İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Aprel-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (151)
Dunen ziyarətçilər: (119)
Bu gün səhifə baxışı: (202)
Dünən səhifə baxışı: (162)
Question-Answer
Sual yaz
13.11.2014
Lalə Telmanova
Sual: Hörmətli Eyyub müəllim salam.Ay-Min kolbasa sexində halal və donuz əti bir peçdə bişir və bir anbara yığılıb saxlanılır vəbir maşınla da şatış səbəkələrinə aparılır.Xahiş edirik monitorinqlər aparıb içtehlakçilara məlumat verilsin.
Cavab: 

Hörmətli Lalə xanım, Eldar Nəsibova verdiyimiz cavabı Sizə də verməyə məcburam, belə ki, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. 

13.11.2014
Eldar Nasibov
Sual: Eyyub müəllim salam.AY-MİN kolbasalariini istehsal sahəsi çox pis vəziyyətdədir.Xalqi zəhərləyən bunlardır.Araşdirilma aparıb istehlakçılar məlumatlandirin ki.belə istesalçıların malları alınmasın.
Cavab: 

Hörmətli Eldar müəllim, Sizdən fərqli olaraq bəzən şəxslər digərinin biznesinə problem yaratmaq üçün bizə məlumatlar verirlər. Səmimiliyinizə inanırıq, rica edirik bizə rəsmi ərizə yazın, ərizədə ünvan, telefon və imza qoyun. 

11.11.2014
famil əliyev
Sual: Eyyub müəllim salam.siz mağazada açıq şəkildə satilankonfetlərin yararlı olmağına inanırsınızmı.biz belə mallara daha şübhə ilə yanaşırıq
Cavab: 

Bəli bu sahədə problem vardır. Sizin hüququnuz var ki, konfetlərin boşaldıldığı qutuya baxasınız və yararlılıq tarixini görəsiniz. Yararlılıq tarixini görmək üçün satıcı qarşısında tələb qoyasınız və təşkilatımız çalışır ki, tezliklə açıq konfet satışına son qoyulsun. Nazirlər Kabinetinin94 saylı qərarında da bu məsələyə toxunulubdur.

11.11.2014
Fəridə Mansurov
Sual: Eyyub m.Salam.Xahiş edirik Roşen haqqında TV və ya mətbuat vasitəsi ilə xalqa düzgün məlumat verin.Əvvəlcədən təşəkkür edirik.
Cavab: 

Monitorinqlər aparmışıq. Yararlılıq vaxtı ötmüş \"Roşen\" konfetləri hələ ki, aşkar edilməyib.

11.11.2014
adil davudov
Sual: Eyyub müəllim salam.Biz HƏMİŞƏ ROŞEN KONFETLƏRİ ALIRIQ.KONFETLƏRİN KEYFİYYƏTLI OLUB OLMAMASI HAQQİNDA BİZ MƏLUMATLANDIRIN.
Cavab: 

Yararlılıq vaxtı keçmiş \"Roşen\" konfetləri müşahidə olunmur. Konfetlərin keyfiyyətinə dövlət orqanları nəzarət edir. 

10.11.2014
mələk xanim
Sual: SALAM.MƏN ƏN COX ROŞEN KONFETLƏRİ ALİRAM.4 GUN ƏRZİNDƏ BU PROSESİ İZLƏDİM.BÖHTAN OLDUĞUNU BİLDİM.ONA GÖRƏ DƏ ROSENƏ QARŞİ avropa info saytı yaydığı böhtana görə lənətə gəlsin.belə saytlar ləğ edilib.qınaq atəşinə tutlsun.ANCAQ EYYUB MÜƏLLİM SİZ DUZUNU DEYƏRSİZ ROŞEN HAQQINDA BİZƏ DÜZGÜN MƏLUMAT VERİN .
Cavab: 

Satışda yararlılıq vaxtı ötmüş konfetlər müşahidə olunmayıb. Həqiqəti Ulu Tanrı bilir. 

10.11.2014
Arzu Qasimov
Sual: Eyyub bəy salam.avropa info saytini onsuz da oxuyan yoxdur.Rosen şirkətinin məhsullari dövlət orqanları tərəfindən yoxlanilib sertifikatlar verilir.(Yəni tərkibilabaratoriya tərəfindən yoxlanılır).Deməli avropa info sayıtı dövlətin əleyhinə gedir.Siz istehlakçi hüququ qoruyan bir lider kimi istehlakçilara öz sözünü deməlisiniz ki.istehlakçilar Roşenə qarşı olan böhtanlara inanmasinlar
Cavab: 

Yalnız onu qeyd edə bilərəm ki, satış şəbəkələrində yararlılıq vaxtı ötmüş \"Roşen\" konfetləri müşahidə olunmur. 

10.11.2014
Bəkir Tahirov
Sual: EYYub müəllim salam .Mən böyük market sahibiyəm.Roşen şirkətinə qarşı olan böhtanla mən heç vaxt razlaşmiram.Çünki.Roşen şirkətinin vaxt keçmiş məhsullarınl mağaza almaz və şirkət isə belə malları mağazaya verə bilməz.Mən bunu böhan kimi qiymətləndirir və avropa info saytının bağlanmasını sizdən xahiş edirəm.Çünki xalqı çaşdirmaq olmaz.Ədavəti belə həll etmək olmaz.onsuz da xalq həmin gündən avtopa info sayıtına nifrət etdi.Çox keyfiyyətli olan Roşen konfetləri həmişə xalq tərəfindən sevilib və seviləcək.Böhtana görə avropa info sayıtının rəhbərliyicinayətə cəlb olunmalıdir.Eyyub müəllim Siz dövləti və xalqı sevdiyiniz üçün bir də ki düz danışdığınıza görə yüzlərlə sahibkar adindan Sizə müraciət edirik.Dövlətə və mətbuat orqanlarina bizim adımızdan müraciət edin.Sifarişçi üzə çıxarılsın.Belə bötana son qoyulsun.
Cavab: 

Saytlar, qəzetlər nə qədər çox olsa yaxşıdır. Fəaliyyətləri sağlam niyyətli və ədalətli olsa daha yaxşıdır. Bəli, dükanlar vaxtı keçmiş malı götürüb özlərini bilərəkdən cəriməyə məruz qoymazlar. \"Roşen\" konfetlərinin yararlılıq vaxtı keçmişlərinin satışı müşahidə olunmur. Kimsə bazarda ədalətsiz rəqabət yaratmaq üçün çirkin əməllərə əl atıb istehlakçıları çaşdırırsa bu duzgün deyil və düşünürəm ki, tərəflər belə məsələləri məhkəmədə həll etməlidir. 

05.11.2014
Malik Nəzərli
Sual: Eyyub muəllim salam.Sizdən çox xahiş edirəm ki.fermer smetanı tərkibi haqqında haqqında bizə düzgün məlumat verin.Çünki bizim ailə və yaxın qohumlar bu smetanın aləcısıdır.Ancaq bəzi vaxtlar smetanlarln tərkibinə əlvə qatqılarin olması barədə danışılır.o da ki.insan orqanizmində xəstəliklərə gətirib çıxarır.Sizdən xahiş edirəm geniş şəkildə məlumat verəsiniz.
Cavab: 

Hörmətli M.Nəzərli, Mən dəfələrlə ictimai çıxışlarımda söyləmişəm ki, hansı malın yararlılıq müddəti azdır (yəni buraxılma tarixi ilə son istifadə tarixi arasındakı vaxt) o mala üstünlük verin! İndi özünüz seçim edə biləcəksiniz!

04.11.2014
Anar velizade
Sual: salam.size satışda olan içməli su haqda soruşmaq isteyirəm deyə bilərsizmi hansi şirkətin suyu həqiqətən standartlara uyğundu?
Cavab: 

Təşkilatımız yalnız Qida Təhlükəsizliyi Nişanına layiq görülmüş mallar barədə nəzarət sistemi  qurduğu üçün konkret müsbət rəy bildirir. Hələ ki, heç bir suya bu nişan şamil edilməmişdir. 

28.10.2014
vaqif Eyyubov
Sual: eger 15 gun kecibse deyishmek mumkundur mali
Cavab: 

15 gün müddətində dükana müraciət etmisinizsə və Siz haqlısınızsa, 15 günden sonra da bizə müraciət etsəniz, dəyişmək olar. 

28.10.2014
BASHIR TAHMAZOV
Sual: salam siz mene komek ede bilmirsiz mali deyismeye ve yaxud qaytarmaga?men denizde ishleyirem almlsham 1 ay evvel imkan 27 si oktyabrda olub qurashdlrmaq qurasdlranda melum olur ki bizi aladidiblar xaxish edirem komeklik gosteresiniz evvelceden teshekkur edirem
Cavab: 

Saytımızda gösterilən ərizə formasina uyğun ərizə yazın, imza qoyun, mümkün köməkliyi edək. 

27.10.2014
BASHIR TAHMAZOV
Sual: SALAM Eyyub muallim 1 ay bundan evvel sederek ticaret merkezinden imergaz kombisi aldlm bagli paketde teminat verilmeden 27 10 2014 tarixinde sisteme goshuldu amma ishlemedi acanda melum oldu ki,kombi islenmishdir.kombini deyisdire ve yaxud geri qaytara bileremmi?hormetle beshir
Cavab: 

Sizin 14 gün müddətində malı dəyişmək üçün satıcıya müraciət etmək, tələbatınızı ödəyən mal olmadıqda qüsurlu malı qaytarıb tam həcmdə almaq hüququnuz vardır. 

26.10.2014
Şəmsiyyə Qarayeva
Sual: Hörmətli Eyyub müəllim,salam.Belə bir xəbər eşitmişəm ki, "Azad məhsullar laboratoriyası" yaradılıb,lakin hələki aşılışı olmayıb.Həmin laboratoriyada eksport olunan qida məhsullarının analiz olunması planlaşdırılır.Eşıtdiklərim məlumat doğrudursa sizdən çox xaiş edirəm,mənə ətraflı məlumat verəsiz bu haqda.Öncədən təşəkkürlər
Cavab: 

Hormetli Semsiyye xanim, teshkilatimiz defelerle teshebbus gosterib ki, olkede dogru sozu deye bilecek musteqil eskpertiza olsun.Lakin hele ki buna nail ola bilmemisik. Esas mesele heqiqeti mudafie eden kadralrin olmamasidir. Bele ki, melumatiniz dogru deyil. 

12.10.2014
Etibar Numbetov
Sual: men cox uzuldum ki siz sehliyaliya sertifikat vermisinz
Cavab: 

Biz sertifikat vermirik, Qida Təhlükəsizliyi Nişanını veririk. Bu nişanın tələbləri beynəlxalq təşkilat tərəfindən müəyyən olunub və saytımızda yerləşdirilib. Saytda yerləşdirilmiş tələblərə uyğun gəlməyən məqamı bizə göstərsəniz Sizə minnətdarlığımızı bildirərik və nişanı geri götürmək barədə qərar qəbul edərik.

07.10.2014
Sima Safarova
Sual: Salam Eyyub bey,bir melumati degiglesdirmek isdeyirdim bacim Swarivskiden mene hediyye alib lakin cekini itirib men onu qaytara bilmerem de yeginki? bes ceki mende olsaydi menim onu qaytarmaq huququm varmi? men bildiyime gore 3 is gunu erzinde qaytarila 14 is gunu erzinde deyisdirile biler(istisna hal eger endirimdedirse) duzdur? yeni men nece oz huququmu teleb ede bilerem?
Cavab: 

Endirimin bu məsləyə dəxli yoxdur. Mal qüsurludursa 14 gün ərzində dəyişdirmək və ya qaytarmaq hüququnuz, mal tələbatınızı ödəmirsə 14 gün ərzində dəyişmək, tələbatınızı ödəyən mal satışda yoxdursa 14 gün ərzində qaytarıb pulunuzu almaq hüququnuz vardır. Kassa çekinin varlığı mütləq tələbdir. Əks halda malı alma barədə şahidlər olarsa məhkəmədə hüququnuz qoruna bilər. Məhkəmə rüsumundan azadsınız.

21.09.2014
Hüseyn Hüseynzadə
Sual: Hörmətli Eyyub müəllim, salam! Mən Sizin saytınıza tez-tez daxil oluram. Düzü qida təhlükəsiliyi nişanı almış müəssisələr deyərdim ki, saytınızın ən çox oxunan səhifəsidir.Kolbasa , süd məhsulları, dondurma və şokoladlarla bağlı indi problemim yoxdur. Artıq bilirəm ki, hansı firmanın məhsulunu ürəklə almaq olar.Ancaq bütün ərzaq məhsullarının əsas tərkib hissələrindən birincisi olan içməli su və şirələrlə bağlı nə vaxt saytınızda məlumat alacağıq.
Cavab: 

Hörmətli Hüseyn müəllim, AİB-in bu təşəbbüsü Azərbaycanın ÜTT-ə daxil olması ərəfəsində yerli malların rəqabətə davamlılığına dəstəkdir. Nişana layiq görülmüş mallar AİB-in ictimai nəzarəti altındadır və təhlükəsizdir. AİB tədqiqatlar aparır, Siz deyən malların təhlükəsiz olmasına dair təmənnasız məsləhətlər verir və uyğunlaşma işini aparır. Yəqin ki, uyğunlaşmış müəssisələrə təhlükəsizlik nişanı şamil olunacaqdır. Hələ ki, tam uyğunlaşmış müəssisə yoxdur, lakin iş gedir. 

17.09.2014
Firuzə Dadaşova
Sual: Salam.Xahiş edirə mənim sualımı cavablandırasız.Hər hansi hüquqi şəxs(MMC) balansinda olan daşınmaz əmlakı fiziki şəxsə NİSYƏ MÜQAVİLƏSİLƏ sata bilərmi?Öncədən təşəkkürlər.
Cavab: 

Bu məsələ istehlakçı hüququ ilə bağlı deyil. Rica edirəm analitik.az saytına müraciət edin, cavab alın. 

14.09.2014
Zemfira Agayeva
Sual: Salam. texminen 3 hefte bundan evvel yeni menzilimiz uchun mebel aldiq, tebii ki, bize chek teqdim edildi. mebelin qurashdirilmasi ishleri firma terefinden uzadildi, ve bu yaxinlarda basha chatdirildi. mebele servant bolumune ailemiz uchun deyerli olan chay servizini duzduk, seheri gun yeni menzile gelende servantin refinin yere dushduyunu ve 33 il, yani valideynlerimin aile heyati qurdugu vaxtdan, qoruyub saxladigimiz, Polsha istehsali olan chay destgahinin bir chox predmetlerinin sindigini gorduk. gozle gorunur ki, refi saxlayan plastmas ucluqlarin ikisi chatlidir, biri ise qopub yere dushub. firmaya zeng etdiyimizde, onlar 1-2 gun erzinde gelib baxacaqlarini dediler. qirintilari yigmamishiq ve dushmush refi ozumuz berpa etmemishik. Eger ehtiyac yaranarsa, firmanin yetirdiyi maddi ve menevi ziyanin odenilmesi uchun onlara qarshi shikayet erize ile hara muraciet edilmelidir? teshekkur edirem!
Cavab: 

Verilən çeki də əlavə etməklə bizə ətraflı ərizə yazın, təmənnasız həll edək. http://www.consumer-aib.com/az/pages/100 

14.09.2014
Севинч джафарова
Sual: Салам хочу попасть записаться на прием к Эйюбу Гусейнову
Cavab: 

Həftənin iş günləri saat 09:00 dan 18:00-a kimi istənilən vaxt gələ bilərsiniz. E.Hüseynovun mobil telefonu - 050 341 62 25

13.09.2014
Aynur Musayeva
Sual: və 1 sualımda yarandı.Bazar ertəsi onlar o ayaqqabını gətirdikdən sonra,ayaqqabıdan imtina etmək hüququm çatır?səbəbini soruşsa yəni sadəcə qaytarmağ istəyirəm deməklə..
Cavab: 

Əgər ayaqqabı Sizin tələbatınız ödəmirsə 14 gün müddətində qaytarmaq hüququnuz qalır. Ətraflı ərizə yazın, təmənnasız həll edək. http://www.consumer-aib.com/az/pages/100 

13.09.2014
Aynur Musayeva
Sual: Salam.Mən dünən Memar Əcəmi Metrosuna yaxın dükandan ayaqqabı aldım.və getdim başqa mağazaya girdim ordan ona uyğun sumka almaq istədikdə ayaqqabının üstündə gördümki ləkə var.Və getdim həmin mağazaya ayaqqabını dəyişim.Həmin modeldən olmadı və satıcıyla biraz söhbətimiz düşdü.Sonra dediki;"biz kassaya vururuq qaytara bilmərəm 1-ci günü sizə bu modeldən olsa gətirəcəm.Ve qeyd etdi ki,bu malı biz Türkiyədən gətiririk və aeroport malı deyil".Uzun sözün qısası məndə razılaşdım və dayanacağa gedəndə qayıtdım qəbzi tələb etdim və qəbzdə hədiyyələr mağazası yazılmışdı.amma mən ayaqqabı dükanına girmişdim.saat 20:08 yazılmışdı, amma hələ saat 20:04 idi. mən tələb etdimki mən bu mağazaya saat 18:59-da girmişəm və mən bu vaxtda olan qəbzi verin mənə.mənə satıcı bildirdiki;xanım kassada saat vaxtı düzəlmiyib.və təkcə 30 azn vurulmuşdu bu qəbz idi.Və oların deməklərindən belə qərara gəldimki olar heç bir malı kassaya vurmurlar və kassanın saatındanda onagörə bixəbərdilər..Və mənim hüququm çatırmıki onlardan mağazaya girdiyim vaxtda qebzi tələb etmək?
Cavab: 

Əgər ayaqqabı Sizin tələbatınız ödəmirsə 14 gün müddətində qaytarmaq hüququnuz qalır. Ətraflı ərizə yazın, təmənnasız həll edək. http://www.consumer-aib.com/az/pages/100 

07.09.2014
Samir Seferov
Sual: Salam,men dasinmaz emlakimi (menzilimi) qaynimdan bagislanma yolu ile almisam.Hansi hallarda (ne sebebden) onu menden geri ala biler,xahis edirem mene komek edesiniz,tesekkur edirem.Cixaris (Kupca) menim adimadir.
Cavab: 

Bu məsələ istehlakçı hüququ ilə bağlı deyil. Məsləhət almaq üçün AİB-in hüquqşünası Habil İsgəndərova zəng edə bilərsiniz. - 050 314 81 88

03.09.2014
Miryasin Seyidov
Sual: Salam, men samsung markali fotokamera almisam bakuelekt4onics magazalar sebekesind3n dey3ri 330 azn 28.04.2013 tarixinde. Bir illik qarantisi erzinde 3defe temirde olub, bu ilin iyununda yene temire getdi menden 20manat aldilar ve yenede temire ehtiyaci var sentyabr ayidi attiq.mene serf elemir axi her defe bunu temire aparim, nece ede bilerem, faktiki olaraq bu mehsul xarab cixibsa eger.
Cavab: 

Ətraflı ərizə yazın.imza qoyun və bizdən istəyinizi aydın ifadə edin. bax: http://www.consumer-aib.com/az/pages/100 

20.08.2014
Yaqub Məğrur Xudiyev
Sual: Azad İstehlakçılar Birliyininsədri cənab E. HüseynovaBakı şəhəri, Şərifzadə küçəsi – 196ünvanında yaşayan şair – publisistYaqub Məğrurdan(070-330-40-32;012-510-24-17) ƏRİZƏBildirirəm ki, 02.07.2014-cü il tarixdə Bakı şəhəri, Mətbuat prospekti-24 ünvanında yerləşən “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadarla(əlaqə telefonları: 055-333-55-66; 012-510-79-94) şifahi razılaşma əsasında, yeni nəşrə hazırladığım “Gəlirəm, Qarabağ!..” adlı kitabımın materiallarını çap olunması üçün ona verdim. Bu vaxt o, mənimlə müqavilə bağlamadı. Təqribən üç həftə ərzində yazı materiallarının kompüter variantı yığılıb qurtardı və tərəfimdən dörd dəfə korrektə olundu. Sonuncu yazını - “Səmada şəhidlik zirvəsinə ucalan igid” adlı elegiyanı Ş.Vəfadara 21.07.2014-cü il tarixdə verdim. Bir gün sonra həmin yazı kompüterdə yığılıb mənə verildikdə qələmlə korrektə edib dərhal onlara qaytardım ki, kitabım vaxtında çap olunsun. Ancaq, direktsözügedən yazını gec verdiyimi bəhanə gətirərək kitabımın çapını on gün gecikdirdi. Halbuki, razılaşmaya əsasən kitab iyul ayının sonuna qədər çapdan çıxmalı idi. Mən razılaşmağa məcbur oldum. İyul ayının sonuna qədər mən dəfələrlə Şəmsidən sonuncu yazının kompüterdə korrektə olunmuş variantını baxmaq üçün istəsəm də, o, vaxt olmadığını bəhanə gətirərək və “narahat olma, sonda özüm yoxlayacağam”- deyərək məni arxayın etdi. Onun işçilərindən də bunu istəyəndə “müəllim, arxayın ol ki, sənin korrektən əsasında yazının bütün səhvlərini kompüterdə düzəltmişik, ancaq, Şəmsi müəllim icazə verməsə yazını sizə verə bilmərik ”-dedilər. Beləliklə də mən həmin yazının kompüterdə korrektə olunmuş variantını görə bilmədim.01.08.2014-cü il tarixdə Şəmsi məni otağına çağırıb kitabın çapı üçün 550 manat pul ödəməyimi istədi. O, məndən ümumilikdə 530(beş yüz otuz) manat pul alsa da, bunun müqabilində mənə qəbz vermədi.09.08.2014-cü il tarixdə şənbə günü Şəmsi mənə zəng edib bildirdi ki, “kitab çapdan çıxıb, ancaq mən işdə olmadığıma görə dizayner Ələsgərlə gedib kitabları mətbəədən götürün!” Mən də onun dediyi kimi etdim. Kitablardan birini götürüb baxdım. Kitabın üz qabığı şəffaflıq verilmədiyinə və bozumtul çıxdığına görə məni qane etmədi. Yazıları dörd dəfə korrektə etdiyimə baxmayaraq, kitabı vərəqlədikcə qarşıma çoxlu hərf səhvləri çıxdı. Yuxarıda sözügedən “Səmada şəhidlik zirvəsinə ucalan igid” yazısında isə nə az, nə çox, düz 82 səhv var idi. Odur ki, 11.08.2014-cü il tarixdə Şəmsinin iş otağına gedib iradlarımı bildirdim. Son on gün müddətində mənə dəfələrlə “narahat olma, arxayın ol!”-deyən bu adam “bəs niyə sonuncu varianta baxmırdın?”-deyib üzümə durdu ki, “özün günahgarsan”. Mən yararsız kitabları təhvil götürməsini və keyfiyyətli çap etməsini, ya da ki, çap üçün aldığı pulu geri qaytarmasını ondan xahiş edəndə isə Şəmsi məni nalayiq sözlərlə təhqir edib dedi ki, ”mən heç kimdən qorxmuram, get kimə istəyirsən şikayət elə!”Hörmətli Eyub müəllim, xahiş edirəm ki, mənim tapdalanmış istehlakçı hüququmun bərpa olunmasına kömək edəsiniz.Hörmət və ehtiramlaİmza: Yaqub Məğrur 20.08.2014-cü il
Cavab: 

Hörmətli Məğrur müəllim, göndərdiyiniz ərizə formasını word  sənədində imzalayaraqç skaner edin bizə çatdırın, həll edək. 

18.08.2014
İlkin İmanli
Sual: Salam!Şəhərdəki ticarət mağazalarının birində qolbağa baxmaq istəyərkən, təsadüfən onu əlimdən saldım və o qırıldı. Qeyd edim ki, satıcı onu mənə təqdim etdikdən sonra onu qoluma taxmağa belə imkan tapmadım, ani olaraq 2-3 saniyənin içərisində əlimdən çıxıb yerə düşdü. Dəyəri təqribən 300 AZn-dir və mağaza məndən 150 AZN-i tələb edir. Mülkiyyət hüququ mənim tərəfimə keçmədən (malı tam ciddiyətlə almaq fikrim yox idi və hətta qolumağa taxmağa çatdırmadım) məni cərimə etməyə haqlıdırlarmı? Hörmətlə
Cavab: 

Sahibkarın Sizi cərimə etmək hüququ yoxdur. Bu vəziyyət məhkəmə vasitəsi ilə ədalətli həll edilə bilər. Bizə rəsmi ərizə yazsanız çalışarıq ədalətli həllinə nail olaq. 

16.08.2014
Osmanlı Aqşin
Sual: Men teşekkurumu bildirmek isteyirem AİB ne. Bizim bir mebel magazasıyla problemimiz olmuşdu,taxt almişdiq xarab cıxmişdi amma qaytarmırdılar. Sizin sayenizde bu problem bir gune hell oldu. Cooooox sag olun
Cavab: 

Hormetli Aqsin muellim, ne lazim olsa komek etmeye haziriq. 

13.08.2014
Aybeniz Ibrahimova
Sual: salam.men fujitsu kompyuteri almisam lakın hele 3 ay deyılkı ustaya gonderdım lakın onudan deyesen kompyuterı deyısıb gerı verdıler vede men kredıte goturmusem ındide gerı qaytarmaq ıstıyıem mumkundumu?ve odediyim pul geri qayda bilermi?
Cavab: 

Eger Size yeni kompyuter verilibse ve qusuru yoxdursa pulunuzu geri ala bilmezsiniz. 

13.08.2014
Həsən Qasımov
Sual: Salam,Mən otelin nəzdində fəaliyyət gostərən klubun xidmətindən istifadə edirəm. Otel ozeldir. Müqaviləni də ozləri tərtib edir. Xidmətçilər tərifindən diqqətsizlik və hormətsizliyə məruz qaliram. illik abunəçiyəm.Müxtəlif bəhanələrlə xidmətdən qaçir və ozbaşnalıq edir. Müştəri məmnuniyyəti şöbəsinə bu barədə muraciət etmishəm muəyyən müddət nisbətətn irəliləyiş olmuş indi isə yenə həmin problemlə üzləşirəm. Mən nə edə bilərərm?
Cavab: 

Konkret olaraq istehlakchi huququnuzun pzulmasi huququ varsa, saytimizdaki erize formasina baxin, ona uygun erize yazin, huququnuzu temennasiz qoruyaq.

31.07.2014
Shamil Hajiyev
Sual: Salam.Muallim men telefon almisham "Baku Electronics"dan ,iki gunden sonra bashladi sonub yanmaga,apardim dayiwim dediler ki ustunde cizig var 170 manat cerime oduyun deyiwey(goznen gorunen cizig yoxdur).Dediler knopkadandi duzaldib verdiler.Indide ekran arada oynayir.Men bunu neca dayiwe bilerem?
Cavab: 

Dəqiq tarixləri göstərməklə saytımızda göstərilən ərizə formasına baxın, yazın, imza qoyun həll edək. 

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28    29    30    31    32    33    34    35    36    37    38   39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio