İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Aprel-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (126)
Dunen ziyarətçilər: (119)
Bu gün səhifə baxışı: (172)
Dünən səhifə baxışı: (162)
Question-Answer
Sual yaz
10.12.2017
Avez Aliev
Sual: Men il erzinde smart kartlı sayğacla ne qeder qaz işletdiyimi nece öyrene bilerem?
Cavab: 

Sayğaca baxmaqla  ilin əvvəlində  və sonunda olan göstərici ilə öyrənə bilərsiniz.

05.12.2017
Elnur Aliyev
Sual: Menim atam bashqa qadinla evlidi ve o qadinin bashqa kishiden 2 evladi da var...yashdara 20 den coxdu....atamin neyi varsa hamisini o xanimla evlendikden sonram alib...mene nese pay dushur eger ona bir shey olsa...Ve qaldigim ev menim anamla birge olan vaxti alinib...ama atamin adinadi....Ne etmek olar mene bagishlaya biler mulkunu yeni hediyye ede biler neyise....sagolun..
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,Bu sual bizə aid deyildir.

02.12.2017
Nazim Bagiyev
Sual: Salammen kontakt homdan kriditim var veni mehkemeye viribler imaknim olmadigi ucun odeniw cekicirdi ve olar menebildirdiler kiodeniw ed mende ayba ay 100 azen odeyirdim indise olar odeniwi menim mawima yoneldibler nedeqe bu haqqlidi
Cavab: 

Düşünürəm ki,haqlıdırlar.

30.11.2017
Mirsadıx Yaqubzadə
Sual: United Colors of Benetton mağazasından 19.11.2017 tarixində gödəkcə almışam. Bu gün cəmi 3 və ya 4-cü dəfə əynimə geyindikdə pərçini(заклёпка) qopub. Mağazaya yaxinlaşaraq gödəkcəni dəyişdirmələrini istədim, amma rəhbərlikləri tərəfindən verilmiş tapşırıqa görə bunu edə bilməyəcəklərini bildirərək yalnız dərziyə verib təmir edə biləcəklərini dedilər. Təkid etdiyimi görüncə nömrəmi alıb sabah yekun qərarı bildirəcəklərini dedilər. Bu halda gödəkcəni qaytara bilərəmmi?
Cavab: 

Malı  aldığınız gündən 14 gün müddətində istehsal  qüsurunu müəyyən etsəydiniz , geyilməyibsə ,yarlıkı üstündədirsə qaytarmaq hüququnuz vardır.

30.11.2017
Nazim Mammadov
Sual: Salam. Men bilmek isterdim yeni tikililerde saygaclar satan MTK-larla mubarize aparib netice elde etmek olurmu? Bu ishe girishmeye deyer yoxsa menasizdir?
Cavab: 

Nəticə olur.

25.11.2017
mahir adilov
Sual: Sehliyyali firmasi; vozvrat kolbasalari yeniden istehsal edib satisa cixarir.xahis edirem bu haqda ciddi is gorub ehalini maariflendirin.100 faiz beledir.emin ola bilersiniz.
Cavab: 

Hörmətli Mahir bəy,bu cəmiyyət üçün əhəmiyyətli informasiyadır.Buna oxşar informasiyalar daim gəlir.Lakin heç kəs özündə cəsarət tapıb faktları sübut edən dəlillərlə ərizə yazmır.Məlumatınız dəqiqdirsə,buyurun ərizə yazın Sizinlə birlikdə həll edək.

25.11.2017
aynur aqayeva
Sual: Salam.Menim uc uwaqim var men yoldawimdan bowanmaq isteyirem meni fiziki iwgencelere meruz qoyduquna gore o meni qorxudurki sen bowansan uwaqlarin birini goturecem uwaqlarimin en boyuyunun on yawi var o,bunu esas getirirki bowansan men stabil maaw aliram o maawda,iki yuz,elli manatdi uc uwaqa yarisi duwur sene,yuz elli,manat alinent kesecek mende teleb edecemki vu meqlebe,uc uwaq saxlamaq olmur mutleq,bir,uwaqi verecekler mene yawayiw,yerimde var,ozumun ayri evi var,bu dediyi kimi menim uwaqlarimi alumet az,kesilse goture bilermi ozum.iwlemirem .
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq,bu sual bizə aid deyildir.

22.11.2017
Vüsalə Alakbarli
Sual: Salam men dünən kontakt homedan kreditle telefon almışam heç bir nasazlığı yoxdur sadəcə maddi vəziyyətlə əlaqədar geri qaytara bilərəm mi?
Cavab: 

Qanunda bu səbəbdən geri qaytarmaq nəzərdə tutulmamışdır.Məsləhət: 498 15 04 ilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.

18.11.2017
Aynur Seyidova
Sual: Salam! Yoldasimin qeydiyyati yoxdu. Qeydiyyatda olmayanlar nigaha gire bilerler ve buna gore hansi senedler lazimdi?
Cavab: 

Salam, biz istehlakçı hüquqlarını qoruyuruq.Bu sual bizə aid deyildir.

18.11.2017
Rafiq Paşayev
Sual: Salam.Mənim müraciətim bir neçə məsələ ilə bağlıdır.Bu haqda lazımı dövlət idarələrinə müraciət etsəm də cavab ala bilməmişəm.Çox xahiş edərdim yardım edəsiniz.2013cü ildə AAAF park yaşayış kompleksindən mənzil almışam.Bina hələ tikilməkdə olduğundan evin sahəsini yerində ölçə bilmədik.Sonradan kreditin başa çatmağına az müddət qalmış mənzili təmir edən zaman evin sahəsinin müqavilədə göstərildiyindən az olduğu məlum oldu.70.9 kv yazılsa da 63 kv olduğu məlum oldu.Sizdən artıq ödədiyim məbləğin geri qaytarılması üçün köməklik göstərməyinizi xahiş edirəm.Növbəti məni narahat edən məsələ hər ay enerji sərfiyyatına görə sakinlərdən qeyri-əhali qrupuna aid edilən 1 klv0.09 azn məbləğdə ödənişin tələb edilməsidir.Bu da mənə hər ay 4-5 azn artıq məbləğin ödəməsinə başa gəlir ki,bu da istehlakçı hüqumun pozulması deməkdir.Yuxarıda göstırilənləri nəzərə alaraq köməklik göstərəcəyinizi ümid edirəm.Çünki dəfələrlə bu məsələrlə bağlı dövlət qurumlsrına müraciət etsəm da müraciətim cavabsız qalıb.
Cavab: 

Hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlayın (Tel:050 341 59 17) ərizə yazın,köməklik göstərək.

08.11.2017
Gunel Memmedova
Sual: Salam. Size bir sualim olacaq. Zehmet olmasa cavablayardiz. Men mehkemede alimentle bagli legv erizesi yazib vermiwdim. Bu halda Alimente xitam verilirmi?
Cavab: 

Xanım , biz istehlakçı hüquqlarını qoruyuruq.Bu sual bizə aid deyildir.

04.11.2017
Arif Memmedov
Sual: Salam,zehmet olmasa deyerdiniz men kere yagi adiyla xeyli miqdarda yag almaq isteyirem,onun terkibini nece yoxlada bilerem?
Cavab: 

Hörmətli Arif bəy, müstəqil laboratoriyada pul ödəyib, etdirə bilərsiniz.Tel: 050 220 74 35 (İradə xanım)

03.11.2017
əliyeva pərvanə
Sual: mən kiprik ücün tuş alanda satici qiz acib verdi ki yoxlayim.Sonra nəzarətci dedi ki bu tus probnik deyil istifadə etdiz almalisan.Axi bu saticinin səhvidi.cox narahatam xahis edirəm mənə yol göstərin.Magaza Tutti.
Cavab: 

Gəlin ətraflı ərizə yazın,imza qoyun həllinə çalışaq və ya 498 15 04 ilə dövlət orqanına şikayətinizi bildirin.

26.10.2017
Sevda Aqayeva
Sual: Salam.Bilmek isteyirem 1217 man at 79 qepik.borca neçe manat rusum ödenilmelidir?Rusumu ödemek üçün odeyen sexse mehkeme sened teqdim etmelidirmi?Rusumu ödedikden sonra mehkeme qebz vermelidirmi?yoxsa yox.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq,bize aid sual deyildir.

24.10.2017
Yusif Huseynov
Sual: Salam men Huseynov Yusif Rafik oglu 4sentyabr tarixinde avtosalondan padjero markali masin almisam lakin masinima hebs qoyulub mene aidiyyeti olmuyan mesele baresinde menim istirakim olmadan masinin evvelki sahibleri arasinda olan meseleye gore masinin geri qaytarilmasi teleb olunur men mawinimi sure bilmirem mawin menim mulkiyyetimdedi men sizden xahiw edirem mene meslehet veresiniz bu masini men qanunla almisam menim mulkiyetime nece hebs qoyula biler cox sag olun
Cavab: 

Sənədlərin kopyasını təqdim etməklə, bizə rəzmi ərizə yazın,flashkartda təşkilata gətirin həllinə çalışaq. 

22.10.2017
Elnur Ibrahimov
Sual: Salam, çox xaiş edirəm köməklik göstərəsiniz. Deməli 4 ay bundan öncə İrşad Telecomdan 1019man telefon almışam. Yarı pulunu ödəmişəm digər yarısını isə 6 ay müddətində ödəməklə. Telefon 3 dəfə servis mərkəzinə gedib eyni problemlə, 3-cü dəfə verdikdən sonra telefon lap berbad işləyir , həmçinin cızıqlar düşüb, məndə bildirirəm ki, dəyişsinlər ama heç bir köməklik göstərmirlər. İndi telefonun kredit borcu qalıb məndə bildirmişəm ki, borcu ödəmiyəcəm, bu zamanda əlavə faizlər yazılacaq. İndi mən nə etməliyəm belə bir hüququm varmı telefonu dəyişdirim?
Cavab: 

2 həftə ərzində malı dəyişmə və qaytarma hüququnuz var.Dövlət orqanına zəng  edin 498 15 04(İqtisadiyyat Nazirliyi) ya da bizə rəsmi ərizə ilə müraciət edin.

19.10.2017
Xədicə İmranova
Sual: Men metbex mebeli sifariş etmişdim. Beh olaraq 650 man aldılar ve 3 heftedi getiririk deye deye axırda men leğv eledim. Pulumu ise qaytarmayıblar. Ne ede bilerem?
Cavab: 

Rəsmi ərizə ilə bizə müraciət edin həllinə çalışaq.

13.10.2017
Sevda Memmedova
Sual: Salam! Sualimi cavablandirsaniz sevinerem ve evvelceden tesekkur edirem! Men 15 il bundan once payli mulkiyyetden ev almisam,evler plana dusen erefede satanin qohumu gelib ki, ev menimdi elindede cixarisi.menim xeberim olmadan meni mehkemeye verib ve mehkeme onun xeyrine qerar cixarib ki, men evden cixarilim.iddiasida bu olub k,mene heyetde qohumunun 2 ic ice olan otagindan 1 otaq satilib. Men appelyasiya sikayeti verdim Ppelyasiya mehkemesi 1 ci instansiya mehkemesinin qerarini legv etdi! Sonra rayon mehkemesine yeniden evin naturada bolgusu barede verdi yenede iddasinda men idim.mehkeme bu defede menim xeyrime qerar cixartdi! Indi ise yene rayon mehkemesine verib ki, payin naturada bolgusu barede. Xahis edirem deyerdiniz bu defe mene ziyanli ne qerar cixa biler bu defe iddiasi butun mulkiyyetcilerdi. Mene qarsi mehkeme hansisa bir ziyanli qerar cixarda bilermi?
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53.

11.10.2017
Aygul Elekberzade
Sual: Salam Men Qida tehlukesizliyi uzre tehsil aliram (magistr) sizin birliye nece uzv ola bilerem? Diqqetinize gore teshekkur.
Cavab: 

Salam,təşkilata gəlib bizim üzvlük anketini doldurmağınız lazımdır.Üzvlüyün haqqı yoxdur.

05.10.2017
Perviz Bebisov
Sual: Salam Men Seleme pul almisdim dilimden 2 qatina kagiz yazmisdim.700 goturub 1400 yazmisdim.sonra meni mehkemeye verdiler her ay vaxti vqxtinda pulu 50 man odeyirdim bu ay biraz gecikme olub bunun ucun mene problem yaranar o yeniden erize verse
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53.

05.10.2017
rustem eliyev
Sual: salam eri olmus ana erin ata evinden pay ala bilermi?1qiz ovladi olsa bele buna haqqi var?
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53.

03.10.2017
sevinc nurlu
Sual: salam. men bosanmadan aliment teleb etmek isdiyirem bunun ucun hara muraciet edim? nigaha girdiyim sehere getmeliyem yoxsa ferqi yoxdu seherin
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq.Hüquqşünas Qaçay Şahbazova müraciət edin :055 569 83 53.

29.09.2017
Amin Veliyev
Sual: Salam menim turk vetendawina borcum var bir il bundan qabaq onunla raziliga geldik ki ona olan borcumu bir il erzinde hisse hisse odemekle ilin tamaminda ise qaliq borcun tamamini odeyerek ona olan borcumu baglayacam men birinci ay 1000 azn odedim geride qalan aylari 250.200 azn odedim son 4 ay imkanim olmadigi ucun odeye bilmedim. Hormetli Vekil menim ona olan borcumu danmiram ve mene vaxt vermeyini xais etdim oda buna mehel qoymayaraq meni baw dovlet cinayetkarliga qarwi idareye wikayet edib. Mohterem Vekil bilmek isteyirem ki meni hepis ede bilerlermi. Yaziqlarimi oxudugunuz ucun size minnetdaram xaiw edirem sualimi cavablandirasiz
Cavab: 
21.09.2017
Dadaş Mahmudov
Sual: 17 sentyabr 2017-ci il tarixində Bakı şəhəri Səməd Vurğun 85 ünvanında yerləşən “ERA” kimyəvi təmizləmə məntəqəsinə pencəyimi təmizləmək üçün vermişdim (QƏBZ №27368, 17.09.2017, ödəniləsi məbləğ 7 (yeddi) manat). 18 sentyabr tarixində pencəyi götürməyə gələndə onun ətəyinə böyük bir ləkə salındığını aşkar etdim. İşçilər dərhal sübut etməyə başladılar ki, ləkə pencəyi təhvil verəndə olub, sadəcə onlar bunu təmizləyə bilməyiblər. Amma mən pencəyi təhvil verən zaman işçilərdən biri ona hərtərəfli baxaraq yalnız qollarının bilək hissədə qatlananan yerdə və boyun hissəsində çirklənmə olduğunu deyib onu qəbul edibdir. Uzun danışıqdan sonra bir gün də möhlət istəyib pencəyi təmizləyəcəklərini dedilər. Növbəti gün gəldikdə heç bir şeyin dəyişmədiyini, ləkənin qaldığını gördüm. Yenə də işçilər ləkənin əvvəldən olduğunu sübut etməyə çalışırdılar. Əsəbləşib qışqırdıqdan rəhbərliyi tələb etdikdən sonra özlərinin mənə təkrar zəng edəcəklərini bidirdilər. İki gün keçməsinə baxmayaraq heç bir xəbər yoxdur, mən də yenidən əsəbləşmək istəmədiyimə görə ora təkrar getmək istəmirəm. Qəbzdə qeyd edilib ki, firma öz səhfi üzündən zərərgörənə ödənilən məbləğin 10 qatını qaytarır.. Xahiş edirəm ki, mənə hüquqi cəhətdən doğru çıxış yolu göstərəsiniz.
Cavab: 

Bizə faktları ardıcıl qeyd edərək ,xahiş və ya tələbinizi göstərməklə imzalı ərizə yazın,təşkilata gətirin ya da bir başa İqtisadiyyat Nazirliyininin İstehlakçıların hüquqlarının müdafiəsi xidmətinə zəng edin 498 15 04

21.09.2017
Ramil Mustafayev
Sual: Salam. Mən 19.09.2017 tarixində mağazadan işlənmiş noutbuk aldım. Lakin sonra işlənmiş aldığıma peşman oldum və 20.09.2017 tarixində (1 gün sonra) apardım ki qaytarım. Qaytarmadılar. Mənim bu noutbuku qaytarmaq hüququm var? varsa mən onlara necə izah edib (hansı qanunlarla) qaytara bilərəm.
Cavab: 
20.09.2017
Orxan Ismayilli
Sual: Salam men kontakt home magazasinnan hoffmann telefonu almisam 3 gun muddetinde telefonda problem askar edib getsim telefonu deyismese mene bildirdileeki men dediyim problem telefonda yoxdu guya men yalan deyirem deyismek ucunde 40 manat cerime istediler telefonu goturmediler mende eve qayitdim bir teher islederem amma gordumki alinmir ve zeng eledim qaynar xette mene yenede komeklik elemediler mene dedilerki senin telefina ciziq salmisan ona gore cerime odemelisen men cerimenj odememek huququm var
Cavab: 

Telefon cızıldığı üçün dəyişməməyə haqlıdırlar.Siz zəmanətli təmirə verə bilərsiniz.

15.09.2017
Nasir Əliyev
Sual: Salam. Mən 08.09.2017 tarixində Sumqayıtdakı Maxi.az mağazasından LG markalı, 32 ekran tv almışam. Tv ni evə gətirdim,5 gün normal formada işlədi, lakin 2 gündür Tv-ni yandırmaq olmur. Bunula bağlı Tv-ni götürüb həmin mağazaya yaxınlaşdım, orada Tv-yə baxdılar, yoxladılar gördülər ki yandırmaq mümkün deyil. Mənə Tv-ni Bakond servisə aparmağımı və orada yoxlandıqdan sonra isə əgər mənim günahım ucbatından deyil yəni zavod istehsalı problemi olsa kağız verəcəklər və yenidən mən həmin kağızla və tv ilə yaxınlaşmalıyam Sumqayıtdakı mağazaya və o halda işləməyən tv ni yeni Tv ilə əvəz edəcəklərini bildirdilər. Mən bunun düzgün olmadığını bildirdim, çünki mən 5 gün Tv ni istifadə eləmişəm sonra isə özbaşına sönüb və yanmayıb, burada axı mənim nə günahım var ? və mən niyə əlavə xərc edib Bakıya servisə getməliyəm, bu mənim üçün həm artıq vaxt və pul itkisinə səbəb olacaq. Lakin mağaza işçiləri biz də belə olduğunu və firmanın qaydalarının belə olduğunu bildirdilər. Yekunda tv-ni götürdüm və mağazadan çıxdım. Mən sizdən bunun nə dərəcədə düzgün olduğunu və mənim hansı hüquqlarımın olduğunu, hansı hüquqlarımın pozulduğunu izah etməyinizi xahiş edirəm.Əvvəlcəsən təşəkkürümü bildirirəm
Cavab: 

Hörmətli Nasir bəy,rica edirəm zəng edin danışaq. 012 441 28 33/050 341 62 25

14.09.2017
Xeyyam Elekberov
Sual: Salam sizden xayis edirem ki mene komeklik gosteresiz men anqdan kredit goturmusdim gotrduyum meblegi odeye bilmediyim ucun banq meni merkemeye verib merkemede qerar cixarib ki emlaki satisina ve ya senetlesmesine qadaga qoyulsun mende bunu masini satmaq isteyende oyrendim ki ares qoyulub indi merkeme haqi odemisem banqa vereceyimin 7 fayizin mene deyir ki inzibati cermede olumusan bunu basa dusmedim ki men bankin olan borcu odedim hemen mebileg qederde icra memuru deyir odemelisen sebeb nedi
Cavab: 

Bu məsələni məhkəmədə araşdırın.

13.09.2017
cinare abbasova
Sual: salam men sumqayit seher 1mk 826 menzil 11yasayram duz 4aydi uwaqimi evimin qarsisindaki 11nomreli bagcaya yerlewdire bilmirem. mudriyet meni ve ailemi tehqir ederek otaqinan cixardir deyir yer yoxdu gedin icraya defelerle Sumqayit seher Icra Hakimiyetindede olmuwuq ve Tehsil sobesindede amma bizi yola vererek deyibler duzeler amma duz. 4aydan coxdu hec bir xeber yoxdu ve texminen 1hefde bunan qabaq tanidiqim insanlar 600 manat ve 800manat verib uwaqin yerlewdirb menim ise o pula gucum catmir yoldasim 2ci qrup elil ozumuz mecburi kocqun ailesiyik yoldasim hec bir yerde iwlemir uwaqimda bu unvanda qeydiyatdadi kenardan gelen uwaqlari yerlewdirir amma erazinin uwaqia deyir yer yoxdu xahiw edirk bize komek edin hara muraciyet edek Icra bizim iwimize baxmir....
Cavab: 

Xahiş edirəm ətraflı ərizə yazın ,baxçanın ünvanını qeyd edin ,(varsa telefonu)imza qoyun,faktları ardıcıl yazın.email ünvanına  yollayın və ya təşkilata gətirin.

09.09.2017
A M
Sual: Salam.Bilmek isterdim bowanma zamani aliment teleb etmedikden sonra uwagin ata ile goruwmesi oz isteyimizle yaranir ya mehkeme bu barede vaxt ayirmalidi?Evvelceden tewekkur.
Cavab: 

Biz istehlakçı hüquqlarını qoruyuruq.Sizə bu məsələdə hüquqşünasımız Qaçay Şahbazov yardım edə bilər :055 569 83 53

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21   22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio