız ərazidəki məhkəməyə müraciət edin. bu məsələ bizə aid deyil.

23.02.2018
Nerhiz Six
Sual: Marketlere girisde market emekdaslarinin el,kurek cantalarinin ve habele eldeki paketlerin mecburi suretde dolaba(skafa) qoymalarini teleb etmeleri ve iceriye cantayla kecmeye icaze yoxdur demeleri ne qeder qanuna uygundur. Qanunda bele bir madde var mi?Eger bele bir qanun da varsa qeyd ederdiniz. Eger yoxdursa marketin alicilara yonelmis bu nov qaydalar qoymasi qanunidir mi?
Cavab: 

QANUNDA BELƏ BİR MADDƏ YOXDUR ŞİKAYƏTİNİZİ iQTİSADİYYAT nAZİRLİYİNƏ BİLDİRİN 4981504 01

22.02.2018
Həzrət Ağayev
Sual: salam mən Ağayev Həzrət Biləsuvar rayon sakini 06 07 2016 cı il bakı şəhərində açıq ürək əməliyyatı olmuşam həmin ilin 10cu ayindan Biləsuvar mərkəzi xəstəxanasında qeydiyyata alinmişam stasional mualice uçun iki ildir ki ikinci qurup əlilliy uçun muraciet edirem alinmir mene baş hekim indi diyir ki siz burda yox harda əmliyyat olmusuz orda stasional mualice almalisiz bu ne derecede duzgundur
Cavab: 

BİZ İSTEHLAKÇI HÜQUQU QORUYURUQ SUAL BİZƏ AİD DEYİL

22.02.2018
Lalə Əkbərova
Sual: Salam. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məhbus olmuş adam yaşadığı mənzildən qeydiyyatdan çıxarılırmı? Xahiş edirəm bu haqda ətraflı məlumat verərdiz. Öncədən təşəkkürlər.
Cavab: 

MƏSLƏHƏT ÜÇÜN HÜQUQŞUNAS hABİL MÜƏLLİMƏ ZƏNG EDİN 0503148188

22.02.2018
Gulnar Eliyeva
Sual: Salam.Yoldasim meni usaglarimiza vesiqe duzeltdirmek adi ile imza cekdirib.Halbuki mene sonradan dedi ki generalni davernis imis deme anasinin ayagina kecirirmis evleri men de saf insan imza cekmisem xahis edirem cavab yazin kime ve hara muraciet ede bilerem biz bosanma eefesindeyik qaynannam bizi ayirdi 3usagim var ne ede bilerem
Cavab: 

MƏSLƏHƏT ÜÇÜN HABİL MÜƏLLİMLƏ ƏLAQƏ SAXLAYIN 0503148188

20.02.2018
Nise Abisova
Sual: Salam .men marketden usagima gerkules aldim.eve gelende uzerindeki tarixin bitmesine 1hefte qaldigini gordum.men ise onu 1hefteden artiq istifade edirem.toplam yararliq vaxti ise 6ay yazir.magaza ise qaytarmir.cekde ozumdedir.
Cavab: 

SAYTIMIZA BAXIN ERİZƏ FORMASINA UYĞUN ERİZƏ YAZİN İMZA QOYUN KÖMƏK EDƏK

20.02.2018
Leyla Allahverdiyeva
Sual: Salam. Habil Isgenderov ile nece elage saxlamaq olar. Qeyd olunan nomre teyin edilmeyib. Xahis edirem mobil nomresini ve ya nece elage saxlamaq mumkun oldugu barede melumat veresiniz
Cavab: 

0503148188

20.02.2018
Rauf Haciyev
Sual: Salam men ipoteka ile ev almagi dusundum.eve baxdiq.mene ilkin 10000azn odeyeceyimi dediler.ailemle novbeti defe 2gun sonra gedende 10000 yox 12500dediler ve bunu dollarin qalmagi ile bagli olduginu dediler.halbuki biz basqa cur danismisdiq.indi imtina etmek isteyirem.lakin deyirler siz artiq senede imza qoymusuz.Sizle gorusmek isteyirem
Cavab: 

ŞİKAYƏTİNİZİ iQTİSADİYYAT nAZİRLİYİNƏ BİLDİRİN 4981504/01

20.02.2018
Sevil Elizade
Sual: Salam,menim estetik gozellik salonundan sikayetim var.mene nomreniz udusa dusub dediler.salona getdim.ancaq mene 1000manatdan artiq presudra imza atdirdilar.hec muqavileni oxumaga imkan vermeden imzalatdirdilar.Mene nece komek ede bilersiniz?
Cavab: 

ŞİKAYƏTİNİZ AYDIN DEYİL

19.02.2018
Sabira Cafarova
Sual: Salam.Men bu gun gunorta saatlarinda Sabuncu qesebesi erazisindeki Ucuzluq marketden alis veris etmisem.Aldigim mehsullardan birini alib eve dondukden sonra yanlis aldigimi gorub çekle beraber magazaya uz tutub deyisdirmek istedim.Lakin aldigim mehsulun ustundeki barkod kagizini cixarib atdigim ucun mehsulu deyisdirmediler.Bu ne derecede qanuna uygundu?Onceden tesekkur edirem
Cavab: 

SATICI QAYTARMAMAQDA HAQLIDIR

18.02.2018
kamran islamov
Sual: Salam ! çox xaiş edirəm satışda olan duzların yodlu olub olmamağın ev şəraitində necə öyrənmək olar bu barədə. Televizorda görsətmişdilər ki hansısa maddə ilə yoxlayırlar, ümumiyyəytlə hansı sadə üsulla bunu öyrənmək olursa yazardız çox xaiş edirəm!!!!
Cavab: 

İSTƏDİYİNİZ DUZU OFİSİMİZƏ GƏTİRİN YOXLAYAQ O MADDƏ SATIŞDA YOXDUR

14.02.2018
Ruslan Rehimov
Sual: Salam men sexsiyyet vesiqemi itirmisem.ozumde Rusiyada şotda olmusamIndi mene sexsiyyet vediqemi ala bilmiremBilmek isterdim ona hansi senedler lazimdi
Cavab: 

ərazinizdə olan asan xidmətə müraciət edin

10.02.2018
Xuraman Mayilova
Sual: atamin olumunden sonra bir otaqli ev miras qalmisdi.Miras qalan vaxti uc verese olub.Anam,men,qardasim.Qardasim atamdan miras qalmis bir otaqli olan eve veresilikden imtina erzesi yazmisdir.Hemen bir otaqli ev anam ve menim aramizda bolunmusdu.Lakin hemin evden imtina etdikden sonra yenede hemen otaqda yasamisdi.Men bilmek isteyiremki imtina etdiyi otaqdan ona pay dusurmu.Anamda rehmete gedib.Imtina eden sexsin ve onun vereselerinin o evden pay istemek huququ varmi?
Cavab: 

Sual bizə aid deyildir.Hüquqşünasımız Habil İsgəndərovla əlaqə saxlaya bilərsiniz : 050 314 85 88

08.02.2018
Arzu Mahmudova
Sual: Salam,2012-ci ilde ev almishig,ev qaynanamin adinadi,qeyd edimki evin kupcasi yoxdu,sadece muqaviledi.Ne men,ne yoldashim,nede ozu o eve qeydiyyatda deyilik.6-il olacagki birge yashayirig.Menim raziligim olmadan qaynanam o evi sata biler?Iki ushagim var.Ushaglardan biri 2013-cu ilde bu evde dunyaya gelib.Xahish edirem cavablandirin.
Cavab: 

Sual bizə aid deyildir.Hüquqşünasımız Habil İsgəndərovla əlaqə saxlaya bilərsiniz : 050 314 85 88

08.02.2018
Elşad Abdullayev
Sual: Salam. Mən bir həftə öncə zoomağazada pişik qidası aldım. Qidanı ilk dəfə verəcəyim üçün bütöv paçka almadım və çəki ilə 2 kilo qida aldım. Aldığım qidanı pişik yemədiyi üçün çeklə mağazaya döndüm və çeki təqdim edib qidanı geri gaytarmalarını xahiş etdim. Lakin mənə deyildi ki çəki ilə satılan malların geri gaytarışı olmur. Bilmək istərdim mağaza tərəfindən deyilən qayda qanuna uyğundur mu?
Cavab: 

Qanunvericiliyə görə bu mal da 14 gün ərzində dəyişdirilə və qaytarıla bilər.Problem varsa rəsmi ərizə yazın,kömək edək

08.02.2018
Aqil Taralov
Sual: Salam.bizim evimiz bank terefinden satiwa cixarilib 3defe Alan olmuyub indi ozu alacaq bizi evden cixara bilerlermi
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bize aid deyildir.Hüquqşünas Habil İsgenderovla əlaqə saxlasın 050 314 85 88

07.02.2018
Samir Kerimov
Sual: Salam.. cox xaiw edirem mene tez bir zamanda komeklik gosteresiz.. dunen 6 fevral 2018 ci ilde qapini doyduler.. su filteri satan "smart Brain Company" firmasinini emekdawlari,icmeli suyu yoxlamaq ucun. icaze verdim girdiler yoxladilar suya aparat salib onu qap qara halina getirdiler.. dedilerki bunu icirsiz cox ziyandi.. bizim size teklif etdiyimiz su filteri ise size minerallarla dolu bakteriyasiz su verir. nese belece bawimi doldurdular 1690 manata o aparati satdilar mene kreditnen. mugavilede tez bazar imzaladib getdiler. indi internetde girib goruremki dehwet bu su ziyandi. o stekanda qaralan su eslinde suyun terkibinde olan minerallardiki parcalanir cixir uze. firildaqciliqnan mewquldular. indi mugavilenide oxuyuramki yazilibki qaytarsaz 300 manat cerime olunursuz.. yeni elave bulara pul vermeliyem.. artiq buu gun qaytarmaq isteyirem mallarini.. xaiw edirem komeklik gosteresiz.. bular firildaxcilixnan mewquldular. tewekkur edirem..
Cavab: 

Bizə rəsmi ərizə ilə müraciət edin,həllinə çalışaq.

06.02.2018
Rüfət Bədəlov
Sual: Salam men 2016-ci ilde Badamdar masin bazarinda yerlesen lifan avtosalonundan nazlifan markali masini lizinqle almisam artiq 12 ay qalib bitmeyine lakin menim masinima hebs qoyulub beleki avtosalonun harasa borcu var ona gore de menim masinima smsradar.az saytindan hebs qoyuldugu xeberini almisam.Avtosalonun huquq sobesi ile de elaqe saxlamisam hamisi yaxasini kenare cekir.Xahis edirem ki mene komek edesiniz!
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq təəssüf ki ,bizə aid məsələ deyildir.

06.02.2018
Sevən Kərimova
Sual: Torpaga çıxarış almaq üçün hansı senedler laZımdlr və hara müraciet etmeliyem?Torpaq çıxarışı olmadan eve Eskiz Layihe almaq mümkündür?
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq ,məsələ bizə aid deyildir.

03.02.2018
Muwfiq Talibov
Sual: Salam .menin 7il mehkulugum olub.2008-2015.ilde bitib.indi sirkete qurasdirici isine imtahan verib qebul.olmusam .menden mehkumluq haqqinda arayis isteyirler.asan xidmetin verdiyi arayisdada menim mehkumlugun helede silinmeyib gorsenir.bu mene ise qebul olmaqla bagli prablem yarabilermii.xais edirem mene oz huquqlarimi yazasizz
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuq.Bu sual bizə aid deyildir.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19   20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  

Əmtəə bazarında sağlamlıq üçün təhlükəli qənd satılır, AQTA-nin apardığı işlər davamlı deyil, epizodikdir!

 

Bu barədə “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) 2019-cu ildə  araşdırma apararaq cəmiyyətə ətrafli məlumat vermiş,bütün müvafiq Dövlət qurumlarına,o cümlədən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) rəsmi müraciətlər etmiş,Respublika Prokurorluğu,Dövlət Gömrük komitəsi və digər qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş,”kəllə qənd”istehsalı zamanı qəndin ağardılmasında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə etdiyinə görə bir sira qənnadı məmulatlarının istehsali müəssiələrində  reydlər kecirilmiş,qanun pozuntuları aşkar edilərək cavabdeh şəxslər həbs olunmuşdur.Eyni zamanda qəndin ağardılmasında istifadə olunan kimyəvi maddəni  ölkəyə idxal edən şəxslər cinayət məsuliyyətinə alinmışlar! Bu işlər 2019-cu ildə olmuşdur.

Bəs hazırda vəziyyət necədir?!

Belə ki, AİİB istehlakçılardan daxil olan məlumatlar əsasında bazardakı vəziyyətə nəzər yetirmiş, bir  “Kəllə qənd”nümunəsinin akkreditasiya olunmuş laboratoriyada ekspertizasının nəticələrini əldə edərək, insan sağlamlığı üçün təhlükə törədən qəndlərin bazarda  geniş şəbəkə ilə satıldığını müəyyən etmişdir.

AİİB tərəfindən aparılmış araşdırmanı bir daha xatırlasaq, məlum olur ki, hazırda da şəkər tozundan kəllə qənd hazırlamaq ücün, əksər kəllə qənd istehsalcıları daha ucuz olan kimyalaşma yolunu secirlər. Xatırladaq ki, şəkər tozundan  bəyaz kəllə qənd əldə etmək ücün iki üsul mövcuddur:

1) Şəkər tozu qaynadılır, bişirilir, alınan məhlul qaynatma zamanı sarı rəngə boyandığından, bu məhluldan bəyaz kəllə qənd almaq üçün məhlul bərkiyəndən sonra sarı rəngli kəllə qənd kütlələri, çox böyük firlanma sürətinə malik olan və yüksək məsrəflərlə başa gələn “Sentrafuqa”qurğusuna yerləşdirilir, burda yüksək mərkəzdənqaçma təcilinə məruz qalan kütlələrdən sarı maddə ayrılır və mexaniki yolla  tam bəyaz “kəllə qənd” əldə olunur.

2) Qaynadıldıqda sarı rəngə boyanmış şəkər tozu məhluluna kimyəvi maddə-Kükürd dioksid (SO2) əlavə edilr, sarı rəngli məhlul bəyaz rəng alır! Bundan sonra məhlul qəlblərə yerləşdirilib soyudulur və  gözlə sarılığı cətinliklə ayird edilə bilən ”bəyaz” kəllə qənd əldə edilir.

SO2 kimyəvi maddəsindən əsasən sənayedə parca ağartma, dəri aşılama, xalca yuma kimi sahələrdə istifadə olunur.

Qeyd edək ki, bütün dünyada gəlir əldə etmək, insan sağlamlığını arxa plana keçirtmə istəkləri, o yerə gətirib cıxarmışdır ki, hətta kimyəvi yolla  kəllə qənd istehsalına, bəzi ölkələrdə standartlara da daxil etməklə  haqq qazandırmışlar. Məsələn MDB məkanında mövcud olan ГОСТ 33222-2015 standartlarında  1 kq bəyaz kəllə qənddə maximum 15 milli qram  kükürd dioksidın  ola bilməsi nəzərdə tutulmuşdur (bundan öncə bu sahədə qüvvədə olan ГОСТ 22-94 və ГОСТ 31361-2008 standartlarında isə ümumiyyətlə bu maddənin istifadə edilməsinə icazə verilmir). Ölkəmizdə Tayqa Ticarət”müəssıəsi tərəfindən istehsal olunan və əmtəə bazarında satılan “Dad1” kəllə qənd məmulatının tərkibində laboratorioya tədqiqatı  1 kq məhsulda 70,2 mq  kükürd dioksid olduğunu göstərmişdir! Yəni təhlükə normasından 4,6 dəfə (500%-ə yaxın) cox!

AİİB-in araşdırmaları göstərir ki, ölkədə mövcud olan 20-yə qədər “Kəllə qənd” istehsalçısı bəyaz kəllə qənd əldə etmək ücün hazırda kimyəvi üsuldan istifadə edir və təhlükəli kimyəvi maddədən qəndi daha bəyaz etmək ücun bol-bol istifadə edirlər!

İstehlakçıların maraqlarını və sağlamlığını əsas tutan AİİB-birmənalı olaraq istehsalçılar tərəfindən kəllə qəndin ümumiyyətlə mexaniki yolla ağardılmasının həyata keçirilməsini istəyir!  Ən pis halda isə ГОСТ 33222-2015 standartlarına əsaslanaraq kəllə qənd istehsal edən sahibkarların fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət edilməsini və sözü gedən kimyəvi qatqının standartda göstərilən normadan əsla yuxarı keçməməklə istifadəsinə icazə verilməsini tələb edir.

O cümlədən, hansı kəllə qənd istehsalı müəssisəsində mexaniki yolla ağartma həyata keçirilmirsə bu müəssiələrdə mütləq vaxtaşırı yoxlamalar aparılmalı, istehsal nümunələrindən götürülüb laborator analizləri aparılmalı, təhlükəli maddələr aşkar olunarsa və ya qatqılarla bağlı normadan kənara çıxmalar müəyyən olunacaqsa, satışda və anbarlarda olan məhsullar qeri cağrılmalı, ictimaiyyətin gözü önündə və KİV-lərin iştiraki ilə məhv edilməlidir. Bu istək və tələblərlə AİİB, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər etmişdir.

 

                                        AİİB-in sədri:                       E.Hüseynov

 

daha ətraflı...

Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir,əsasən İrandan idxal olunan mallar!

İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır!İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur!

“Azad İstehlakçılar” İctimayi Birliyi(AİİB) uzun illərdir ki,ən müxtəlif Dövlət orqanlarına yazılı müraciətlər göndərərək  bu məsələnin ,yəni vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq taninması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalir!

Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır

Istehlakcılarin Hüquqlarının Müdafiəsi Haqqında  AR-nın Qanununun 13-cü maddəsi:

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır”

Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda  belə uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır.Əlbəttə bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!

İlkin olaraq AİİB malların milli dildə markalanması məsələsini  İran İslam Respublikasından idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cün ki,ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır!Əğər Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.24 il ərzində AİİB, BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnəz körpə qidalarının milli dildəmarkalanmasına nail olmuşdur,bu cox azdır! AİİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının  markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür,lakin ərzaq malları üçün çox mühüm göstərici olan,istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük!Şübhəsiz ki,bu istehsalcı tərəfindən bilərəkdən,şüurlu şəkildə edilir ki,malını “Ölməz etsin”,yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər!Əlbəttə Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil.Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır,düşünür ki,yararlılıq vaxtı keçmiş mal satıla bilməz!Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur. Bəzən bu mövzu ilə bağli  neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediyada pafoslu cıxıçlarına da rast gəlirik,amma “3 müşketyor qanunu” daha uğurla işləyir-birimiz hamimiz ücün,hamımız birimiz üçün - yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa vəssalam!

İran ərzaq malları satışı şəbəkələrində ciddi monitoringlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə  ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranmışdir.

Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur.Bu dükanların bəzilərinin ünvanları:Əsas topdansatış dükanları,Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı(topdan satış),Dərnəgüldə “Elit “TM-nin yaxınlığı(çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28

2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və.s.

 

AİİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsminə  müraciətlər göndərmişdir.  Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakcını fəal olmağa cağırırıq və dövlət qurumlarında nəticələr gözləyirik.

AİİB-in sədri:                       Eyyub Hüseynov 

 

 

daha ətraflı...
Press reliz
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi(AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi” layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.
19 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2. ünvanda yerləşən “Araz 20 yanvar Superstore”- da istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar çantaları təmənnasız olaraq paylanıldı. Onlara həmçinin ekologiyanın qorunmasına,plastik taralardan imtinaya, qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanıldı. İstehlakçılarda parça sumkalara böyük maraq oldu. Tədbirin sonunda çantaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi. Tədbirə dair press reliz hazırlanaraq KİV-lərə göndərildi. Tədbirimiz davam
daha ətraflı...

 

 

“Azad İstehlakçılar”

  İctimai Birliyi                                                                                                                   M: +99450 341 62 25                                       

17 avqust   2020-ci il.

 

Press reliz

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) “Istehlakçılara parça bazar torbalarının paylanılması ilə ekologiyanın qorunmasına dəstək verilməsi layihəsinin icrası üzrə fəaliyyyətini davam etdirir.

17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu,  Səməd Vurğun küçəsi 60. ünvanda yerləşən “Bolmart” Supermarketdə istehlakçılara 150 ədəd parça materialdan tikilmiş bazar sumkaları təmənnasız olaraq paylanılmışdır. İstehlakçılara həmçinin qida təhlükəsizliyinə və ştrix koda dair məlumatlar da paylanılmışdır. İstehlakçılar böyük həvəslə həmin sumkaları götürürdülər. Tədbirin sonunda sumkaların paylanılmasına dair akt tərtib edildi. Eyni zamanda müəyyən istehlakçıların fotosu da çəkildi.Tədbirimiz davam edəcək.

daha ətraflı...
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır