|
|
|
Be |
Ça |
Ç |
Ca |
C |
Ş |
B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
|
|
|
|
|
Bu gün ziyarətçilər: (173) |
|
Dunen ziyarətçilər: (119) |
|
Bu gün səhifə baxışı: (226) |
|
Dünən səhifə baxışı: (162) |
|
|
|
Question-Answer |
|
|
Sual yaz |
|
31.07.2014 |
Davud Davud |
Sual: Hörmətli AİB,bildirmək istəyirəm ki, 250714 tarixdə Telekom Operatorlarından birinə məxsus data kart və data nömrə əldə etmişəm. Lakin sonrakı 4 gün ərzində reklam materiallarında və satıcının saytında göstərildiyi xidməti əldə edə bilmədiyimdən, həm avadanlığı, həm də nömrəni geri qaytararaq müqaviləyə xitam verilməsinə kömək etmələri barədə onlayn müraciət etdim. Operatorun nümayəndəsi müqaviləyə xitam verilə bilməyəcəyini, son istifadəçinin hər hansi səbəbdən qarşılaşa biləcəyi problemə görə operatorun cavabdeh olmadığını, və mənim müqavilə dövrü ərzində sona qədər ödəniş etməli olduğumu bildirdi. Zəhmət olmasa bu məsələ ilə bağlı münasibət bildirəsiniz. |
Cavab: Ətrafl ərizə yazın, saytımızdakı ana səhifədə ərizə formasına baxın, imza qoyun, göndərin, həll edək. |
|
|
|
|
29.07.2014 |
Təhmasib Kazimov |
Sual: salam necesəsiz Eyyub məllim Ramazan bayramı munasibəti ilə sizə və ailənizə can sağlığı arzu edirəm ailəmin adındanş. |
Cavab: Cox sag ol, Təhmasib, mən də Sizi təbrik edirəm, uğurlar arzulayıram. |
|
|
|
|
18.07.2014 |
Dəyanət Aöayev |
Sual: Təkrar salam, Siz konkret marketin ünvanını soruşursunuz. Mən axı qeyd elədim Bərdə rayonundakı müasir marketlər çekdə göstərilən 10 qəpikdən aşağı məbləği düzgün təqdim edə bilmir. Buna səbəb onların kassalarında 1, 3, 5 qəpiklərin olmamasıdır. Mən Sizdən xahiş edirəm Bərdə rayonunda yerləşən marketləri yoxlamaq üçün bir gün vaxt ayırasınız. Müasir marketlərin, hansında ki, çeklə 10 qəpikdən aşaöı məbləği göstərir, sayı çox deyil. Bir günün içində hamısını yoxlamaq olar. Sizi əmin edirəm ki, kassalara baxış etsəniz özünüz bunun şahidi olacaqsınız. Bunu reyd şəklində edə bilərsinizmi? |
Cavab: Hörmətli Dəyanət müəllim,
Bizim təşkilata rəsmi imza qoyulmuş ərizə olmasa məsələlərə cəld münasibət bildirə bilmirik. Təsəvvür edin kiç respublikanın hər yerində minlərlə istehlakçı problemi var! Vəziyyətin düzəlməsinə dəstək vermək istəyirsinizsə dükanların ünvanı olan rəsmi ərizə yazın. Təşkilatımızın Bərdə rayn nümayəndəliyimizin əlaqə teelfonları: İlqar Qarayev 050 435 65 44; 055 748 54 28 |
|
|
|
|
17.07.2014 |
Məhəmməd Nəsirzadeh |
Sual: Salam. Mən MobiTel şirkətinin zəmanət möhürü və tolonu ilə SmartPhone BlackBerry almışam və 9 aydan sonra telfon səbəbsiz olaraq sönüb və işləmir. Onu MobiTel-n servis mərkəzinə çatdırmışam və orda qeyd olunub ki "Zəmanətli təmir müddəti təmirin mürəkkəbliliyindən və ardıcıllığından asılı olaraq, 2 gündən 14 günə qədər ola bilər." 15 gündən sonra mənə deyilir telefon EH gözləyir və bu müddət 30-40 gün ola bilər. Mən bu işi necə həll edə bilərəm? |
Cavab: Hörmətli Məhəmməd müəllim, ya Azad İstehlakçılar Birliyinə (AİB) rəsmi ərizə ilə müraciət edinç ya da 195 (2) telefonuna zəng edin məlumatınızı verin. |
|
|
|
|
15.07.2014 |
Sevinc Əliyeva |
Sual: Salam! Dünən BUM-un yaninda yerləşən "SİX" bijuteriya və aksesuarlar dükanından gün eynəyi almışam. İstifadə zamanı eynəklər çatladı(yagin keyfiyyətsiz materialdan hazırlanıb). Bu gün xəzinə qəbzi ilə həmin eynıkləri dükəna başqa malla və ya pulla əvəz eləməyə apardım. Lakin sattıqları keyfiyyətsiz eynıkləri geri götürmədilər və dedilər ki, satılarkın onların üzərində çat olmayıb və mən onları özüm qırmışam. Mən bu vəziyyətdə nə edə bilərəm? |
Cavab: Sübut etmək lazımıdır ki, eynəyi Siz qirmamışsınız. Saytımızdaki ərizə formasına uyğun ərizə yazın, çalışarıq kömək edək. |
|
|
|
|
15.07.2014 |
Dəyanət Ağayev |
Sual: Salam, ənənəvi marketlər malları standart qiymətlərə satır, yəni 1,3,5 qəpiklər onlar tərəfindən əvvəlcədən yuvarlaqlaşdırılır. Bununla işimiz yoxdur.Bəs, müasir marketlər çekdə 1-9 qəpik göstərdikləri halda, kasslaraında 1,3,5 qəpikliklər saxlamır və qalığın düzgün ödənilməsi istiqamətində əvəzedici heç bir məhsul təqdim etmirlərsə bunu necə başa düşək. Nümunə kimi, öz rast gəldiyim halı sizə deyim, satıcıya 3.44 AZN üçün 10.00 AZN verdim, mənə 6.50 AZN qaytardı. Soruşanda ki, qalığı niyə düzgün qaytarmırsınız, sanki təəccübləndi və 1 paket çay təqdim etdi. Sizcə, təəccüblü olan bunu tələb etməkdir yoxsa satıcının öz tərtib etdiyi çek üzrə düzgün fəaliyyət göstərməməsi?Hal-hazırda əhalinin 1,3,5 qəpiklikləri istifadə etməməsində əsas səbəbkarlardan biri də məhz onlardır. Xahiş edirəm, bu halın həlli istiqamətində görüləcək işlər barədə məni məlumatlandırasınız. Sizin cavabınıza böyük ehtiyacımız var.Əvvəlcədən təşəkkürlər. |
Cavab: Tələbləriniz haqlıdır. Əfsus kiç bu çox yayılmış bir problemdir. Konkret marketdən imzanızla ərizə daxil olarsa vəziyyəti dəyişdirə bilərik. |
|
|
|
|
14.07.2014 |
Abbas Musayev |
Sual: Salam. Bakıelektrikşəbəkə bizim binada smart tipli sayğaclar quraşdırıb. Sayğaclar qapalı otaqda saxlanılır və sərfiyyat barədə heç bir məlumat almaq mümkün deyil.İşıq bitəndə sms xəbərdarlıq gəlməlidir, ama gəlmir və işıq qəfildən söndürülür. Onu yandırmaq üçün isə ya idarəyə ya da tikinti şirkətinə müraciət etmək lazımdır. Binada qaz olmadığından qış aylarında işıqla isidilir və dəfələrlə gecə vaxtı söndürüldüyündən soyuqdan evdə yatmaq qeyri mümkün olub.Neçə aydır müraciət edirəm Yasamal idarəsinə və http:www.bes.az saytına.Heç bir tədbir görülmür və mənim istehlakçı hüququm kobud şəkildə pozulur.Bu halda mən nə etməliyəm? |
Cavab: Meslehet gorurem ki, Bakielektriksebekenin reisi Baba Rzayevin adina erize yazin, qeydiyyatdan kechirdin, suretini ozunuzde saxlayin. Hell olunar. Cetinlik olsa bize resmi erize ile muraciet ede bilersiniz. |
|
|
|
|
12.07.2014 |
Elçin Hasanli |
Sual: Mene tecili bu yağ lazımdı : Ülker bizim yağ fritoz |
Cavab: Hörmətli Elçin müəllim, biz istehlakçı hüququnu qoruyuruq. Mal tapmaq, vermək bizim işimiz deyildir. |
|
|
|
|
08.07.2014 |
Tural Rustemov |
Sual: Salam. Men Shekide Samsung magazasindan qaz sobasi almisam.Magazada 6 qollu qaz sobasi gorub hemin qaz sobasinin boz rengde olanini sifaris etmisem.Amma 5 qollu qaz sobasi getirilib.qaz sobasini 2 gun sonra acandan sonra gormusem ki 5 qollu qaz sobasidir.Isteyirem qaz sobasini qaytarim.magazada deyirler ki biz artiq zemanet talonunu yazmisiq.ona gorede qaytarmaq mumkun deyil...Zehmet olmasa deyin bu ne derecede duzgundur? |
Cavab: Hormetli Tural muellim, Sizin alandan sonra 14 gun muddetinde malı keyfiyyətli mala dəyişdirmək, əgər tələbatınızı ödəyən mal olmazsa malı qaytarıb pulunuzu almaq hüququnuz vardır. Təşkilatımızın Şəki nümayəndəliyinə müraciət edə bilərsiniz. Salmanov Umudvar - 050 351 81 79; |
|
|
|
|
25.06.2014 |
Səlim Nəsirov |
Sual: Hörmətli Eyyub müəllim, mən may ayın 19-da "Nolimit" mağazadan qol saatı aldım. Sonraki gün, mən sınıq ehtiyyat hissəni qördüm və saatı dükana apardım. Onlar zəmanətlə sınıq ehtiyyat hissəsini dəyışdilər. Lakin, bir həftə sonra qol saatın üstündə olan düymə yoxa çıxıb. Mən yenə dükana getdim, amma mənə dedilər ki, onlar zəmanəti ancaq mexanizmə verdilər və düymə öz özünə düşə bilməz, amma saatda heç bir ciziq yoxdur və mən onları yalnız 1-2 dəfə taxmışam. Sualım ondadır ki, mən öz pulumu qeri ala bilərəm və ya təzə bir saat dükandan ala bilərəm? |
Cavab: Hörmətli Səlim Nəsirov!
Sizin saatı yenisinə dəyişdirmək, tələbatınızı ödəyən saat satışda olmasa pulunuzu tələb etmək hüququnuz vardır. |
|
|
|
|
16.06.2014 |
Sevda Demir |
Sual: HörmətliEyyub müəllim!Mən Sizə təşşəkkür etmək istəyirəm.Bildirim ki, bir müddət qabaq Səbail rayonu Uşaq maqazini ilə mənim aramda yaşanan problemi Sizin köməyiniz nəticəsində müsbət tərəfdən həll olundu. Sizə və bu promlemin həllində əməyi keçən bütün əməkdaşlarınıza təşəkkür edirəm.Sevindirici haldır Azərbaycanda vətəndaşların istehlak hüququnu qoruyan Birlik fəaliyyət göstərir.Hörmətlə Sevda Demir! |
Cavab: Təşəkkür edirəm, hörmətli Sevda xanim. Hüquqları hər zaman təmənnasız qorumağa hazırıq. |
|
|
|
|
04.06.2014 |
Nail Esgerov |
Sual: Yazıb nəzərinizə çatdırmaq istəyirəm ki mənim MilliÖn və AiləTv (AiləNet) şirkəti ilə 1(bir) aydan artıqdırqarşılıqlı problemim yaranıb və indiyə kimi mənə heç bir şirkət yardımçı olmur və problemimi həll etmirlər bir şirkər o biri şirkətin üzərinə atır.Hətda telefon və şəxsən baş ofislərə müraciyətimə baxmayaraq məni yola verməyə çalışırlar.05.05.2014 cü il tarixdə MilliÖn terminalı vasitəsi ilə 13 (on üç)manat İnternet ödənişı etmişəm bu zamanterminalda texniki problem yarandı və ödədiyim məbləg balansıma oturmadı və barədə +0010 MilliÖn şirkətininqaynar xətdinə bildirdim.Ordan mənə bildirdilər ki 24saat ərzində heçnə edə bilmərik amma həllini tapacaq və ödənişiniz balansına oturacaq.24 saat keçəndən sonra zəng vurdum və mənə bildirdilər ki ödənişiniz artıq oturub 09.05.2014cü il tarixdə Ailə Net internet xətdimi kəsdilər səbəb isə ödənişim olmadıgına görə. mən təkrar olaraq xətdimin açılması üçün ikinci kərə ödəniş etdim ki xətdim açilsın və 05.05.2014də ödədiyim məbləğ avans kimi balansımda qalar ödənişim gələn aya köçürülər.amma hələdə ofislərə getməyiməbaxmayaraq zəng vurmagima baxmayaraq hələdə problem oldugu kimi qalmaqda davam edir AiləTV (AiləNet) 012-920 əlaqə saxlamarıma baxmayaraq mənə bildirdilər ki pulu kimə vermisən get orda da axtarofisə müraciyyət etməyimə baxmayaraq bildirdilər ki MilliÖn şirkətinə müraciyət edim pulumu orda axtarım MilliÖn şirkətinə +0010 əlaqə və ofisə müraciyətlərimə baxmayaq mənə get sizinlə əlaqə yaradılacaq və məsələ öz həllini tapacaq amma nəticə yoxdur bu gunə qədər.13 manatın həlli mənə çox baha başa gəlir hər dəfə telefon əlaqələrinə xərclədiyim pula 4 dəfə ödəniş edə bilərdim.Hər dəfə xətdə gözləyin texniki şöbəylə danışın filankəslə danışın filankəsə keçən dəfə demisiz bilirik həll olunacaq amma nə vaxt.?sizdən xahiş edirəm mənə bu işdə bu işin həllini tapilmasına köməklik edəsiz aidiyatı olan şəxsın cəzalandırılmasıvə gələcəkdə belə məni kimi müştərilərin hüquq pozuntu ilə rastlaşmamasını və işlərinə məsuliyyətlə yanaşmasınıtəmin edəsiniz.mənim hüququmun bərpa olunmasına yardımçı olasınız |
Cavab: Hormetli Nail muellim, saytimizdaki erize formasina uygun erize yazin, imza qoyaraq skaner edin bize gonderin. |
|
|
|
|
03.06.2014 |
Sevda Əhlimanova |
Sual: Hörmətli Eyyub m.26.05.2014-cü il tarixdə Səbayil rayonu"Uşaq geyimləri"Mağazasından ( VÖEN 1302526502 FŞəxs Sevinc Əsgərovaya məxsusdur)uşaq üçün paltar almışdıq.Paltarı alırkən arxa tərəfində zamok çox pis açılıb örtülürdü,amma satıcı xanım bizə israrla dedi ki, paltar təzə olduğu üçün zamok bir neçə dəfə açılıb örtükdən sonra düzələcək.Amma əfsuslar olsun bu problemi biz evdə cözə bilmədik 4 gündən sonra yəni mayın 29-u maqazinə gəlib paltarı dəyişdirmək istədiyimi bildirdim satıcı xanım mənə "əlaqə nömrənizi qoyun müdriyyət Sizinlə əlaqə saxlayacaq" dedi,)02 İyun paltarı dəyişdirmək üçün yenidən yenidən mağazaya müraciət etdim özünü Administratkimi qələmə verən xanım mənə " müdriyyət icazə vermir paltarı dəyişdirməyə və ya qaytarmağa" cavabını verdi.Sizdən ricam bu məsələni həll etməyə mənə yaxından kömək göstərəsiniz. |
Cavab: Hormetli Sevda xanim, xahish edirik saytimizdaki erize formasina uygun erize yazin, imza qoyun, skaner ederek bize gonderin. Istehlakci huququnuzu temennasiz qorumaga haziriq. |
|
|
|
|
16.05.2014 |
İlqar Fərmanov |
Sual: Hörmətli Eyyub müəllim,Xatırlayırsızsa bir müddət əvvəl Baktel 1 mağazasından alınmış Samsung markalı mobil telefonun təkrarən qüsurlu çıxması və mağazanın bu problemin həllində istehlakçının hüquqlarına zidd hərəkətləri barədə şikayət ərizəsi ilə müraciət edib, Sizin Birlikdən bu problemin həllində mənə kömək etməyinizi xahiş eləmişdim. Böyük məmuniyyətlə geyd eləmək istəyirəm ki, sizin Birliyin və şəxsən Sizin bu məsələyə operativ və tələbedici müdaxilənizdən sonra yuxarıda qeyd olunan problem çox qısa bir zamanda öz pozitiv həllini tapdı. Bunun nəticəsi olaraq mənim istehlaçkı hüquqlarım bərpa olundu. Sizə ünvanlanmış bu məktubla mən sizin Birliyə və şəxsən Sizə öz dərin münnətdarlığımı bildirib təşəkkür edirəm. Sizin bütün işlərinizdə uğurlar arzulayıram.Hörmətlə,İlqar Fərmanov |
Cavab: Hörmətli İlqar müəllim,
Səmimi sözlərinizə görə təşəkkür edirəm. Hər zaman istehlakçı hüququnuzu temennasiz qorumaga haziriq. |
|
|
|
|
24.04.2014 |
Bəşir İsmayılov |
Sual: Salam.Axtarış saytından istifadə edərkən təsadüfən bir sayta rast gəldim: azerbaycan.asiaSaytı bağlamaq mümkün deyil, dərhal bir yazı çıxır ki, qeydiyyatdan keçin.Saytdan qurtulmaq üçün qeydiyyatdan keçdim, bu zaman mobil telefon nömrəmi daxil etməliydim ki, nömrəyə SMS-lə gələn şifrəni lazım olan xanaya yazım.Belə də etdim, bu zaman telefonuma SMS gəldi ki, abunə xidməti aktivləşdirildi, gündəlik abunə haqqı 0.59 AZN.Amma hər hansı abunə, ödəniş barədə heç yerdə bir kəlmə də yox idi.Mobil rabitə operatoru ilə əlaqə yaradıb xidməti dayandırdım, amma hesab edirəm ki, bu sırf dələduzluqdu və belələlini mütləq cəzalandırmaq lazımdı.Bunu necə etmək olar? |
Cavab: Hormetli Besir muellim, saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
20.04.2014 |
Rauf Fuar |
Sual: salam, men 4-5 gun bundan evvel PLAY disk dukanindan proqram diski aldim, amma problemi var, yuklemek olmur. Aparib qaytarmaq ve ya basqasiyla deyiwmek isteyirem. Eger qaytarmasalar ve ya deyiwdirmeseler menim sikayet etmeye haqqim var? cunki çekim yoxdu. Sadece diskin uzerinde kodu var |
Cavab: Sizin keyfiyyetli mala deyismek, eger bele mal olmazsa, pulunuzu geri almaq huququnuz vardir. Problem olarsa saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huququnuzu teemnnasiz qoruyaq. |
|
|
|
|
14.04.2014 |
Beshir Ismayilov |
Sual: Salam.6 ay evvel Baku Elektroniksden Rowenta feni almisam, 2 il de zemeneti var.Mart ayinin sonu fen xarab oldu ve onu Sumqayitdaki Samsung servis merkezine verdim.Artiq 17 gun kecib, amma fen hazir deyil, maraqlisi ise odur ki, onun ne vaxt hazir olacagi barede deqiq bir soz demirler.Bilmek isteyirem ki, qanunla bu mesele nece tenzimlenir, qarsi teref konkret hansi mesuliyyet dasiyir? |
Cavab: Hormetli Besir muellim, saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huququnuzu temennasiz qoruyaq. |
|
|
|
|
11.04.2014 |
Tarlan Muradov |
Sual: Salam. Mən 1 neçə ildir ki, avtomobilimə "LUK OİL" yanacaq doldurma məntəqələrindən yanacaq vururam.Bu məntəqələrin işçiləri hər dəfə avtomobilə yanacaq vuranda bir varianta əl atırlar və məqsəd də istehlakçının aldadılmasıdır.Deməzdim ki bu məsələdən rəhbərliyin xəbəri yoxdur, çünki elə mənim özümün 2 dəfə onlarla mübahisəsi olub və çox gözləyəndən sonra rəhbərləri də gəlib çıxıb və mən sübut etmişəm ki, onlar məni aldadıblar və onların rəhbəri mənim pulumu geri qaytarıb, bir sözlə məni yola veriblər.Bilirəm deyəcəksiz ki, aldadırlar bəs niyə yenə onlardan yanacaq alırsız,çünki bu günə qədər normal yanacaq ancaq onlarda olub.Amma yenə də bu məntəqələrdən yanacaq doldurarkən həmin o işçilərin orada yenə də işlədiyini görürəm.Deməli buradan belə nəticəyə gəlmək olar ki, bu rəhbərlik səviyyəsində aparılan bir aksiyadır(bacardığınız qədər aldadın).Çünki o işçilərin yeniləri ilə əvəz olunması bizim ölkədə elə çətin bir iş deyil. Onu da qeyd edim ki, yanacaq doldurma məntəqələrinin içərisində istehlakçını aldatmaq prosesi ancaq "LUK OİL" yanacaq doldurma nəntəqələrindədir, bunu artıq bütün şəhər bilir və yəqin ki çoxları bunu təsdiq edər.Dünən axşam saatlarında(10.04.2014 tarixində) məni yenə də Bakı-Şamaxı yolunda (Beynəlxalq avtovağzalla Ekologiya postunun arasında) yerləşən "LUK OİL" yanacaq doldurma məntəqəsində aldadıblar.20 manatlıq benzin əvəzinə 14 manatlıq benzin doldurublar avtomobilə. Məndən öndə olan avtomobilin sürücüsü 6 manatlıq yanacaq sifariş etdi, mən isə 20 manatlıq. Məntəqənin operatoru da mənim 20 manatıma məndən əvvəlki sürücüyə 6 manatlıq yanacaq vurdu, 14 manatlıq da mənim maşınıma vurdu. Mən etirzımı bildirəndə dedi ki, görmürsən 20 manatdır orda. Mən də ailəm maşında olduğu üçün uzatmadım söhbəti heç nə demədim və maşına oturub uzaqlaşdım ordan.Axı niyə bu "мошенник"lər barəsində bir tədbir görülmür??????????? |
Cavab: Hormetli Terlan muellim, efsuslar olsun ki. qaldirdiginiz bu problem genish yayilsa da ehaliden shikayet daxil olmur. Az hallarda yalniz telefon zengleri edirler. Resmi erizeniz daxil olarsa bu veziyyeti istehlakcilarin xeyrine deyishmek mumkundur. Rica edirem, saytda gosterilen erize formasina uygun erize yazin, imza qoyun ve bu meselenin hellinde bizimle birge sey gostermeye imkan tapin. |
|
|
|
|
11.04.2014 |
Aysel Qulıyeva |
Sual: Salam.Mən bu yaxınlarda türk kanalı Atv de saxta yumurtalar haqda sujetə baxdım.Onların əlamətləri olan yumurtalar bizim marketlerdə də var.Bu yaxınlarda qəribə formalı çox böyük üzerinde şırımları olan yumurtalara rast gəldk.Ona görə üzərində istehsalçının adı yazılmış yumurtalar almağa qərar verdim.Hacıqabul yumurtaları aldım.Gəlib evdə baxanda gördüm ki çoxunun üzərində yazı yoxdur və o qəribə yumurtalarla qarışıq şəkildə yığılıb.Xahiş edirem bu məsələnı araşdırasınız. |
Cavab: Hormetli Aysel xanim, melumatiniz bizim ucun de maraqlidir. Beli, suni yumurta dunyada movcuddur. Shubhelendiyiniz yumurtanin numunesini ofisimize verseniz, yaxshi olar. Erize yazsaniz tam arashdirariq. |
|
|
|
|
07.04.2014 |
Mehriban Nesiyyeti |
Sual: Men 23 mart 2014-cu ilde Samsunqun Inshaatcilar filialindan planshet almisham. Movcud kompaniyaya uygun 3 ayliq internet paketi yuklenmeli idi. Lakin bu gune kimi yuklemirler. Her defe teleb edende sisteme dushmeyib behanesi ile vaxti uzadirlar. Men ne etmeliyem? |
Cavab: Saytimizdaki erize formasina uygun erize yazin, istehlakci huquqlarinizi temennasiz qoruyaq. |
|
|
|
|
05.04.2014 |
Elnara Mammadova |
Sual: Salam.Men Baki sheheri Nesimi rayonu.Shemsi Bedelbeyli kuchesinde yerleshen Neptun aptekinden DoppelHerz Aktiv vitaminleri almisham.Bir qutu ozume ve 1 qutu yoldashima.Yoldashimda qiymeti 9 azn-mende 11 azn.Alan kimi shtrix kodunu skan etdim bele bir mal tapilmadi internetde.Sonra saytlara baxdim.Menim aldigim qutularin resmi saytdaki qutularla ferqi boyukdur.Ozume aldigim Folievaya kislota adli doppelherz mehsulu resmi saytda da her yanda da 1 tabletka gundelik yazilir.Menim qutuda ise 12 tabletka yazilib.Bele bir qutu hech yanda gormedim.Chox xahish edirem men ne edim deyesiniz .Dermanlari oten ayin 17 den artiq qebul edirik men de yoldashim da.Ozum de hamilelik planlashdiriram. |
Cavab: Hormetli Elnare xanim, her dermanin qutusu uzerinde artikul nomresi var. Sehiyye Nazirliyinin qaynar telefon xetti 5960712-e zeng edin, artikulu deyin, dermanin qeydiyyata alinmasi barede Size melumat vercekler. Probleminiz olarsa huququnuzu temennasiz qorumaga haziriq. |
|
|
|
|
04.04.2014 |
seide esgerova |
Sual: Salam menim evde tamamiyle hereketsiz 7yasinda elil usaqim var ozum muellimeyem hazirda basqa usaqdan analiq mezuniyyetdeyem mezuniyyet bitmek uzredi15 ilstajimvar bilmek isteyirem ki men ise cixmasam elil usaqa baxdiqima gore meni isden cixaracaqlarmi ve ya men ise cixdiqim muddetde dovlet terefinden ona baxmaqa isci ayrila bilermi buna gore hara muraciet etmeliyem evvelceden tesekkurler |
Cavab: Hormetli Seide xanim, bu mesele istehlakci huquqlari ile bagli deyildir. Ona gore de Size birbasa komek ede bilmirik. Yaxsi olar ki, yazili erize ile Emek ve ehalinin Sosial Teminat Nazirliyine muraciet edesiniz. |
|
|
|
|
01.04.2014 |
Lalə Cabbarova |
Sual: Hörmətli Eyyub müəllim,mart ayının 5-də Sizə etdiyim müraciət əsasında mənə "Zara" mağazasından aldığım malın geri qaytarılmasında göstərdiyiniz dəstəyə və köməyə görə təşəkkür edirəm!Cəmiyyətimizdə istehlakçıların hüquqi maarifləndirmə və onların hüquqlarının qorunması sahəsində apardığınız işlərinizin bundan sonra da bu cür uğurla davam etdirməniz üçün Sizə daha böyük uğurlar və nailiyyətlər arzu edirəm. Hörmətlə,Lalə Cabbarova |
Cavab: Teshekkur edirik, problem olarsa huququnuzu temennasiz qorumaga her zaman haziriq. |
|
|
|
|
28.03.2014 |
Akif Heydrov |
Sual: Hörmətli Eyyub müəllim. Bağlar Su İdarəsi bizim Görədil bağlarında olan bağ evimiz üçün hər sota 1 manat 50 qəpik pul hesabayır. Bu qayda ilə bir neçə ilə mənim su pulu borcumu 450 manata çatdırıblar. Sayğac qoyulması tələbimə belə cavab verirlər ki, borcu ödəməsəniz sayğac qoyulmayacaq. Mən hər ay, orada ümumiyyətlə yaşamadığıma baxmayaraq, hər ay 10 manat ödəyirəm.Amma əl çəkmirlər, gah zəng edir, gah da bildiriş göndərirlər. Onu da deyim ki, buildirişlər cürbəcür olur. Birində hər ay üçün 18 manat, digərində isə qeydiyyatda bir nəfər olduğu üçün cəmi 1 manat 50 qəpik göstərilir.Xahiş edirəm bu məsələdə qanunun tələblərini mənə izah edəsiniz.Çox sağ olun !!. |
Cavab: Xahiş edirəm saytımızdakı ərizə formasına uyğun ərizə yazın və ödədiyiniz pullarin qəbzinin suretini bizə çatdırın. Ünvan: S.Rəhimov 201, mənzil 10 |
|
|
|
|
22.03.2014 |
nazim ahadov |
Sual: fəhlə prospekti(ağ səhər)pinqivin adina masinqayirma zavodunda peçenye istehsal olunur.hamisi rusiya istehsali adi altinda.mən is axtaran vaxt bunun sahidi oldum.xahis edirəm bu haqda tədbir gorəsiniz.xalqi bu cur aldatmaq duzgun deyil.mən ozlərinə də dedim. |
Cavab: Hormetli Nazim muellim, chox sag olun melumatiniza gore. Hamimiz chalishmaliyiq ki, bele sheyler az olsun. Tezlikle bu barede dovlet orqanlarina melumat vereceyik. |
|
|
|
|
18.03.2014 |
Azər Məmmədov |
Sual: salam.satışda olan Hindistan və Pakistan istehsalı düyülərin genləri dəyişdirilmiş ərzaq olduğu söylənilir.bu həqiqətdirmi? |
Cavab: Beli, bu duyuler shubhelidir. Sari rengli duyuler (qizil) birmenali sekilde GMO-dur. |
|
|
|
|
11.03.2014 |
Sevda Demir |
Sual: Salam Eyub m.sualımı cavablandırdığınız üçün Sizə təşəkkür edirəm.Hüquqlarımı istəyirəm Siz müdafiə edəsiniz .Məktubumu sizin e-mail adresinizə göndərim və ya hara zəhmət olmasa aydınlıq gətirin._Sevda_ |
Cavab: Bizimle telefon elaqesi saxlayin. |
|
|
|
|
07.03.2014 |
sevda Demir |
Sual: Salam Eyyub müəllim!04fevral axşam saat 17-45 radələrində Bakının 5 mərtəbə adlanan ünvanda Fiziki şəxs İradə VÖEN özümə paltar aldım Qiyməti 90 manat Ətəyi uzun olduğu üçün həmin gün bir neçə dərziyə müraciət etdim dedeilər ki "overlok" la bu parçaya gitməz "kardenella" adlanan tikiş növü var o lazımdır dəzilərdə də olmadı .Səhəri ,yəni 05 fevral saat 09-30 radələrində paltarı maqazinə qaytarmaq istədim həmin fşəxs adlanan İradə x. dedi ki qaytarmaq olmaz dəyişdirilə bilərya da qoyun satılsın 1 aya pulu götürərsiniz.Sual xanım cavabı nə qədər düzgündür? |
Cavab: Hörmətli Sevda xanım, yalnız Sizin tələbatınızı ödəyən mal satışda olmazsa bu halda Siz malı qaytarıb pulunu ala bilərsiniz. Qanunda qaytardığınız malın satışından sonra dəyərini almağınız nəzərdə tutulmayıb. Əgər problem varsa, bizə ərizə yazın, hüququnuzu təmənnasız qoruyaq. |
|
|
|
|
05.03.2014 |
Джамиля Рашидханова |
Sual: Здравствуйте! Подскажите пожалуйста. Заказала в одном магазине диван и внесла 50% предоплату. Диван еще не привезли. Могу ли я отказаться от покупки. Вернут ли мне полную сумму? По какой статье регулируются мои права? В договоре срок поставки 5 март, но мне сообщили, что заказ прибудет в апреле.Спасибо. |
Cavab: Hörmətli Cəmilə xanım,
Sizin müqaviləni ləğv edib, pulunuzu almaq hüququnun var (İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun, maddə 9.1)
Probleminiz olarsa ərizə yazın, təmənnasız həll edək. |
|
|
|
|
04.03.2014 |
Lalə Cabbarova |
Sual: Salam! Bu gün Vaqif prospekti 53a (R.Zorge parkının yanı) ünvanında yerləşən "xs kids" magazasnda rastlaşdığım hadisə məni sizə müraciət etməyə vadar etdi.Mağazanın üstünə iri hərflərlə "Nə alırsan al 30 azn və 50 azn" sözləri bir çoxları kimi mənim də diqqətimi çəkdiyindən, vacib işim olmasına rəğmən, bir daha tıxaclarda vaxt sərf edərək yenidən həmin ünvana qayıtdım və mağazada satıcıdan malların qiymətini soruşduqda məlum oldu ki, əslində bu qiymətlər magazanın reklamında göstərilən qiymətləri dəfələrlə aşır. Satıcı istehza ilə "30 azn-ə bizdə yalnız koşelyoklar var" deməsi məni həddindən artıq əsəbiləşdirdi. Məsələ ondadır ki, həmin mağazada təxminən 1 ay bundan qabaq da oxşar situasiya ilə rastlaşmışdim. Reklamda qırmızı iri hərflərlə "80% endirim" sözləri yazılmağına baxmayaraq, satıcıdan satılan mallara görə ağlasığmaz qiymətlərin bahalığını soruşanda etinasız tərzdə "oradakı köhnə reklamdır, çıxartmağı unutmuşuq" cavabını vermişdi. O zaman təəssüf hissi keçirsəm də,həmin hadisə mənə bu dərəcədə təsir etməmişdi. Yəni bu ğün mənim özümü bir Azərbaycan vətəndaşı kimi aldadılmış, təhqir olunmuş hiss etməmə görə kimlərsə hansısa məsuliyyət daşıyırmı? |
Cavab: Hörmətli Lalə xanım,
Əfsuslar olsun ki, belə hallar çoxdur!
Bu vəziyyətin qarşısını Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlакçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti almalıdır.
Rica edirəm 195 (2) telefonuna və ya 0124981504 telefonuna zəng edib məlumat verin. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39 40
41
42
43
44
45
|
|
|
|
|