|
Sual yaz |
|
03.03.2015 |
ali salamov |
Sual: 20 yanvar metrosundan üzü samaxinkaya gedən yolun sağ hissəsində 16 mərtəbəli binanın 1-ci mərtəbəsində soyuducu hissələri satılır.həmisə aldığım motvə digər hissələrən azi 20 manat bahalaşıb.satıcı mən heç kiməm müdirə deyin.Qiyməti o qaldirib və heç kimdən də qorxmur.Deyir mal mənimdi neçəyə istəsəm o qimətə də satacam.Mən dəfələrlə iqtisadi inkişaf nazirliyinin 20 yanvarda olan söbəsinə getdim dedilər sabah gəlin .Mənim elə vaxtım yoxdur ki,gündə oralarda gəzim.kassa çeki təıəb etdim vermədilər.Mən şikayət edəcəm deyəndə.get hara istəyirsən şikayət et,biz hec kimdən qorxmurux,çünki biz oğurluq etmirik.Qiymət ərzağa aiddir.xahiş edirəm bu haqda tədbir görün və iqtisadi inkişaf nazirliyinə də məlumat verin.həmin yerdə mağaza birdir.ümidim sizədir,çünki dövlət orqanları sizin müraciətinizə dərhal cavab verir. |
Cavab: Yalnız bizə bu barədə imza qoymaqla rəsmi ərizə yazsanız dövlət orqanına rəsmi müraciət edərik. Əks halda məsləhət görürəm ki, 195 (1) VN-e, 195 (2) İqtisadiyyat və Sənaye Nazirliyinə məlumat verin. |
|
|
|
|
02.03.2015 |
pərvanə kazımova |
Sual: Salam! Mən bankdan dollarla kredit götürmüşəm. Bilirsiniz ki, bir gecədə dolların məzənnəsi təxminən 30 faiz artdı. Yəni mən götürdüyüm kreditin hər 100 dolları üçün 28 manat artıq ödəməliyəm. Mənim vəziyyətimdə olan minlərlə adam var. Sizin təşkilat əlaqədar təşkilatlar qarşısında bu problemi qaldıra bilərmi! |
Cavab: Bəli, bu problem var.
a) Məsləhət görülür ki, ərizə ilə banka müraciət edin.
b) Məhkəməyə müraciət edin.
c) Bizim təşkilata müraciət etsəniz səsini istənilən dövlət qurumuna çatdıra bilərik. |
|
|
|
|
28.02.2015 |
Eli emirov |
Sual: Yuxarda yazmiwdim size o borcumu mehkeme yoluyla ayliq odeye bilerem. |
Cavab: Bəli, məhkəmə qərarı olsa, ödəyə bilərsiniz. |
|
|
|
|
28.02.2015 |
Eli Amirov |
Sual: Salam.menim borcum var bir nece adama mueyyen sebeblerden onu butov odeye bilmirem.xaiw edirem mene komek edin yol gosterin. |
Cavab: Çalışın danışıq yolu ilə razılaşın. Bu baş tutmasa məhkəmə yolu ilə razılığa gəlin. |
|
|
|
|
27.02.2015 |
Yegana Ramazanova |
Sual: Salam. Mən fevral ayının əvvəlində Kontakt magazalar şəbəkəsindən soyuducu almışam. Kreditlə aldım, ilkin ödənişsiz. ilkin ödənişi isə mart ayında etməliyəm. Qeyd edim ki, soyuducunun qiyməti manatladır, lakin men krediti dollarla ödəməliyəm. Manatın məzənnəsinin aşağı düşməsi ilə əlaqədar mənim təxminən 1100 manata aldığım soyuducu ayda 150 manat verdiyim kreditlə mənə 1600-1700 manata başa gələcək. mənim isə buna maddi imkanım yoxdur. müqavilədə qeyd olunub ki, men krediti aylıq ödəniş etdiyim vaxt AZNABŞ məzənnəsinə uyğun ödəməliyəm. Qeyd edim ki, dunen anam hemin magazaya yaxinlasaraq, soyuducunun pulunu nağd ödəmək istədiyini qeyd edib. magazada ise bununla razılaşmayıblar ve bunun qeyri-mümkün olduğunu bildiriblər. 1100 manata aldığım soyuducunu indi 1100 manat nagd pul verib almağa icazem yoxdur. bilmek istəyirəm bu məsələdə huququmu qoruya bileremmi?zehmet olmasa cavablandırın |
Cavab: Məsləhət görürəm ki, banka ərizə ilə müraciət edin. Həll olunmasa məhkəmə yolu ilə həllinə çalışın. |
|
|
|
|
25.02.2015 |
murad memmedli |
Sual: salam.zehmet olmasa sualima cavab veresiniz.Atam QNEYT sirketinden mal sifaris verib,mali 3 aydiki getirib cixartmirlar.hemde oyrenmisem hemin mallarin qiymeti bazar qiymetinden qatba qat asagidi.biz onlardan pulumuzu geri ala bilerikmi?ve nece?sagolun |
Cavab: Ətraflı ərizə yazın. TC kodunuzu göstərin, Ş/V və TC kodun surətini ərizəyə əlavə edin, xaricə sorğu edim. Yalnız malı almaq oalr. |
|
|
|
|
23.02.2015 |
Agasalim Aliyev |
Sual: Salam. Sualimi cavablandirdiginiz ucun size tesekkur edirem. Muqavileni oxudum. Orada bele bir qeyd var: Zemanet muddetinden sonra Servis xidmeti (her cagiris ucun) - 10 man. altda yazilib: Servis xidmetleri - Abunecinin gunahi ve yaxud mudaxilesi neticesinde yaranan nasazliqlarin Proveayder terefinden aradan qaldirilmasinin servis haqqi: 10 man (her cagiris ucun). Mende problem bizden deyil olardandir. Men onlara deyirem ki gel evden duzelt nese nasazliq varsa 10 manat odeyim. Amma onlar deyir usta geldi 10 manat odemelisen. Duzeldi-duzelmedi ferqi yoxdur. Eger duzelmese o mene ne servis gosterib ki mende pul odeyim. 2 aydir qosulmusam. Men muqavileni size (eyub@consumer.baku.az) gonderirem. Xahis edirem muqavile ile tanis olub mene melumat verin. Tesekkur edirem. |
Cavab: Hormetli Agaselim muellim, sizin sualiniz email vasitesi ile cavablandirilib. |
|
|
|
|
22.02.2015 |
Agasalim Aliyev |
Sual: Salam. Men 2 aydir CONNECT MMC-nin TV xidmetinden istifade edirem. Iki kanalda problem olmasi haqqinda defelerle texniki sobe ile elaqe saxlamisam. Evveller mene soyleyirdiler ki problem biz terefdendir. Yoxlayib aradan qaldiracagiq. Lakin bir netice elde ede bilmedim. Sonra zeng edende ise bildirdimki problem hell olunmuyub ve necenci defedir zeng edirem. Mene soylediler usta gelib yoxlamalidir. Qiymeti sorusanda soylediler duzelse pul odeyeceksen. Men de razilssdim. Usta geldi siqnali yoxlayib problem olmadigini dedi. Bizde basqa kanallar normal gosterir. Yalniz iki kanalda problem var. Usta dedi ki fevral ayinin 15den sonra duzelmelidir. Gozledim. Vaxt kecdi. Problem duzelmedi. Yeniden texniki sobeye zeng etdim. Problemin qaldigini soyledim. Mene dedi yeniden usta gelmelidir. Dedim usta geldi baxdi bizden deyil. Sobeden dediler ki yeniden usta mutleq gelmelidir. Mende dedim yaxsi raziyam. Qiymeti sorusdum. Mene dedi usta gelecek duzeldi duzelmrdi 10 manat odemelisen. Indi men bu barede bas ofise yaxinlasib sikayet edecem. Sizden sorusmaq isteyirem ki, bu duzeldi duzeldi 10 manat odemek menim istehlacki huquqlarimi pozur ya yox. Eger problem hell olunmasa men huquqlarimin pozulmasina dair aidiyyati orqanlara sikayet ede bilerem? Onu da qeyd edimki problemli tek men deyilem. Bu sirket oz xidmetini yaxsi yerine yetire bilmir. Musterilerden pul almaqla mesguldur. Xahis edirem mene meslehet veresiniz ne edim. Tesekkur edirem. |
Cavab: Coonect ile Sizin aranızda bağlanmış müqavilə çərtlərində 10 manat məsələsi varsa, onlar haqlıdır. Əks halda bizə ətraflı ərizə yazın, kömək edək. |
|
|
|
|
20.02.2015 |
vahid aslanov |
Sual: Salam.Sizdən çox xahiş edirəm ki,İvanovka məsələsini ciddi araşdırıb istehlakçılara məlumat verəsiniz.İsmayıllının İVANOVKA kəndində nə qədər mal qara saxlanır ki,Bakı səhərinin ticarət şəbəkələri İvanovka süd məhsulları ilə doludur.Ciddi monitorinq aparılsa ticarət şəbəkələrində500 tondan çox İvaonovka süd məhsulları var.Bunun da bəlkə də 80 %-i UZUN ÖMÜR İVANOVKA-nın payına düşür.Bu çox gülməli və acınacaqlı haldır.Sexdə işləyənlərdən əldə etdiyim məlumata görə bütün istehsal quru süddəndir.Bunu bütün dövlət orqanları bilir,ancaq,susur.Guya GEM,QOSSTANDART,İqtisadi İnkişaf Nazirliyi və Baytarlıq komitəsi sexə gedən zaman quru südlə təmiz südü ayrıd edə bilmirlər,bilirlər.Ancaq yalançı sertifikat verməkdən baçqa əllərindən bir iş gəlmir.Hal-hazirda AER firması da İVANOVKA adi altında süd məhsulları buraxır.ÇUNKİ TƏLƏBAT VAR.Çox xahiş edirəm.bu haqda ciddi mübarizə aparın.Xalqa yazığınız gəlsin. |
Cavab: Dəfələrlə bu barədə İqtisadiiyat və Sənaye Nazirliyinə, Standart xidmərinə məlumat vermişik, hələ ki müsbət nəticə yoxdur. Bü günlərdə AER firmasının mallarını araşdıracağıq. |
|
|
|
|
18.02.2015 |
Aliyə Bərguşadlı |
Sual: Mən Almaniyada yaşayıram ildə 40 gün Azərbaycana oluram mənim mobil telefonum bir ay Bakıda işlədikdən sonra işləmədi.Ddilər təzədən qeydiyyatdan keç,keçdim ikinci il gələndə isə tamamilə işləmədi.Yenə qeydiyyatdan keçməyi məsləhət gördülər.Bu hansı qanuna uyğundur. |
Cavab: Hansı mobil operatorla müqavilə bağlanıbsa, müqavilənin şərtlərinə baxın. Əgər Sizi narahat edən şərt yoxdursa, ərizə ilə bizə müraciət edin, həll edək. |
|
|
|
|
15.02.2015 |
Vəliyəddin Quliyev |
Sual: Salam mən fevralın 14-də 28 Mall Ticarət mərkəzində yerləşən İdeal Parfumeriya mağazasından endirimlə 52 AZN hədiyyəlik kişi ətiri almışam.Ətiri ad günü üçün hədiyyə verəcəyim şəxs mən bilmədiyimdən 3 gün əvvəl ölkədən gedib.Hal-hazırda ətir qablaşdırmasına heç bir əl dəymədən məndədir.Sadəcə qəbzini atmışam və həmdə həmin ətiri bank kartı vasitəsiylə almışam.Onu geri qaytara bilərəm ? |
Cavab: Mövcud qanunvericiliyə görə parfumeriya malları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. |
|
|
|
|
14.02.2015 |
anonim anonim |
Sual: Salam . Bir de ki bilmek istərdim ərizəni və etibarnaməni yazib poçt vasitəsilə həmin şəhərə göndərmək olar? |
Cavab: Bu mümkündür. |
|
|
|
|
13.02.2015 |
Nəbi Əmrahlı |
Sual: Axshminiz xeyir olsun !Deye bilersinizmi ne vaxta qeder,apteklerin fealliyyeti nezaretsiz qalacaq?Bunlarin ozbashnaliqlari oz heddi-hududu bilmir,buna son qoyacaq bir qurum movcuddurmu? |
Cavab: Bu işlərə Səhiyyə Nazirliyi mümkün nəzarəti edir, ünvanı göstərməklə konkret şikayətiniz olarsa, vəziyyəti yaxşılaşdırmaq olar. |
|
|
|
|
13.02.2015 |
Vusal Veliyev |
Sual: Salam. Bagisliyin rahatsiz etdiymiz ucun. Biz hazsiz olaraq mekkemeni uduzduq artiq qetname cxarlib is icraya gonderlecek bu ay erzinde. sohbet 15000 azn dan gedir. qazancmiz cox azdi mulk masin hec bir pula deyer birseymiz yoxdur. amma pulu qayraracagmizi eminlikle deyirik amma az az bir ile qeder. icraci eks halda bize ne sixinti vere biler. Mumkunse etrafli cavab yazasniz. Cox sag olun. |
Cavab: Qarşı tərəflə müqavilə bağlayıb, qarşılıqlı razılaşma şərti ilə hissə-hissə qaytara bilərsiniz. Bu müqavilə icraçının iştirakı ilə bağlanır. |
|
|
|
|
13.02.2015 |
anonim anonim |
Sual: Salam . bilmək istərdim.mənim yoldasimin xarici pasportunun vaxti bitib. Sənədlərin verib tezesin götürməyə basqa sehere köçüb pasportu götürməyib qalib həmin şəhərdə. Hal hazirda qaldigi şəhərdə yeni pasportu vermirlər.İşdən hec cürə imkan yoxdu ki gedib pasportu götürsün. Pasport vacib lazimdi. Bunun həlli yolu necə ola bilər. Xahiş edirəm məsləhət verərdiniz ehtiyacimiz var köməyinizə. |
Cavab: Sualinizda seher, olke gosterilmeyib. Kime ise etibarname verib passportu goturmek olar. Etrafli erize yazin komek edin. |
|
|
|
|
12.02.2015 |
vilayet Akberov |
Sual: salam... meseln men bir sahibkaram bir dukanim var isdediyim bir insana her hansisa bir seyi satib satmamaga huquq var yoxsa yoxdu .? meselen biri girir dukana men ona hecne satmag isdemirem satmamaga ixdiyarim varmi ? |
Cavab: Alicilar aras;nda ayri-sechkilik etmeye ixtiyariniz yoxdur. |
|
|
|
|
12.02.2015 |
Emin Aslanov |
Sual: Sual: Salam. 196 nomreli avtobusun resmi ve qeyri resmi qiymet barede zehmet omasa arashdirma aparardiniz.Resmi qiymet: 0.35 qepik (Tarif shurasi)Qeyri resmi : 0.50 qepik !!!Chox Sagolun !Cavab: Hörmətli istehlakçı, konkret faktlara söykənən rəsmi ərizə yazın, imzalayaraq bizə göndərin, problemi həll edək. Sizə inanaırıq, araşdırma aparmağımıza ehtiyac yoxdur. Sabahınız xeyr. Çox sağolun, ki inanırsınız. Amma mən bilmək istəyirəm nəqliyyət nazirləyi, tarif şurası və bu işlər nəzarət edən struktrular xəbər olsa da niyə mübarizə aparmırlar ? Kimlər durur bu marşrut dalınca ? İmzalar mən niyə toplayım ? Axı bu heç kimnən gizlənmir. |
Cavab: Bizim teshkilat ictimai teshkilatdir, temennasiz ishleyirik, dovletden maash ve diger komek almiriq. Vetendashalrin bir komeyi ola biler ki, bize erize yazsinlar. |
|
|
|
|
11.02.2015 |
naidə niftəliyeva |
Sual: Salam.Mən bu gun Qaracuxurda yerləşən BAL marketdən bazarliq etdim. Eve qəlib paketləri boşaldanda gördum ki aldığım bir mal catışmır. cekə baxdim mal vurulub.Marketin administratoruna yaxınlaşdım məsələni həl edə bilmədiyini söylədi.Mən necə pulu və ya mali geri ala bilərəm. |
Cavab: Polise muraciet edin, videogoruntuler acilsin. Yalniz bele subut etmek olar. |
|
|
|
|
11.02.2015 |
Adilə Qafarova |
Sual: Eyyub m.Salam!Şəhərimizin mağazalarında həddindən çox süd məhsulları satılır.Hamısının uzərində "təmiz inək südü"sözləri yazılır.Bu qədər Azərbaycanda inək saxlayan yoxdur axı.Adi ticarət səbəkələrində olan süd məhsullarıçoxluğuna gorə çübhə doğurur.Bu yalançı reklam nə ilə bağlıdır |
Cavab: Hormetli Adile xanim, bu menim pis ishlemeyimle baglidir. Beli, quru sudden hazirlanmish mallarla istehlakcilar aldadilir. Olkede qidanin tehlukesizliyi haqqinda qanun yoxdur, chalisiriq ki, qanun qebul olunsun.Sud alan zaman hansinin yararliliq muddeti qisadir, ona ustunluk vermek lazimdir. |
|
|
|
|
10.02.2015 |
Mehriban Cavadov |
Sual: Eyyub bəy salam!Siz həmişə TV-də tez-tez "saxta" markalananməhsullar haqqında danışırsınız.Ancaq "Uzun ömür İVANOVKA"süd məhsulları BAKI şəhərinin ticarət mərkəzlərində hökmranlıq edir.İsmayıllının İvanovkası ilə heç bir əlaqəsi olmayan bu məhsullarin satışına heç kim reaksiya vermir.Çox maraqlıdır ki,dövlət orqanları niyə susur.Xahiş edirik mübarizə aparasınız. |
Cavab: Beli, bize de telefon zengleri gelir. Teshkilatimiz bu mesele ile elaqedar Iqtisadiyyat ve Senaye Nazirliyine, elece de Standartlasdirma? Metrologiya ve Patent uzre Dovlet Xidmetine 20 gun once resmi muracietler, faktlar gondermishdir. Hazirda dovlet orqanlari bu ishle meshgul olur. |
|
|
|
|
08.02.2015 |
ilahe abasova |
Sual: Salam hormetli vekil nenemin mene bagiwladigi 15il bundan qabaq adimda olan kupcali evle bagli 3il budan qabaq olan mehkeme menim xeyrimle bitmiwdir yeniden apilasiya mehkemesine verile biler?xalam terefden Veyaxud yeniden mehkeme ola biler?mehkemede wikayetci men idim xalami ordan cixartdim mehkemeni utdum yeniden apilyasiya mehkeme ola biler? |
Cavab: Hormetli Ilahe xanim, biz istehlakci huququnu qoruyuruq. Bu mesele istehlakci huququna aid deyildir. |
|
|
|
|
07.02.2015 |
Samir Behbudov |
Sual: Şəhərimizdə yeni açılan avto-dayanacaqların (parking) bir çoxunda girişdə verilən qəbzi itirməyə görə cərimələr tətəbiq olunur. Bu cərimələr dayanacaqdan asılı olaraq 10-50 AZN arasında dəyişir. Tətbiq olunan bu qaydalar istehlakçıların hüquqlarının qorunması siyasəti ilə nə dərəcədə üst-üstə düşür. Əslində bu avto-dayanacaqların əksəriyyətinin video müşahidə sistemi var və qəbzi itirən sürücünün maşınının nə vaxt daxil olduğunu asanlıqla müəyyən edə bilərlər. Bununla real vaxtı hesablamaq və həmin vaxta görə dayanacaq pulunu almaq, əlavə olaraq 1 AZN itirilmiş qəbzə görə cərimə tətbiq etmək daha düzgün olmazmı? Bu məslədə vətəndaşlara köməyinizi xahiş edirəm.Əvvəlcədən təşəkkürlər. |
Cavab: Hormetli Samir muellim, sizinle raziyam. Mumkun olani edeceyem. Teesuf ki, teshkilatimizda olan \"neqliyyat komissiyasi\" chox passividir. |
|
|
|
|
06.02.2015 |
Sevil Alxanova |
Sual: Eyyub m.salam!Çindən ölkəmizə idxal olunan mallarin demək olar ki,50%-i insan orqanizmə mənfi təsir göstərir.Məsəl üçün,ayaqqabılar geyiləndən 1ay sonra içərisindən pis iyi gəlir.Mebellər və paltarların əksəriyyəti bu cür iy verir.Buna qarsi mubarizə aparan yoxdur.Siz mətbuat vasitəsi ilə geniş şəkildə belə məhsulları antireklam etsəniz,istehlakçılar daha da maariflənər.Çünki ictimai rəy daha güclü olar. |
Cavab: Hormetli Sevil xanim, bu sahede ne bacariramsa edirem. Lakin istehlakcilarin konkret erizeleri mene komek ede biler. Efsuslar olsun ki, hokumetin istehlakci siyaseti lazimi seviyyede deyil. |
|
|
|
|
05.02.2015 |
sevda ediz |
Sual: Salam, Eyyub muellim. Men 01.02.2015 il tarixde Banu magazasinda180 deyirdiler 150 manata godekce aldim.Daha dogrusu bir gun önce beden olcum olmadığı üçün basqa yrrden getirtdiler. Dunen sederek ticaret merkezinde eynisini 50 manata gördüm. Men godekceni geri vere ve ya pulun üstünü ala bilerimmi. Onceden teşekkür ederim. |
Cavab: Hormetli Sevda xanim, qiymete gore deyil, mal;n Sizin telebatinizi odemediyi sebebinden deyishmek ucun dukana muraciet etmek, eger telebatiniza uygun mal olmazsa bu halda 14 gun muddetinde mali qaytarib pulunuzu almaq huququnuz vardir. |
|
|
|
|
05.02.2015 |
Təranə H........ |
Sual: Mən bir firmadan kosmetik mallar aldım, mənə bir müqavilə imzalatdılar. İmza etdikdən sonra müqaviləni mənə verdilər. Müqaviləni orda oxuma imkanım olmadı. Evə gəldikdə gördüm ki, qiymətlər çox şişirdilib və mənə verilən mallar məni qane etmir. Geri qaytarmaq qərarına gəldim, heç birinin amblajını açmamışdım. Geri getdim, məndən qəbul etməyəcəklərini sonra gəlməmi istədilər. Mən məcburən onların dediyi vaxtda, 16 gün sonra malı apardım. Onlar bir şərtlə geri alacaqlarını bildirdilər. Gərək mən borcum olduğuna dair sənədə qol çəkim. Mənim təcili işim olduğundan və malı bir daha evə geri aparmamaq məqsədi ilə həmin sənədə imza atdım. Sənəddə yazılıb ki mən 445 manat borclanıram, çünki malı geri qaytarmışam. Amma mal açılmayıb və istifadə edilməyib. Buna baxmayaraq, mənə imzalatdırdıqdan sonra verdikləri Müqavilənin maddəsinə əsaslandıqlarını deyiblər. Müqavilənin surətini də malla geri alıblar. Məndə yoxdur. Mən nə edə bilərəm? Bu istehlakçı hüquqlarını pozmaq deyilmi? |
Cavab: Hörmətli Təranə xanım, nə üçün \"Desheili\" firmasının adını gizlədirsiniz, nədən qorxursunuz? Azərbaycan qanunları Sizi qoruyur. Ətraflı ərizə yazın, imza qoyun, probleminizi təmənnasız həll edək. |
|
|
|
|
03.02.2015 |
Emin Aslanov |
Sual: Salam. 196 nomreli avtobusun resmi ve qeyri resmi qiymet barede zehmet omasa arashdirma aparardiniz.Resmi qiymet: 0.35 qepik (Tarif shurasi)Qeyri resmi : 0.50 qepik !!!Chox Sagolun ! |
Cavab: Hörmətli istehlakçı, konkret faktlara söykənən rəsmi ərizə yazın, imzalayaraq bizə göndərin, problemi həll edək. Sizə inanaırıq, araşdırma aparmağımıza ehtiyac yoxdur. |
|
|
|
|
03.02.2015 |
mardan qasimov |
Sual: Salam Eyyub müəllim!Gördüyünüz işlərdə sizə uğurlar diləyirikAncaq tcarətdə mobil telefonlarla,komputer satışı çox acınacaqlı vəziyyətdədir.Tam şəkildə demək olar ki.keyfiyyətsiz (elektrotexnikanı buna aid etmək olar)olan bu texnika bazarda hegemonluq edir.Sizə də bu sahədə yəqin ki.çoxlu sayda şikayət daxil olur.Bunun çıxış yolu həm mübarizə həm də dövlət orqanlarını ayağa qaldirmaq lazımdır.Bu işin öhdəsindən yalnız siz gələ bilərsiniz.Xahiş edirik belə haqsızlığa qarşı ciddi mübarizə aparasınız.Öz təşşəkürümü əvvəlcədən Sizə bildirirəm. |
Cavab: Sizinlə tam şərikəm, qanunlar çərçivəsində mübarizəmiz davam edir. Çalışcağıq ki, hökumətin siyasətinə təsir edək. |
|
|
|
|
02.02.2015 |
orxan eliyev |
Sual: Eyyub müəllim salam!WORd TELEKOM TELEFON satiş ticarət səbəkələrində biabirçiliq gedir.istehlakilar aldadilir.buna qarşi mübatriz. aparın |
Cavab: Haqlısınız, mümkün olanı edirik. Hətta 02.02.2015 tarixdə onların rəhbərliyinə də birbaşa iradlarımızı bildirmişik. Şikayət olarsa həll edərik. |
|
|
|
|
27.01.2015 |
Hafiz Yusifov |
Sual: Salam Eyyub müəllim. Ailə üzvlərimizdən bir məktəbli, bu gün hədiyyə məqsədilə saat alıb. Saata baxdıqda gördüm ki, mənşəyi, keyfiyyəti bəlli olmayan Çin malıdır və 2-3 manat dəyəri olduğu halda 10 manata satıblar (qəbz alınıb). - Uşaqla birlikdə bu gün mağaza sahibi Qsımova Hüsniyyənin yanına gedib mədəni şəkildə dedim ki, mümkündürsə saatı, keyfiyyətsiz və mənşəyi bəlli olmadığı üçün qaytarardınız. Xanım satıcı cavab verdi ki, əgər saat xarab olsaydı qaytarardım. Saat xarab deyilsə niyə qaytarmalıyam?Qanunları mağaza sahibinə izah etməyə çalışsam da faydası olmadı. Hara istəyirsiniz şikayət edin deyir. Qeyd: Necə olur ki, Almaniyada 10 avroya satılan saata 2 il qarantiya veririldiyi halda vətəndaş bəyənməzsə aldığı malı qaytara bilir. Azərbaycanda isə fırıldaq alverlə məşqul olan belə sahibkarlar özlərini haqlı, vətəndaşları isə haqsız sayır.Mal alındığı vaxtdan 2-3 saat vaxt keçib. Günlərlə yox... Belə vicdansızlıq da olmaz.Bəlkədə belələrinə qarşı cəzalar sərtləşdirilsə başqalarına da dərs olar.Mümkündürsə yaranmış problemlə bağlı köməklik göstərərdiniz. |
Cavab: Hormetli Hafiz muellim, movcud qanunlara gore 14 gun muddetinde Sizin mali keyfiyyetli mala deyishmek, eger teelbatinizi odeyen mal olmasa qaytarib pulunuzu 100% almaq huququnuz vardir. Rica edirem teskilatimizin Gence seher numayendeliyimizin sedri Tahir Pasayevle elaqe saxlayin. (tel^ 050 336 94 31) |
|
|
|
|
24.01.2015 |
zulfiqr baxışov |
Sual: Salam,sualım belədir. 23012015 tarixində gecə saat 03:00 radələrində evə gələn elektrikin normal haldan 2 dəfə güclənməsi nəticəsində evdə elektrik qoşulan cihazlardan(soyuducu, su nasosu, su isidən a Riston veb cihazlar) sıradan çıxmışdır. Sizcə elektrik istehsalçısı sadaladığım hadisədən cavabdehdir mi ve sıradan çıxan cihazlara dəymiş ziyanı ödəməlidir mi? Çox sağ olun cavabınız gözləyəcəyəm |
Cavab: Hormetli Zulfiqar muellim, siz haqlisiniz. Hemin anda fakt aktlasdirilmali idi. Mehkeme iddiasi qaldirmaq olar. Efsuslar olsun ki, \"elektrik enerjisinin istifade qaydaalri\" deyilen adli senedde gerginliyin artmasi faktini techizatci ozu qeyde almalidir ve huquqi sened o hesab edilir. Yeqin qonsularda da problem yasanmisidr. Meslehet gorurem ki, Azerenerji ve Bakielektriksebekeye resmi muraciet edin, son neticede ise elbette mehkemeye. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36 37
38
39
40
41
42
43
44
45
|