İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Aprel-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (139)
Dunen ziyarətçilər: (119)
Bu gün səhifə baxışı: (185)
Dünən səhifə baxışı: (162)
Question-Answer
Sual yaz
30.01.2018
Elza Hüseynova
Sual: Salam.biz 2015 ci ildə kapital bankdan pul götürmüşük üç ildiki hər ay ödəniş edirik 2017 ci ilin may ayında 700 manat ödədim və iyun ayında 160 iyulda 175 və ardıcıl dekabıra kimi mödəniş elədik indi hesabımıza göre kreditimiz bağlanmalıdır banka gedəndə bizə bildirdilərki iyun iyul ayı ödəniş olunmuyub bir qəbza əlimizdədi bankın özündə ödəmişik diqəri itib bizə bildirfilərki bizə çek zad lazım deyil bizi maraqlandırmır ödəməlisiz .çox xahiş edirəm bizə bir yol göstərin nə edək öncədən təşəkkür edirəm.
Cavab: 

Məsləhət görürəm ki Maliyyə Bazarlarına nəzarət palatasına ərizə ilə müraciət edin və ya 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə müraciət edin

28.01.2018
Yegane Novruzova
Sual: Salam.menim sualim beledi.atam 4 ay bundan once vefat edib.1 baciyiq 1 qardaw.ama qardawim burda yawamir.hec biznende maraqlanmir.atamin adina olan torpagda anam , men ve menim qizim propiskadadi.torpaq Celilabadda yerlewir.qardawim ve ya qizimin doverennosti lazimdiki bu torpaq menim adima kecsin.ve ya anam oz payina duwen torpaq yerini mene yazdira biler vesiyyetnamede?
Cavab: 

Bu sual bizə aid deyildir,biz istehlakçı hüquqlarını qoruyuruq.

28.01.2018
Leyla Məmmədova
Sual: Mənim yoldaşım oğurluq ustunde tutulub 9min mamat olub indiye qeder məhkumluğu olmayıb və iki az yaşlı övladı var biri mənden biri qabaqkı yoldaşından obiri uşağa alimet verir yoldaşıma neçə il iş veriləcək allah sizden razı olsun
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.Hüquqşünasımız Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz: 055 569 83 53.

28.01.2018
Nailə Mehtiyeva
Sual: mənim qardaşın boşanıb boşadığı qadın başqasıyla ailə qurub yenede aliment teleb edir almalıdırmı çox sağolun
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.Hüquqşünasımız Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz: 055 569 83 53.

27.01.2018
Tofiq Quliyev
Sual: Salam ! Hormetli huquqşunaz men sizi sankt peterburq şeherinnen elaqe saxlayram , ve size bir sualim var , zehmet olmasa cavablayin , bir nece ildirki Baki şeherinde menzili almosam mennen basqa bir adam da var oda alib mennen xebersiz onada satiblar , bina tikildi tehfil verildi mene ikinci sahibi cixdi uze tanis olduq . Ve bununlada bizim caremiz oldu mehkemeye bas vurmaq men birinci sahibi oldugumcun qalib qeldim , ve is baglandi verildi icraya , icrada duz iki ayi kecib artiq , buqun sabah uzadillar. Men kime muraciyet ede bilerem , ve ya ne ede bilerem ? Mene bir meslehet verin xayis edirem . Icrani uzadillar mende uzanmaqda şubhe edirem qarşi terefden.
Cavab: 

Məsləhət verirəm ki,hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlayın (  055 569 83 53.)   İddia qaldırıb icraçıları məhkəməyə vermək lazımdır.

25.01.2018
gulendam memmedova
Sual: Zamin Bankda (artiq baglanib)texminen 5 il once zamin dayanmisdim. kredit goturen sexs odemelerini etmeyib, daha sonra da bank baglanib. amma hele de meni narahat edir, tez-tez zeng edirler. sonuncu defe de korrupsiya idaresi adi ile hede qorxu geldiler. mene filialimiza yaxinlasin deye israr edirler. mene ne meslehet vere bilersiniz?
Cavab: 

Məsləhət görürəm ki Maliyyə Bazarlarına nəzarət palatasına ərizə ilə müraciət edin və ya 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə müraciət edin

25.01.2018
Sebine Muxtarova
Sual: Men mebel magazinden yazi masasi almisham.Olculerini duz etmediler.Deyishdirmek xahish etdim.Meni get gele sali lar.Dedim qaytarin pulumu istemirem stolunuzu.Mene kobud cavab verdiler.
Cavab: 

498 15 04 telefonu ilə dövlət orqanına müraciət edin.

25.01.2018
Elmar yolciyev
Sual: salam menim deymis ziyanin tutumasi barede mehkemem gedir iddacinin yazdiqlari duzgun olmadiqina gore etirazimi bildirmisem .Mehkeme yeniden kamisjyanin getmesin teleb etdi .kamisiya gedib menim istirakim olmadan qiymetlendirib .bilmey isdeyirem menim isdirakim olmadan getmeyi nece duzdu yosa menim istirakim vacibdi.ve yene duzgun qiymetlenme olmasa etiraz ede bilerem ve yeniden kamisiya ollunmasin teleb ede bilerem xahis edirem bunu duzgun yolun mene yazasiz mende oz huququmu bilim ordaaprelin biri mehkemedi mumkunsr tez cavablandirin saqolun
Cavab: 
21.01.2018
Orxan Mammadov
Sual: Salam ,men bilmey isterdim , atam 1998 ci ilde firma acib sened ustunde , sened edliyye nazirliyi terefinden tesdiqlenib, amma hec bir fealiyyet gostermeyib , bilmey isteyirem ki, bu firmani berpa etmek mumkundumu, ve ya buna gore hara muraciet etmeliyem, bu muracietin menasi varmi ?
Cavab: 

195 (1)-Vergiler Nazirliyine zeng edin,VOEN-i deyin cavab alin.

17.01.2018
Saleddin Sadiqli
Sual: Salam xais edirem mene komeklik edesiz meni bununla iki defedi manevri etmeytime gore avtoxuliqan adi ile saxlayib bir defe 500 manat bir defe de 400 manat odemekle masinimi cixarmisam her iki isdede mene hec bir video teqdim olunmayib mene deyibler ki seni reis gorub ve ya xeber veribler bize.Qazandigim emek haqqi bunlara gedir bele serefsiz polislerimize dur demek ucun bu oz basinaligi men nece hell edib milletimizi bu serefsizler bezdirib qanimizi icirler.Bununla bagli men kimlere yaza bilerem ki bu qanuni olmayan ise bir dur desinler oz basinaliq bas alib gedib. tezlikle sizden cavab gozleyirem cox sagolun.
Cavab: 

Ödəniş sənədlərinin kopyasını təqdime tməklə ətraflı ərizə yazın imza qoyun,çalışaq kömək edək.

15.01.2018
Mirana Suleymanova
Sual: Salam cox sagolun cavabiniz ucun.cox xahiw edirem veten oglu,qurban olum size mene meslehetinizle komek edin. Men Azerbaycan vetendawiyam Rusiyada 3 illik sonra tezelikle 5 illik vidnojistva almiwam,meslehet gorurler ki Rusiya vetendawi olum ona gore ki cox pul verirler uwaq pulu(qeyd edim ki yoldawim Rusiya vetendawligini qebul edib,ovladlarim da dunyaya gelen kimi avtomatik Rusiya vetendawi oldular. Cox xahiw edirem Allah xatirine meslehetinize ehtiyacim var.Men Rusiya vetendawligini qebul etsem ne kimi cetinliklerim ola biler?eger Azerbaycanda yawamaq istesem? Ve hamimiz Rusiya vetendawi olsaq Azerbaycanda ev ve ya obyekt ala bilerikmi gelecekde?biliremfikirleweceksiniz ki secim birini amma qanunlari bilmediyim ucun caresizem.Sonralar Rusiya vetendawligindan imtina edib Azerbaycan vetendawligini tez bir zamanda ala bileremmi? Mene meslehetinizle cox boyuk komek olarsiniz
Cavab: 

Salam,bu saul bizə aid deyildir.Təəssüf ki , cavablandıra bilmirik.

13.01.2018
Seymur Qeniyev
Sual: salam. men 5 ildirki bosanmisam, ve aliment verirem, sualim aliment haindadir. son 1,7 ile kimi 70 azn odeyirdim, sonra xanim teref idda etdiki 70 azn azliq edir mende 115 azn odedim 3 ay sonra yene idda etdilerki azli edir 140 azn odedim, indide idda edirlerki azli edir 200 azn teleb edirler, mende bezmisem bunlarin bu hereketlerinden bundan sonra 70 azn odeye bilerem? yeniki lap evvelki kimi. onuda eyd edimki xanim teref her defe pulu qaldiranda hecbirinde mehkeme olmayib. ve issizem 70 azn odeye bilerem?
Cavab: 

Salam,biz istehlakçı hüquqlarını qoruyuruq.Bu sual bizə aid deyildir.

10.01.2018
Elçin Əliyev
Sual: Salam.Mən VW Passat üçün dükandan termostat alıb,elə həmin dükan olan servisdə də dəyişdirdim.20gün keçməmiş(600km yürüşdən sonra),original adı ilə satdıqları termostat xarab oldu.Avtomobil qızdırırdı.həmən servisə də getdim,diaqnostika etdilər,termostatın yararsız olduğunu dedilər.Aldığım dükana üz tutdum,nə dəyişmədilər nə qaytarmadılar.Maşını belə sürməyin təhlükəli olduğunu söylədilər.Çarəsiz qalıb,maşının üzərindən çıxan köhnə termostatı yerinə qoydurdum.Qeyd edim ki öz termostatı 9 ildi işləyirdi və 240000(iki yüz qırx min)km yürüşdən sonra xarab olub.Malı alarkən kassa qəbzi də verməmişdilər.amma tel danışıqlarımız olub,hətta telefonda deyiblər ki "şikayət etsən deyəcəm ki heç bizdən almamısan".Mənim belə durumda nəyi isə tələb etmək haqqım varmı?varsa hara müraciət edə bilərəm?
Cavab: 

Məsləhət : Azad İstehlakçılar İctimai Birliyinə ərizə yazın, flashkartda təşkilata gətirin,çalışaq kömək edək və ya 498 15 04 telefonu ilə dövlət orqanına şikayət edin.

07.01.2018
G Aliyev
Sual: Salam . Men 2 gun qabaq Ipekyol magazindan bir geyim almisam hediyyelik. Lakin sehven basqa kagiz evezine malin chekini tullamisham.Geyimin pulunu palstik kart post terminal vasitesile odemishem. 2 gun sonra Hemin geyim de olcusu olmadigina gore qaytarmaq yox deyismek istedik. Magaza dedi ki, mutleq chek olmalidi. Men de telefonumda bu malin alnimasi haqqinda mesaji gosterdim yani menim kartimdan filan tarixde filan meblegde pul cixilib. Bir sozle bu geyimi hec cur deyisdire bilmeyeceklerini dediler. Bu meselede men haqli ve ya haqsiz oldugumu bilmek isteyirem. Bu mali deyisdirmek huququm varmi? Tesekkur edirem
Cavab: 

Qanunda çek zəruri tələb olaraq qoyulur.Lakin Sizin telefonda  sübutunuz vardır.Siz haqlısınız.

03.01.2018
pərvanə əliyeva
Sual: cox xahis edirəm deyərdiz kərə yagina endirim nə vaxt olacaq.vergilərin azaldilmasi ilə əlaqədar.Ankyaginin qiyməti necəyə olacaq.TƏŞƏKKÜR EDİRƏM.
Cavab: 

Bu sualların cavabını təəssüflər olsun ki, mən bilmirəm.

29.12.2017
leyla asadova
Sual: men torpag almisham lakin bir gun tamam kecmamish fikrim deyishdi men mugavvileni pizub pulumu geri almag isteyiram men on u eda bilaram.Cavabiniza gore size minnetdaram
Cavab: 

Məsləhət  görürəm ki,498 15 04ə zəng vurasınız.

26.12.2017
Vuqar Memmedov
Sual: Salam men bir selemcinin werlerine meruz qalmiwam demek olar ki hec bir esaslari olmadan meni werliyir. Amma menim wahidlerim var ki bu mene verilen pullari selem ile verib.bu xanim mene hise hise 35000 vermiwdi men ise o xanim 2 ildi her ay ode uw etmiwem menim hesabimla bu xanim 41000 den cox pul odemiwem.selemci mene dedik senin qizilini satacam getir pulu bagla .mende dedim ki xanim satma lamparda qoyaq sene qalan 5000 oduyum .selemci razilawdi ve laparda yoldaeiml getdiler, yoladwim bize mexsus qizillari lamparda teqim edib ve razilaga gelmeyibler cun ki pulu az verirmiwler.hemen gun mene selemci bize mexsus olan qizili bize getirmiwdi ve men hemen qizilin uste elave qizil qoymuwdum ona gore de yoldawim qizili selemciye qaytarmayib ki gedek eve mene elave etyim qizili goturum hemen selemci yoldaeimla raxiliga gelmeyibler yoldaeim da hirdlenib qizillari eve getirib ve bu xanim da 102 melumat vetib ki mene mexsus qizili vuqar lamardan aparib ve teqiqatci bizim emelde cinayyet ilmadigin redd edib .ve selemci red etme ile raziliga gelmeyib yeniden baw idariye wikayyey edib indi bizim iw istindaqda arawdirmadadi menim yoldarima 178.2.4 ile cinayyey iwi bawlayirlar bu dogrudurmu? Ve ilkin izahati kimi yox bawq ifade ile yoldawimi werliyir ki sene 22000 bir 10000 bir 7500 bir pul vermiwem ve yalaci wahid alib wahide oz xalasi ogludu indi sizden soruwmaq istiyirem yoldaeimi emelinde cinayywt mesiyyeyi dogrudurmu?
Cavab: 

Salam,biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.

23.12.2017
Jale Isgenderli
Sual: Men Xetai metrosu terefde kursla yazildim. Ingilis dili dersleri ucun. Ferdi ders ucun 100 azn odenis edib muqavile bagladig. 2 ferdi ders kecdikden sonra dedilerki bize ferdi ders kecmek serf elemir kecmirik. Derslerini yalniz qrup seklinde davam ede bilersen. Halbuki qrup dersin odenisi 40 Azndir. Basga hec bir yolumun olmadigini dediler .Mende razilasmayib odenisi geri teleb etdim. Amma hec bir halda qebul etmirler deyirlerki odenis geri qaytarilmir. Bilmek isdeyiremki bunu etmeye haqqlari varmi? Bunun ucun hara muraciet etmek lazimdir ? Birdeki eyer odenis qaytarmaga razilassalar 2 ders kecmeklerine baxmayaraq odenisimi tam olaraq geri ala bilerem?
Cavab: 

Ətraflı ərizə yazın ,imza qoyun ,maillə göndərin və ya flashkartda təşkilata gətirin.

23.12.2017
Humay Ahmadli
Sual: Salam. Mən bir gün öncə 28 mayda dükanlardan birində feni aldigim zaman eyer defekt aşkar olunarsa getirib qaytaracagimi ve yaxudda deyisdireceyimi bildirdim. Amma onlar israrla bele bir seyin mumkun olmadigini dediler. Men ise feni aliram ve qaytarmaq lazim oldugunda buna baxacagimizi bildirdim. Normal oldugu halda qaytarmayacaqdim. MEn feni goturub odenis elediyim zaman onlar ZORLA menim elimnen feni alib mene satmayacaqlarini bildirdler.Bundan elave sexsiyyetimi alcadacaq nalayiq sozler isletdiler. Ve oz aralarinda menim hansisa qurumnan onlara yoxlanisa geldiyimi dusunduler ))) Sualim ise budur ki bu halda istehlakci huququ pozulurmu ? Bunun ucun hara muraciet etmeliyem? Ve onlarin cezasi nedir?
Cavab: 

Suallarınıza cavab almaq üçün dövlət orqanına zəng edin.İqtisadiyyat Nazirliyi :498 15 04

18.12.2017
Mehman Musayev
Sual: Salm bir daha narahat edirem ceneb pirizdentimize nece bildirim men bu wikayetmi
Cavab: 

Prezidentin rəsmi səhifəsinə daxil olaraq bildirin.

18.12.2017
Aysel Mustafayeva
Sual: Salam size sualim men 2008 ci ilde ikinci defe aile qurdum yoldasim mene evli oldugunu dememisdi,buna naxmayaraq ayrilmadim 3ovladimiz var idi biri oldu 2016ci ilde anamdan mene miras qalan evimi satdim yoldasim qacqin oldugundan mene dediki qacqinlarin yasadigi binada ev alaq mende aldim umumi eve 3500 manat pul xerclemisem yoldasim meni aldadib pulun 1,2aya verecem deyib eve girdi pulumuda vermedi polise sikayet etdim isime hec kim baxmadi orada bir nece esyalarim ola ola hec neyimi goture bilmedim ve bundan elave menden 1000manat bir 1500manatda bir goturub ozune masin aldi ama bunlarida qaytarmadi bu gunki gundede ondan pullarimi isteyende deyirki get elin hara catirsa ora hec kim mene hecne ede bilmez indide kirayelerde qalmisam sualim buduki yoldasimdan ve onun ilk evliliyden olan xanimdan qanuni pulumu istemey ucun harasa muraciet ede bilerem?qabaqcadan minetdaram
Cavab: 

Xanım,biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.

18.12.2017
Güləmbər Abdullayeva
Sual: Təyin edilmiş tələblərə cavab verməyən məhsulun geri çəkilməsi barəsində məlumat hansı dövlət orqanları tərəfindən istehlakçılara verilir?
Cavab: 

Iqtisadiyyat Nazirliyinə müraciət edin :498 15 04

17.12.2017
aynure ismaylova
Sual: Azerbaycanda menevi tezminat davasi varmi?Yoldawin xeyanetine gore ona dava acmaq mumkundur??
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.

17.12.2017
Nazim Abbasov
Sual: Bu gun ushaqlari atanin yaninda qoyub atanin ehtirazini nezere almayaraq xarice tehsil almaga yollanan qadin xeyli muddet sonra ushaqlar menimdi deyib atanin elinden almamasi ucun ata ne kimi tedbirler gormelidir?
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.

17.12.2017
Nazim Abbasov
Sual: Salam men xaricde mulk alsam bu haqda hansi quruma melumat vermeliyem?yeni xaricde dasinmaz emlak alsam ipotekayla dovletden pul cixartmaq sayilmir ki ?
Cavab: 

Bu sual bizə aid deyildir və cavabını bilmirik.

16.12.2017
Yaqub Hüseynov
Sual: Mən stolüstü, monoblok, Mac kompyüteri almışam. Kompyüter tamamiylə təzə olub. Cəmi 3 gün işlədəndən sonra, kompyüterin HDD hissəsini SSD -iyə dəyişmək qərarına gəlmişəm. Bununla baqlı kompyüter satışı və təmiriylə məşqul olan maqazalardan birinə müraciət etmişəm. Mənim yanımda həmin maqazada usta, kompyüterin HDD hissəsini çıxararaq, verdiyim SSD hissəsiylə əvəzləmişdir. Usta bu əvəzləməni etmək üçün,kompyüterin korpusa yapışqanla (skotç) yapışdırılmış monitorunu çıxarmaqa məcbur olmuşdur. Kompyüteri yıqarkən, monitoru əvvəlki yapışqanın (skotçun)üzərinə oturtmuşdur. Soruşanda ki, monitoru korpusa belə bərkitmək, monitorçun təhlükəli deyilmi, demişdir ki, arxayın olum qopmaz. Həmin gün axşam evimdə, kompyüterin monitoru durduqu yerdə yapışqandan qoparaq, stolun üstünə düşərək sınmışdır. Bilmək istərdim ki, bu işlə əlaqədar məhkəməyə müraciət etməmişdən öncə, mən maqazaya pretenziya qaydasında yazılı müraciət etməliyəmli? Siz maqazayla danışıqlarda mənə kömək edə bilərsinizmi? İstərdim ki bu məsələ məhkəmədənkənar, dostcasına həllini tapsın.
Cavab: 

Hörmətli Yaqub  müəllim, istənilən bu kimi məsələni tərəflər istəsələr danışıq yolu ilə həll etmək olar.İstəyinizi dükana bildirin , həll olunmasa ətraflı ərizə ilə bizə müraciət edin birgə çalışaq.

14.12.2017
Namik Boyuk zade
Sual: Salam. Bir neсе vaxtdir ki, minik avtomobilime 42 lite hecmi olan Gaz avadanligi gurashdirmisam ve ugurla istifade edirem. Geyd edim ki, balona umumi hecmin 80% dola bilir, yeni 33 litr ve bu tehniki teleblerden vacibdir. Isletdiyim muddetde dolu ballonun pul hecm maksimumi 13 manat tutmusdur9 dekabr tarixinde gece vaxti aeroport yolunda Bine gesebesi yaxinliginda yelesen Azpetrol yanacag doldurma sebekesinin daxilinde yerlesen Azgaz doldurma stansiyasinda bos balona gaz vurdum ve hecmi tutdu 40 litr- 16 manat. Cheki elde edib, iki gun sonra is vaxti oranin rehberliyine muraoiet etdim ve iradimi bildirdim. Ondan eshitdim ki ola bilmez, onlarin isi dizdur. Gaz avadanligi gurasdirdigim yerden arayis aldim ki, ballon goruyucu klapan ile temin olunub ve 80% dan artig dola bilmezBirde gaz masinda gurtararken bos balonla girdim hemin Azgaz muessesine ve hemin Vasif adli smen rehberi yaninda birde balona gaz vurmagi teklif etdim. Bu defe ballona saygac gostericisi ile 41.3 litr gaz getdiBununla bagli smen reisi ele aciglama Verdi ki onlarda kompressgucludur ve artig vurur. Calisdim basa salim ki, bu en azi tehlukesizlik baximdan duzgun deyil ve sonra da menden her defe artig 3 azn alinir, cunki her yerde dolu balon hecmi maksimum 13 manat tutur. Bununla bagli, Sizin komentariniz ve komeyinizi xahis edirem
Cavab: 

Orda vəziyyətin düzəlməsini ,ödədiyiniz artıq pulun qaytarılmasını istəyirsinizse məsləhət : 1)İqtisadiyyat Nazirliyinə zəng vurun -498 1504 və ya təşkilata ərizə yazın imza qoyun çalışaq kömək edək.

14.12.2017
Coşqun Abbasov
Sual: 3 həftədi masin almisam alanda dedi hec bir problemi yoxdu. alandan ustune 250 manat xerc qoymusam. inidə mostunda ses var ustaya gorseddim deyir satan adam mosta apilka tokubki ses gelmesin. indi men nece ede bilerem masin qaytarim ve qoyduqum xerci alim
Cavab: 

İşlənmiş maşın almısınızsa biz kömək edə bilmirik.Məsləhət görürəm ki İqtisadiyyat Nazirliyinə zəng vurun :498 15 04

13.12.2017
Xəyalə Qasimova
Sual: Salam.mən gürcüstan vətəndaşıyam və azerbaycan vetendaşı ilə nigahdayam.2 övladimiz azerbaycan vetendaşıdır.mən 10 gün erzinde qeydiyyata düşə bilmədiyim ücün 300 manat cərimə olunmişam.qeydiyyata düşə bilməmə səbəbim xesteliklə bağlıdır.hec cür imkanim yoxdu o pulu vermeye.evdar qadinam.hansı quruma müraciət edə bilərəm.xaiş edirəm kömək eliyin
Cavab: 

Təəssüf edirəm ki,bu sual bizə aid deyildir.Cavabı bizə məlum deyildir.

11.12.2017
Mehman Musayev
Sual: Salam noyabr ayinin 29 cenab pirizdentimiz ilham eliyev sabirabad rayona geldi ve yeni xeste xana acliw etdi ve bizim yolara pul ayirdi cenab pirizdetimiz ilham eliyev gediyi yolar duzeldi ve yerde qalanlarin duzetmediler ve xeste xana iwlemedi bu yolar barede ne etmek olar
Cavab: 

Bu məzmunda məktubda Cənab Prezidentə müraciət edin,çəkinməyin.

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20   21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio