İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Aprel-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (160)
Dunen ziyarətçilər: (119)
Bu gün səhifə baxışı: (211)
Dünən səhifə baxışı: (162)
Question-Answer
Sual yaz
17.10.2016
Vusal Novruzeliyev
Sual: Salam bagslayn sizi narahat edirem men 1 il 3 ay bundan evvel 8 bas iri buynuzlu heyvani nisye pulun uzaqi 2 aya vermey sertiyle satmisam lakin pulun ala bilmirem polis sobesine erize ile muraciet etdim polis sobesi mehkemeye muraciet etmeyimi dediler mehkemeye muraciet etmisem helede mehkeme hemin mal alani mehkemeye cagirmayb men bilmey isteyirem mehkeme 1600 manat pulu nece aya bolmelidi birde mehkeme baxmasa hara muraciet edim xais edirem mene komey edin
Cavab: 

Bizim təşkilat alıcıların hüququnu qoruyur. Bu bizə aid sual deyildir. 

15.10.2016
Xalid Kamalov
Sual: Salam.menden 2012 ci ilde odediyim zibil pulunun qebzlerini teleb ediller. Men ise onlari saxlamamisham.Odeme qebzlerini ve chekleri neche il saxlamaq lazimdi?Evvelceden teshekkur edirem.
Cavab: 

Qanunvericilikdə bu barədə öhdəlik yoxdur. 

15.10.2016
Anar Rahimzade
Sual: Salam. Kontakt magazasindan eshya alanda muqavilede yazilir ki mezenne deyishse , mueyyen mezenne ferqi kreditin sonunda odenilmelidi. Indi men butun borcu odemishemse, mezenne ferqini odemiremse, onlar dedikleri kimi mehkemeye vere bilerler meni? Ve verseler kimin xeyrine qerar cixacag? Qanunudi mezenne ferqi teleb etmek ve onu muqavilede qeyd etmek? Krediti manatla odeib bitirmishem, borcum yoxdu, lakin mezenne ferqi 100 azn teleb edirler, deyirler ki qol cekmisen muqavileye.
Cavab: 

Məsləhət: 195-2 nömrəsinə zəng vurun, şikayətinizi bildirin. 

14.10.2016
Irade Yaqubova
Sual: Salam size bele bir sualim var xahis edirem mene komek edesiz . Oglum 2 aydi ki sumqayit seherinden avtoservisden yeni masin alib indi aydin olub ki masin defekti imis biz onu geri qaytara bilerik mi buna bizim huququmuz varmi
Cavab: 

Alandan 14 gün müddətində dəyişmək və qaytarmaq hüququnuz vardır. Zavod qüsuru olma barədə əlinizdə rəsmi sənəd varsa, bizə müraciət edin, təmənnasız olaraq hüququnuzu qoruyaq. 

14.10.2016
MÜZEFFER Rehimov
Sual: Salam, Men qızıma Ali mektebe qebul olduğu minasibetile Lenovo markalı telefon almışam.2aydan sonra xavab oldu. Indi isteyirem ki onu gaytarıb ya hemin modelden yenisini,ya da ferqi ödenilmekle başqa model telefona deyişim.Qebul etmirler ki,olmaz ,ancaq temir olmalıdır.Evezine de müveqqeti istifade üçün telefon vermirler.Ne edim?
Cavab: 

Sizin 14 gün müddətində dəyişmək hüququnuz vardır. 

Məsləhət: 195-2 zəng edin, şikayətinizi bildirin. 

13.10.2016
Sevda Elekberov
Sual: Salam .menım 8 ayında ıcınde bır qızım var.yoldasım qızımın 40 gunluyune bırgun qalmıs bızı evınden qovdukı saxlamıram.valıdeynlerının sozuyle soyudu menden.bugunecen usagıyla maraqlanmıyıb mecbur bırdefe gorusdurmusemkı belke ınsafa gele.telesır bosanmaga.men buna gore neynıye bılerem.bosanmadan bu usagın haqqını vermelıdımı?bosansa onu atalıqdan mehrum ede bıleremmı.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Bu məsələ bizə aid deyil. Vəkillə əlaqə saxlayın - Habil İsgəndərov - 050 314 81 88

09.10.2016
mubariz rzayev
Sual: Salam.Hansi hallarda ana aliment odemelidir?
Cavab: 

Bu sual bizə aid deyildir. Biz istehlakçı hüququnu qoruyuruq.

03.10.2016
Aslan Emiraslanov
Sual: Salam.xahish edirem mene komek edesiniz.menim problemim kontaktHome iledi.bir il deyilki onlardan mobil telefon aldim. satici menimecbur etdiki telefonu kriditle alim.dedi ki negd alsaz qizil qarantya verilmeyecek ve bunun muqavilinde artiq 50 azn pul teleb etdiler.mecbur olub 2ayliq kriditle aldim ve 1ay erzinde bagladim.sonra mene zeng vurub dollar qalxmasi ile elaqedar 20 manat artiq pul isdediler.dediler muqavilede qeyd olunub.aparib verdim.artiq 6 aya yaxindirki telefonum ishlemir.deyirler zavatskoy defektdir.deyirem onda deyishin razi olmurlar.deyirler duzelderik.amma artiq 3 defedir telefonu apariram duzeldib vermirler.uzadirlar ki qarantiyanin vaxti bitsin.yalannan gah deyirler plata deyiwdik gah antena gah da nebilim ne.800 manat telefonun negd qiymeti olan yerde menden 1000 manata yaxin pul cixib amma hec telefonu normal iwdetmemiwem.alandan bu servizin yolunda qalmiwam.men ne edim.aldigim dukan 9-cu mikrarayondaki dukandir.mene komek edin.xahiw edirem.borc xerg edib iwle bagli telefon aliriq bunlarda bizim bashmiza bele ishler getirirler.cavabinizi gozleyirem.
Cavab: 

Ya 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumet verin, ya da bizə ətraflı ərizə yazın, çalışaq kömək edək. 

30.09.2016
Ulviyye Memmedova
Sual: Salam.men imislide yasayiram.yoldasim omurluk herbi elildi.Kim ekiz 6ayliq korpemiz var.yoldasim pensiya alir ozum hec yerde islemirem.xais edirem mene cavab yazin bilimki mene usaq pulu dusur ya yox
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq. Bu məsələ bizə aid deyildir. 195-5 telefonu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurun. 

25.09.2016
Pervane Rehimova
Sual: Salam men sumqayitda 66 sayli bagcayla şekayet edirem.Men defelerle getmişem menim uşagumi bagcaya goturmurler.Men bu bagcaya baxiram evimin yanidi men hara aparmaliyam uşagumi.Veztetim agirdi işleye bilmirem uşaga gore.Xaiş edirem kömek edesiz?
Cavab: 

Məsləhət görürəm Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edin. 

24.09.2016
Arzu Memmedova
Sual: Salam aleykum.Men 2004-cu ilde ADIU.nin Istehlak mallarinin keyfiyyet ekspertizasi ixtisasini bitirmisem.Bu ixtisasi cox sevirem ve ise duzelmek isteyirem.Xahis edirem komek edesiz hara muraciet etmeliyem isle baqli?Sizin teskilatda ise qebul ucun ne lazimdi?Evvelceden tesekkurler.
Cavab: 

Bizim təşkilat ictimai təşkilatdır. Burada hamı təmənnasız, maaşsız işləyir. İctimai fəaliyyət göstərmək istəyirsinizsə, buyurun. 

20.09.2016
Sabir Mustafayev
Sual: Salam. Myphone ae saytindan Note 4 ucun 16.09.16 odenish etmishem 377 USD ancaq 4 gundur mehsul barede hech bir melumat vermirler. Ancaq bir cavab verirler ki arashdirilir ve size cavab verilecek. Bashqa cavab vermirler. Butun suallarim iqnolunur. Mehsuluda helede gondermeyibler.
Cavab: 

Bu saytdan alınan telefonların əksəriyyəti keyfiyyətsiz və problemlidir. Məsləhət görürəm çalışın pulunuzu geri alın. Şikayətinizi 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə bildirin. 

16.09.2016
Cavid Nebiyev
Sual: Salam Men 6 y bundan qabag Procon sirketinden elektron mehsul almisam(barcode skayner)indi qosmusam defecti mal.mehsulu hemin sirket ne qaytarmir de deyis mir deyir ki blompu acilib.amma biz acmamisiq ve mehsulu alandada hec kim bize blombu tehvil vermeyib.men xahis edirem ki mene komek edesiniz.blomp sadece mehsulun surupunun ustundeki yapiskan kagizdir o ozu ozune de qopa biler.bize ne komek lik edir nede deyisir.
Cavab: 

14 gün müddətində malı dəyişə və qaytara bilərsiniz. 

Məsləhət: 1. 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat verin və ya

2. Bizə saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın,  hüququnuzu təmənnasız qoruyaq. 

16.09.2016
Azadə Nuriyeva
Sual: Salam, hörmətli AİB əməkdaşları.Sizdən xahiş edirəm ki, mənə avtomobilin icbari sığortasını həyata keçirmək üçün etibarlı sığorta şirkətləri barədə mümkünsə məlumat verəsiniz.Öncədən təşəkkürümü bildirirəm.Mail: a_azada76@yahoo.com
Cavab: 

Təşkilatımıza \"Azırsığorta\" və \"Buta\" sığortadan şikayətlər daxil olub. Nəzərə alın. 

09.09.2016
Rafael Dadashov
Sual: Salam!Men Sizden bir mesele haqqinda melumat elde etmek isterdim.Evi temir meqsedile yaxinliqda yawayan Usta menden qabaqcadan 80man. pul aldi.Amma 2aya yaxindir ki, ne iw gorub, ne de ki, pulu qaytarmir.Mene deyir ki, vermirem pulu, hara wikayet edirsen ele.Men de polise getdim, wikayet erizesi yazdim.Indi de deyirler biz buna baxmiriq.bilmek isterdim ki, deleduzluga polis baxmirsa hara muraciet etmeliyem?
Cavab: 

Nəsləhət: 1. 195-1 nömrəsi ilə vergilər Nazirliyinə

2. Polis və prokurorluğa yazılı müraciət edin. 

09.09.2016
Fatima Huseynova
Sual: Salam, facebook shexsi sehifemde bacimdan bir video yerleshdirilib, menim shekilim uzerinde, videoya tiklayanda mene bir sms geldiki, siz sms xidmetine aktiv oldunuz, abunechilik aldiniz. imtina etmek uchun 6969 stop yazin. stop yazdim, amma sms getmedi, yeni sms acharag yene yazdim stop yene getmedi. 722 zeng etdim, nomre bagli idi, 622ye zeng etdim (bu nomreler smsda gosterilmishdi) mushteri xidmetleri buyurun deye bir operatcavab verdi, ozunuzu tegdim edin dedikde neye lazimdir, sozunuzu deyin deyildi, bir geder israr ederek adini Eliyeva Leyla oldugu deyildi. Neye gore menim shirket nomremde bele bir xidmet aktiv olub deye sorushdum 2 deyge arashdirmadan sonra cavab geldiki onlar bunu etmeyib, bes kim edib? ve neye gore video uzerinde melumat yoxdur, menim raziligim olmadan bu xidmet aktiv edilib? 10 degige danishdim mene 2 defe uzume telefonu goydular, ve daha sonra cavab vermediler. Men hara shikayet ede bilerem? Neye gore her gun men 59 gepik pul odemeliyem? ve menim raziligim olmadan? sms xidmetleri ishlemediyi uchun menim hele onlara zeng ederek 10 degige pulumu ve vaxtimi aldilar.
Cavab: 

Məsləhət: 1. 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat verin və ya

2. Bizə saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın,  hüququnuzu təmənnasız qoruyaq. 

09.09.2016
Namiq Aliyev
Sual: Salam biz 2014 ci ilde bakuelectronics den split koondisioner almiwiq.3 il her bir detalina zemenat verilib,hetta slanqlarina bele.Lakin colde oldugu ucun slanq gun isigindan korroziyaya ugrayib.servise zeng edib cagirmisam gelib calaq elediler amma yenede duzelmedi.men onlara zemanet talonunu gosterdim.seklini cekib aparib sirkete gosterdiler ve mene deyisdirileceyi dediler ,amma 2 ci mertebe oldugu ucun kran getizdirmeli oldugumu bildirdiler ve ya 50 AZN odeyib servisin kranini getizdirmeli oldugumu bildirdiler.Men onlara naraziligimi bildirdim,cunki servis xidmeti zemaneti ne cur yerine yetirirse onlarin problemi oldugunu bildirdim.amma onlarin isleme seraitin pis oldugu ucun gelmediler ve bu bir muddet bele qaldi.2-3 gun olarki zeng edib cagirdimki gelsinler kran pulunu odeyecem ve mene bildirdilerki xidmet odenislidir 35 AZN odemeliyem.sorusdumki cirilan slanqi ozum alsam bele?(eslimde men almali deyilem,sadece keyfiyyetli slanq olmasi ucun almaga raziyam) dedilerki ferqi yoxdu.cirilan slanqin deyisilmesi mene 85 manata basa gelecek.dedilerki slanqa zemanet dusmur,amma mene zemanet verilib ve talon helede etibarlidir.bu ne derecede duzgundur.
Cavab: 

Hörmətli Namiq müəllim, əgər zəmanət talonunda \"şlanq\" zəmanətlidirsə, Siz tam haqlısınız. 

Məsləhət: 1. 195-2 telefonu ilə İqtisadiyyat Nazirliyinə müraciət edin və ya 

2. Bizim təşkilşata ətraflı ərizə yazın, çalışaq kömək edək. 

06.09.2016
Namiq Musayev
Sual: salam.23.08.2016 il tarixində MYPHONE.AE İNTERNET VASİTESİ İLƏ 229 usd mebləgində telefon sifariş etmişəm. 30.08.2016 tarixində telefon gelmeliydi amma hələdə nə telefon gəlməyib.dəfələrlə onlara email yazsam da hec bir cavab yoxdur.nə telefonum gəlib nə pulum.Xahis edirem komeklik edesiniz
Cavab: 

Bu saytdan sifarişlə bağlı çoxsaylı şikayətlər daxil olur. Telefonlar keyfiyyətsiz çıxır və s. Məsləhət görürəm İqtisadiyyat Nazirliyinə müraciət edin. Tel 195-2 və ya 498 15 04.

25.08.2016
Tural Muradli
Sual: Yazdigim ismaricda qurumun adını qeyd etmek yadimdan cixib.Myphone.ae Bu sayt vasitesi ile dubaydan telefon getirmek mümkündü. Ve İndide bele hrkt edirler.
Cavab: 
25.08.2016
Tural Muradli
Sual: Axsaminiz xeyr. Menim basıma bele bir hadise gelib. Dünyadan telefon getiren bir qrumdan telefon almisam. İyul ayının 11 yada 12si telefonu goturmusem. Ve hemin ayın 24u telefonda nasazliq olub ve ayın 25i hemin qurum yazmisam zemanetle bağlı. İndi mene cvb yazılib ki eğer telefon suya dusubse veya telefonun üzerine maye tokulubse ondan sonra yaranan nasazliq zemanete daxil deyil. Halbuki bu telefon hec su uzu gormeyib. Yeni zemanetden yalandan boyun qaçırırlar. Ve hele bu telefonun düzeltilmesi ucun menden 295 pul isteyirler. Telefonun qiymeti qeder.İndi men bu halda ne etmeliyem ? Yalandan telefonun suya dusduyunu deyirler halbuki bu telefonu özüm isletmisem ve ele bir halda baş vermeyib.
Cavab: 

Qeyd etdiyiniz saytdan satılan teelfonlardan şikayət çoxdur. Məsləhət görürəm hökumət orqanlarına müraciət edin. telefonları 195-2 və ya 498 15 04. 

23.08.2016
gulnar rustemova
Sual: salam.Menim sikayetim usagi bagcaya qoyub mende hami kimi islemek isteyirem.Ozum kirayede qaliram yoldasim ayin 20 gunun islemir.Mende islemek isteyirem ,hec bir bagca usagi goturmek istemir.Axi neye gore?Dovlet bagcasi nevaxtdan pulnan olub axi?Bagcani tikiblerki ehtiyaci olan usagin qoysun islesin.100 manata yaxin durmurlar.Hele hec muduru tapa bilmirsen bagcada.Xais edirem mene komek edin hec olmasa usagi yerlesdirimki mende isleye bilim,veziyyetimiz yaxsi deyil.
Cavab: 

Biz istehlıakçı hüququnun qorunması ilə məşğul oluruq. Məsləhət görürəm Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edin. 

21.08.2016
Aygun Quliyeva
Sual: Salam.menin 40gunlik qizim var .men ona 1defelik sud pulu almaq isdiyirem.bilmey isderdimki o pul neqederdi?? 95manat yaa 110 manat .mene 95diyibler zakis idaresinde
Cavab: 

Bu sual bizə aid deyildir. Biz istehlakçı hüququnu qoruyuruq. 195-7 nömrəsi ilə dövlət orqanından məlumat ala bilərsiniz. 

17.08.2016
gunel bayramova
Sual: Salam.men hec kimden deqiq oyrene bilmirem ki,uwaga aliment kesilib 100man.ali mehkeme de fevralda olub.men indi isteyirem ki wexsin maawina esasen kesilsin.(yeni maawi yuksek olduguycun) cox kesilmesi telebiyle iddia qaldira bileremmi?mene here bir soz deyir.mene deqiq qanuna uygun olani deyin mumkunse cox xahiw edirem..
Cavab: 

Təşkilatımız istehlakçı hüquqları ilə məşğuldur. Məsləhət almaq üçün hüquqşünasa zəng vurun. Habil İsgəndərov 050 314 81 88. 

17.08.2016
Vusal Novruzeliyev
Sual: Salam bagislayin sizi narahat edirem menim 4 baw yani balali yeni umumi 8 bas iri buynuzlu heyvanimi 10 gun pulun vermey sertiyle aparib hal hazirda 1-il 2-aydi pulun ala bilmirem heyvanlari menden aparandan 1 hefte sora satib indide mene deyir seni tanimiram men hara muraciet edim mene komey edin xais edirem
Cavab: 

Polisə müraciət etməyinizi məsləhət bilirəm. 

17.08.2016
Araz Maniyev
Sual: Eyyub müəllim salam! Xahiş edirəm Ovqat kolbasalarının keyfiyyəti barədə məlumat verəsiniz.Necə ola bilər ki kolbasanın içindən milçək çıxa.Ətraflı məlumat verməyinzi Xahiş edirik.Əvvəlcədən təşəkkür edirik.
Cavab: 

Bəli, bu anormal haldır. Təşkilatımız bu məsələ ilə maraqlandı. Lakin istehsalçı gigiyenik tələblərə əməl olunması barədə heç bir sənəd yəqdim etmədi. Əfsuslar olsun ki, biznes qurumlar mövcud vəziyyətdən sui-istifadə edirlər. Bir sözlə, istehlakçılar çox diqqətli olmalıdırlar. 

11.08.2016
Emil İbadov
Sual: Salam! Əhaliyə belə bir xidmətin göstərilməsi təqdirəlayiqdir. Buna görə sizi alqışlayıram! Müraciətim qaz sayğacındakı tənzimləyici ilə bağlıdır. Qaz sayğacındakı tənzimləyici sıradan çıxarsa onun təmiri yaxud təmiri mümkün olmazsa dəyişdirilməsi kimin hesabına həyata keçirilir: Abonentin yoxsa Qaz təchizatçısının? Təşəkkürlər!
Cavab: 

Bu hal Sizin müdaxiləniz səbəbindən olmayıbsa, təmir \"Azəriqaz\"ın  hesabına edilir. 

10.08.2016
sehrane talibova
Sual: salam 8 avqust 2016 ci ilde sumqayitda samsunq maqazasind9an b999 99[sc9h firmasinin kondinsoneri ni almisam9 avqust 2016 ci ilde yeni sabahisi gunu maqazaya muraciet edib qaytarmaq istediyimi bildirdim indi samsunq serviz onu sokub maqazaya aparmaq ucun menden 100 manat mebleqinde odenis isteyir meni mde buna imkanim yoxdur bu ne qeder duzgundur sizden artiq derecede xahis edirem mene komeklik edesiz
Cavab: 

Əgər kondisonerin zavod qüsuru və ya quraşdırma qüsuru varsa və bunu Samsung Servis etiraf edirsə, özləri söküb aparmalıdır. Digər hallarda sökülmə işini Sizin hesabınıza yerinə yetirilməlidir. 

09.08.2016
Mecid Suleymanzade
Sual: Salam.alinan torpaq mulkleri ne qeder vaxt erzinde qaytarila biler?
Cavab: 

14 gün müddətində maldan və xidmətdən imtina etmək hüququnuz vardır. 

04.08.2016
Leyla Cahangirova
Sual: cörəyin qiyməti qalxibmi? Əgər yox onda bizdə niyə 30 qəp çörəyi 40qəpiyə berib deyirlər qiymət artib
Cavab: 

Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir. Çörək istehsalçısı istəsə qiyməti qaldıra və ya endirə bilər. Bizim təşkilat vətəndaşların ucuz və keyfiyyətli mal almasının  tərəfdarıdır. 

02.08.2016
Bextiyar Eyvazov
Sual: Salam,sualim qaz problemi ile baglidir,13 yanvar 2015ci ilde saygacin gostericisi menfiye getdiyine gore saygac yenisi ile evez olunmusdur,20 iyul 2016ci ilde Suraxani rayonu Azeriqaz IB-den gelen melumata gore GUYA saygacin klapani kenar tesir neticesinnde sindirilib,cixis yivli birlesme korroziyaya ugrayib,ve mehz buna gore de hazirki saygacimin smart kartini Azeriqaz emekdaslari koda saliblar ve men karta odenis ede bilmirem,halbuki mudaxileden xeberim yoxdur,bu mene qarsi ser ve bohtandir,men bununla bagli hara muraciet ede bilerem?
Cavab: 

Saytımızda göstərilən ərizə formasına uyğun ətaflı ərizə yazın. Hüququnuzu təmənnasız qoruyaq. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27   28    29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio